İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Tarix: 4-01-2021, 09:30 | Çap et
Son dövrlər ölkəmizdə baş verən hadisələr,ictimai, hərbi-siyasi məsələlər, cənab Prezidentimizin misilsiz güclü mövqeyi və siyasi iradəsi nəticəsində peşəkar milli ordumuzun gücü ilə uzun illər erməni işğalçılarının ayaqları altında qalan torpaqlarımızın, şəhər və kəndlərimizin azad olunması yalnız bizi sevindirmədi, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm qələbə ölkəmizdə milli birliyə nail olmağın və cənab Prezidentin ətrafında sıx birləşməyin ən bariz nümunəsi və nəticəsi idi. Müharibə insanlarımızı doğmalaşdırmışdı. Hamı sevinir, qələbəyə inanır, böyük ruh yüksəkliyi ilə yaşayır, deyir, gülür və şəhidlərimizi də qürurla qarşılayırdıq... Amma təəssüf ki, içimizdə elə insanlar var ki, onlar sanki ölkədə baş verən hadisələri görmür, öz şəxsi maraqlarını hər şeydən və bütün dəyərlərdən- Vətən, millət, torpaq sevgisindən üstün tutaraq varlanmaq, var- dövlət sahibi olmaq üçün ən iyrənc üsullara əl atır,korrupsiya və rüşvətxorluq girdabına yuvarlanırlar.
Bu insanlar hətta milli – mənəvi dəyərlərimizə, illərlə formalaşmış adət və ənənələrimizə məhəl qoymadan əxlaqa, insanlığa zidd gedərək Allahın insanlara bəxş etdiyi ən gözəl hissləri belə itirmişlər. Bizim insanlarımız həmişə bir- birinə dayaq olmuş, arxa olmuş, kimsəsizlərə, imkansızlara əl tutmuş, yardım etmiş, köməklik göstərmiş və bu etdiklərini özlərinin ən müqəddəs borcu və vəzifəsi bilmişlər. Bəs kimlərdir özlərini bu gözəl hisslərdən məhrum edib süründürməçiliyə, rüşvətxorluğa, korrupsiyaya meyillənən bu natəmiz əməllərinə vərdiş edən?
Onu da deyim ki, biz bunu yazmaq, çəkilişlər aparmaq, ictimailəşdirmək istəmirdik. Çalışırdıq ki, şikayətçilərin haqlı istəkləri yerindəcə həll olunsun. Amma təəssüf, çox təəssüf!.. Dövlət Sosial Müdafiə Fondunun Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov danışıqlardan imtina etdi. Onu da qeyd edək ki, Vüqar ŞəFa oğlu Behbudov 06.08.2020- ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin müvafiq əmri ilə DSMF- nin Sosial Xidmətlər Agentliyininm İdarə Heyətinin sədri təyin edilmişdir. Bundan əvvəl V. Behbudov DSMF- nin Sosial Xidmətlər və Proqramlar şöbəsinin müdri vəzifəsində çalışmışdır. Tam əminliklə deyərdik ki, Nazir Sahil Babayev Vüqar Behbudovu hələ şöbə müdiri vaxtlarından yaxşı tanımasaydı onu Sosial Xidmət Agentliyinin sədri kimi məsul bir vəzifəyə təyin etməzdi. Kim bilir, bəlkə də elə onu bu yüksək “keyfiyyətlərinə” və “ dəyərlərinə” görə irəli çəkmişdir? Ola bilməz ki, bir insanı yaxşı tanımadan, bilmədən haqqında heç bir informasiyaya malik olmadan mühüm dövlət postuna irəli çəkəsən, bu heç mümkün də deyil. Onda belə çıxır ki, heç Sahil Babayevin özü yerində olmayan nazirdir. Görünür onu ölkə başçısına təqdim edənlər yanlış məlumat veriblər. Bəlkə də əksinə, 0nun inanıb etimad etdiyi adamın əməllərindən heç xəbəri də yoxdur? Bəs əslində nə baş verib?
Bildiyimiz kimi dövlətimiz valideyn himayəsindən məhrum olan, yetim, kimsəsiz uşaqlar üçün hər cür şərait yaradır, onların boya- başa çatması, təhsil alması, yaşaması, işləməsi üçün xüsusi diqqət ayırır, qayğı göstərir. Bu cür gənclərin- internat məzunlarının dövlət hesabına evlə təmin olunması üçün Abşeron rayonu, Masazır qəsəbəsi, duz zavod yolu 2-ci Massivdə ucalan hündür və yaraşıqlı binalar dövlət qayğısının aydın təzahürüdür. Bəs DSMF Sosial Xidmət Agentyliyinin sədri Vüqar Behbudovun bu evlərlə nə əlaqəsi var?
Faktlara diqqət yetirək. Dövlət himayəsində yaşayan internat məzunu Vüqar Rəfayıl oğlu Salahov redaksiyamıza etdiyi müraciətdə deyir: “ Təxminən 2 il bundan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi, duz zavod yolu, 2-ci Massivdə yaşayan internat məzunu Seymur Ağalar oğlu Kazımlıya 1000 manat pul vermişdim ki, həmin ərazidə internat məzunları üçün inşa olunan mənzillərdən mənim üçün də növbədənkənar otaq alsın. Çünki Seymur fəal, aktiv olduğundan QHT sədri Validə Abbasova adlı xanımla iş birliyi qurmuşdur. Bu yolla internat məzunlarının növbədən kənar ev almaq üçün mənzillə təmin edirlər. QHT rəhbəri Validə Abbasova bütün bu qanunsuz əməlləri vaxtilə DSMF şöbə müdiri işləmiş Vüqar Behbudovla həyata keçirirdi. QHT sədri bir qayda olaraq gördüyü işləri, yəni internat məzunlarını növbədən əvvələ salmaqla ev vermək üçün 1000- 3000 manat arasında həll edirdi. Bunu isə internat məzunları arasında aktiv olan Seymur Kazımlının vasitəsi ilə həyata keçirərdi. Belə ki, növbədən ev almaq istəyən internat məzunları Seymura yaxınlaşar və qeyd olunan məbləği ona verərdilər. Seymur da həmin məbləği QHT rəhbəri Validə Abbasovaya çatdırardı. O da pul verənlərin siyahısını hazırlayıb pulla bərabər DSMF – nin şöbə müdiri Vüqar Behbudova verərdi. Beləliklə, zəncirvari korrupsiya əməlləri ilə məşğul olan Vüqar Behbudov və Validə Abbasova iş birliyini davam etdirərdilər. Ürək ağrıdan bu faktları bizə şikayətçi internat məzunu Vüqar Salahov danışıb. Və yalnız danışmaqla kifayətlənməyərək dediklərinə aid səs yazısını, video və fotolardan ibarət olan diski bizə təqdim edib.Diskdə QHT sədri Validə Abbasova və onun oğlu Səbuhinin səs yazıları var. Səs yazısında Validə Abbasova internat məzunu alacağı pulları Vüqar Behbudova çatdıracağından və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifələrdə çalışan adamlarla yaxın əlaqəsindən danışır.
Burda bir məsələni qeyd etyməyi vacib hesab edirik ki, bəzi oxucularımız elə düşünərlər ki, qeyri Hökumət Təşkilatının ( QHT) sədri Validə Abbasovanın işi bir QHT rəhbəri olaraq ancaq dəllalıq, rüşvətxorluq və korrupsiuya ilə məşğul olmaqdır. Əsla! bizdə yüzlərlə Qeyri Hökumət Təşkilatları var ki, respublikamızın ictimai həyatında böyük fəallıq göstərir, öz sahələri üzrə faydalı işlərlə məşğul olurlar. “ Üçüncü sektor” adlanan Qeyri Hökumət Təşkilatları qəti şəkildə biznes və kommerasiya ilə məşğul ola bilməzlər. Bu, qanunla qadağandır. QHT-lər haqqında Azərbaycan Respublikasının Qanununda deyilir: “...bu struktur öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri hökumət təşkilatıdır. Lakin şəxsi maraq hissləri Validə Abbasovanın gözlərini elə bağlayıb ki, o, Vüqar Behdudov və özünün dediyi kimi Nazirlikdən bir neçə vəzifəli şəxslərdən başqa heç kimi görmür. Hətta rəhbərlik etdiyi Müşfiq Əlillər Cəmiyyətinin fəaliyyətini belə səhv salır. Bəlkə elə biz səhv salırıq? QHT sədri şüurlu surətdə nə etdiyinin fərqindədir. Hardansa qrant alıb sonra onun hesabatını verməkdənsə asan yolla qaz vurub qazan doldurmağı daha üstün tutur. Hansının həqiqət olduğunu yəqin ki, aidiyyatı orqanlar araşdıracaq.
Vüqar Salahov bildirir ki, uzun illərdir kirayə qalıram, min bir əzabla yaşayıram. Amma internat məzunları üçün tikilən evləri Vüqar Behbudov müavini Pərvanənin və Validə Abbasovanın əli ilə satırlar.
V.Salahovun sözlərinə görə ondan 1000 manat pul alıb növbədən kənar ev verəcəklərini bildirsələr də, indiyə qədər nə ev veriblər, nə də pulu qaytarıblar. Çarəsiz qalan Vüqar Salahov bir neçə dövlət qurumlarına müraciət etsə də heç bir nəticə olmayıb. Son ümid yeri kimi DogruXeber.az İnformasiya Agentliyinin redaksiyasına sığınıb. Ona bu işdə yardımçı və yaxından köməklik göstərməyimizi xahiş edir. Vüqar Salahov bir neçə ay bundan öncə redaksiyamıza gəlmişdi.Onun müraciətini o vaxt saytımızda vermişdik. Amma nədənsə korrupsiyada adı hallanan DSMF- nin şöbə müdiri Vüqar Behbudov bu müraciətə cavab vermədi. İndi V.Salahov xahiş edir ki, onun bizə təqdim etdiyi video diskləri və səs yazılarını redaksiyamız vasitəsilə ictimailəşdirək. O, həmçinin bildirir ki, Vüqar Behbudovun qəbuluna gələn internat məzunlarından elələri olub ki, süründürməçilikdən bezərək özlərinə qəsd ediblər. Ağır xəsarət alan məzunlara ev veriblər ki, şikayət etməsinlər. İndi mən də o həddə çatmışam. Ancaq ev ala bilmədiyimə görə ev üçün borc aldığım pulları qaytara bilmədiyim üçün insanların üzünə baxa bilmirəm özümü sınmış, əzilmiş, alçaldılmış və təhqir olunmuş hesab edirəm. Belə yaşamağın nə mənası var. Onun gözləri dolmuşdu. Özünü güclə saxlayırdı. Onu da deyim ki, Vüqar Salahovun şikayətindən sonra DSMF- nin şöbə müdiri Vüqar Behbudovla telefon əlaqəsi saxladıq. Lakin suallarımıza cavab verməkdən imtina etdi. Rüşvətxorluq, korrupsiya ilə qazanılan pullar QHT rəhbəri kimi onun da gözlərini bağlamış, məsuliyyət hissini tamamilə itirmişdir. Valideyn himayəsindən məhrum olan belə uşaqlara sahib çıxan dövlətimiz onlara hər cür qayğı göstərdiyi halda Vüqar Behbudov kimi vəzifə səlahiyyətlərini aşan məmurlar dövlətin yürütdüyü siyasətin əksinə gedirlər. Bu, dövlətə, millətə, vətənə xəyanətdir. Arxadan vurulan zərbədir. Həyata yenicə atılmış dövlətdən başqa heç kimdən qayğı, sevgi, məhəbbət görməyən, valideyn qayğısının nə olduğunu bilməyən, hiss etməyən, qəlbiqırıq, kövrək, həssas insanların haqqına girmək böyük və bəşəri cinayətdir. Bu inayəti bağışlamaq olmaz. İnsanların haqqını əlindən almaq, onun inamını qırmaq, arzu və istəklərini məhv etmək, yaşamaq həvəsini öldürmək, intihara sürükləmək o insanları öldürməkdən daha ağır, daha dəhşətlidir.
Biz yuxarıda versiya kimi irəli sürmüşdük ki, bəlkə Nazir Sahil Babayev DSMF–nin şöbə müdiri Vüqar Behbudovu yaxşı tanımadan və onu cinayətkar əməllərindən xəbəri olmadan Sosial Xidmət Agentliyinin rəisi təyin etmişdir. Amma indi açıq- aydın görünür ki, bu heç də belə deyil. Ola bilməz ki, Sahil Babayev Vüqar Behbudovun yaramaz əməllərindən xəbərsiz olsun. Tabeliyində işləyən məmurların kimliyini, onların hansı əməl sahibi olduqlarını bilməyən rəhbər işçi deməli yerində deyil. Amma Sahil Babayev ağıllı adamdır. Bəs onda?... Bu məsələləri araşdırmaq üçün aidiyyatı orqanların öhdəsinə buraxırıq. Bizi maraqlandıran isə Vüqar Salahov və onun kimi insanların itirilmiş haqqını özlərinə qaytarılmasıdır. Bu mövzuya yenə qayıdacağıq... //azerinfo.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12 |
|
|
|
• KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10 |
|
|
|
• Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08 |
|
|
|
• Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02 |
|
|
|
• Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01 |
|
|
|
• “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55 |
|
|
|
• "Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52 |
|
|
|
• "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50 |
|
|
|
• Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
• Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45 |
|
|
|
• "Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42 |
|
|
|
• Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40 |
|
|
|
• Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37 |
|
|
|
• Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36 |
|
|
|
• "Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35 |
|
|
|
• Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25 |
|
|
|
• Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20 |
|
|
|
• Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18 |
|
|
|
• Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12 |
|
|
|
• "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08 |
|
|
|
• Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04 |
|
|
|
• "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• “5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40 |
|
|
|
• Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38 |
|
|
|
• "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33 |
|
|
|
• “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31 |
|
|
|
• Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24 |
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59 |
|
|
|
• Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58 |
|
|
|
• Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55 |
|
|
|
• Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41 |
|
|
|
• Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34 |
|
|
|
• 4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16 |
|
|
|
• Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14 |
|
|
|
• Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10 |
|
|
|
• Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03 |
|
|
|
• Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50 |
|
|
|
• Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45 |
|
|
|
• AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32 |
|
|
|
• Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
|