“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                     Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu .....                     Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib .....                     "Zəlzələ olanda birinci biz hiss edirik..." .....                     Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU .....                     Orbanla Fitsonun PUTİN SEVGİSİ .....                     Əli İnsanov İlham Əliyevi təbrik etdi .....                     Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə .....                     "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" .....                     Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək .....                     "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" .....                     “5A Construction” şirkəti ölkədən pul çıxarıb? .....                     Culfa və Babək şəhərinin baş planının hazırlanması .....                     Tramp-Putin görüşünə hazırlıqlar başlayır .....                     "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" .....                     “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” .....                     Jurnalistə vəzifə verildi .....                     Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! .....                     Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq .....                     Paşinyan gecikmiş etirafından peşmandır .....                     Elvin Məmmədova yeni vəzifə verildi .....                     Qardaşına görə arvadının başını kəsdi .....                     Bakıda daha bir lizinq şirkəti təsis edilib .....                     Bakı həbsxanasında .....                 

Nazirlər Kabineti ilə Gömrük Komitəsinin SİNXRON “ORTAQLIĞI”... - “Onlayn ticarətin sıradan çıxarılması...”
Tarix: 9-12-2020, 08:04 | Çap et
Nazirlər Kabineti ilə Gömrük Komitəsinin SİNXRON “ORTAQLIĞI”...
“Gömrük rüsumlarına edilən dəyişikliklər inhisarçıların dəstəklənməsinə təkan verib”.

Hazırda Azərbaycan ərazisində 26-dan çox xaricdən sifarişlə bağlama gətirən karqo şirkəti fəaliyyət göstərir. Bu şirkətlər müştərini həm bir neçə xarici ölkədə anbar ünvanı, həm də qısa müddət ərzində çatdırılma ilə təmin edə bilirlər.

Bununla belə, ölkəmizdə onlayn alış-verişə tələbatın yüksək olmasına baxmayaraq, artıq bir neçə aydır ki, Azərbaycanda “AliExpress” vasitəsilə alış-veriş edilmir. Bunun səbəbi “AliExpress” üzərindən edilən alış-verişdə karqo şirkətlərinin məhsulu Azərbaycana 7-15 gün ərzində 166 manata çatdırmalarıdır. Lakin nə qədər paradoksal olsa da, qonşu Gürcüstan və Ermənistan üçün sifariş olunan məhsulun çatdırılması karqo şirkətləri tərəfindən 24-39 gün ərzində 14 manata başa gəlir.

Cənubi Qafqaz ölkələrində karqo şirkətləri vasitəsilə məhsulun çatdırılma müddəti və bu xidmət üçün ödənişlərin məbləğində özünü göstərən fərq haqlı suallar doğurur.

Mövzu ilə bağlı iqtisadçı Vüsalə Əhmədova Yenicag.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti tərəfindən gömrük rüsumlarına edilən yeni dəyişikliklər bu sahədə işbazların aktivləşməsinə yol açmaqla yanaşı, onlayn ticarətə də ciddi zərbə vurub:

“Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə fiziki şəxslər tərəfindən istehsal və ya kommersiya məqsədi daşımayan malların gömrük sərhədindən keçirilməsinə güzəştlər və sadələşdirilmiş qaydalar tətbiq olunmuşdu. Məlum olduğu kimi, avqustun 21-də həmin güzəştli və sadələşdirilmiş qaydalara dəyişikliklər edildi.

Əvvəl vətəndaşlar xaricdən özləri ilə birlikdə rüsum ödəmədən 1500 ABŞ dolları dəyərində mal gətirə bilirdisə, yeni dəyişikliklərə əsasən, bu limit 800 ABŞ dollarına endirildi. Karqo qaydalarında da dəyişikliklərin həyata keçirilməsi ilə xaricdən elektron alış-veriş edənlər də yeni problemlərlə üzləşdilər.

Yəni əvvəl vətəndaş internet vasitəsilə rüsum ödəmədən 1000 dollar dəyərinədək məhsul sifariş edə bilirdisə, yeni dəyişikliklər əsasında bu limit bir ay ərzində 300 dollara endirildi. Qaydalarda edilən dəyişikliklər isə analoji malları rəsmi qaydada ölkəyə idxal edənlərin, yəni işbazların müflisləşməsi ilə əsaslandırıldı.

Vətəndaş xaricdən, əsasən, elektron avadanlıqlar, avtomobil ehtiyat hissələri, smartfonlar, kompyuterlər, geyim əşyaları və sair məhsullar sifariş edirlər. Bilirik ki, bu sahələr üzrə ölkədə istehsal yox dərəcəsindədir. Nazirlər Kabineti gömrük rüsumlarına edilən yeni dəyişiklikləri daxili bazarın qorunması ilə əsaslandırmağa çalışsa, reallıq tamamilə fərqlidir.

Bu qərarın müəlliflərindən soruşmaq lazımdır ki, ölkədə yerli istehsal olmadığı şəraitdə hansı daxili bazarın qorunmasından söhbət gedə bilər? Nə qədər acınacaqlı olsa da, Nazirlər Kabinetinin bəhs etdiyimiz addımı birbaşa inhisarçıların dəstəklənməsinə və büdcəyə əlavə vəsaitlərin cəlb olunmasına hesablanmış gediş idi. Bu məsələdə gömrük orqanlarının özəl maraqlardan irəli gələn təhrikçiliyini də vurğulamaq lazımdır. Nazirlər Kabineti ilə Gömrük Komitəsinin bu “işbirliyi” vətəndaşların xaricdən keyfiyyətli məhsul sifariş etmələrinə maneə yaratdığı kimi, onlayn ticarətə də ağır zərbə vurdu”.

Vüsalə Əhmədova qeyd edib ki, yürüdülən mövcud gömrük siyasəti çərçivəsində gömrük limitlərinin aşağı salınması və rüsumların artırılması dünyanın inkişaf etmiş ölkələri bir yana, hətta qonşu ölkələrlə müqayisədə çox əcaib görünür:

“Bütün dünyada hazırda elektron ticarət çılğınlığı yaşanır. İnsanlar ənənəvi alış-verişdən fərqli olaraq “online” alış-veriş zamanı brend məhsulları daha ucuz qiymətə almaq şansı əldə edirlər. Çatdırılma məbləği ilə bağlı fərqlər və o cümlədən, gecikmələr əsasən, poçt xidməti və gömrük sənədləşdirilməsi ilə əlaqədardır.

Nazirlər Kabineti ilə Gömrük Komitəsinin SİNXRON “ORTAQLIĞI”...

İlk öncə onu qeyd edim ki, Azərbaycana birbaşa çatdırılma xidməti olan elektron alış-veriş saytlarının sayı azdır. “Amazon”, “E-bay”, “Aliexpress” kimi dünyanın nəhəng elektron ticarət platformalarının Azərbaycana birbaşa çatdırılma xidməti yoxdur. Bəzi adda məhsullar isə üçüncü ölkələr vasitəsilə çatdırılır ki, bu da çatdırılma müddətinin uzanmasına və ödəniş məbləğinin artmasına səbəb olur.

Məsələn, alibaba.com və ya ebay.com saytlarından edilən sifarişlərin çatdırılma müddəti bir aydan çoxdur. Gömrük limitlərinin aşağı salınması, rüsumların isə yüksəldilməsi ölkəmizdə onsuz da, aşağı səviyyədə olan elektron ticarəti daha da durğunlaşdırır. Hazırkı elektron ticarət siyasətimizi uğurlu hesab etmirəm. Əvəzində, selektiv siyasət tətbiq edilsə, daha məqsədəuyğun olardı.

Xaricdən satın alınan malların statistikası aparılmalıdır. Vətəndaş hansı malları xaricdən alır və nə üçün xaricdən alır? Ölkədə istehsal edilməyən və ya istehsal ehtimalı belə olmayan mallar üçün fərqli gömrük strategiyası tətbiq edilə bilər. Gürcüstanı dəfələrlə misal göstərmişik. Gürcüstan bütün postsovet ölkələri arasında öz loyal vergi siyasəti ilə fərqlənən ölkədir. Vurğulamaq yerinə düşər ki, Gürcüstanda idxal vergisi üzən dərəcəyə tabedir. Qanunla müəyyən edilmiş hallarda bu vergi növü üzrə bir çox güzəştlər tətbiq edilir, hətda vergidən azad edilmə praktikası da mövcuddur. Maksimim idxal vergi dərəcəsi 12 faizdir ki, o da yalnız bəzi məhsul növlərinə şamil edilir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24
Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18
Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03
Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59
Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58
Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55
Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41
Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34
4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30
“Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16
Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14
Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03
Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50
Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45
AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru