Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? .....                     Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin .....                     Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb .....                     Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? .....                     Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq .....                     Əmək pensiyasının minimum məbləği .....                     Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib .....                     Müharibə və qırğınlar dayanmayacaq… .....                     Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: .....                     “Benzində su olmur axı...” .....                     Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: .....                     Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... .....                     Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi .....                     Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                     Cənubi Qafqazda yeni savaş təhlükəsi .....                     Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                     İran Azərbaycanı təbrik etdi: .....                     Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər .....                     “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi .....                     Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” .....                     Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb .....                     AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır .....                     “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” .....                     ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib .....                     Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                 

Bu ünvanda koronavirusa GƏL-GƏL deyilir... - Diqqət, TƏHLÜKƏ!
Tarix: 3-11-2020, 15:17 | Çap et
Bu ünvanda koronavirusa GƏL-GƏL deyilir...
Sentyabr ayının 27-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti dəfə təxribatlar törətməsi və bundan sonra şanlı ordumuzun ölkə ərazisinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlara başlaması bir çox digər məsələləri ikinci plana çəkmiş oldu. Hətta belə bir şəraitdə bu ilin əvvəlindən bütün dünyanın bir nömrəli gündəmi olan COVİD-19 mövzusu da sanki bir qədər unudulmağa başladı. Əlbəttə ki, buna Azərbaycan dövləti tərəfindən həyata keçirilən pandemiya ilə mübarizə tədbirlərinin yüksək effektivliyi sayəsində yay aylarında ölkədə virusa yoluxma hallarının kəskin azalması və bu səbəbdən tətbiq olunan karantin rejimi şərtlərinin bir qədər yumşaldılması da müəyyən qədər səbəb olmamış deyildi. Lakin bu gün vəziyyət kəskin şəkildə dəyişmək üzrədir və artıq ölkədə koronavirusa yoluxma hallarının sayında təhlükəli artım tendensiyası müşahidə olunmaqdadır. Bəs bu vəziyyətə səbəb olan əsas amillər hansılardır?

Əlbəttə ki, ilk növbədə koronavirus pandemiyasının ikinci (bəzi ölkələrdə isə hətta artıq üçüncü) dalğasının yayılması bütün dünya ölkələrində müşahidə olunan bir haldır. Lakin bu, heç də o demək deyil ki, ayrı-ayrılıqda götürülmüş hər hansı bir ölkədə bu mərəzlə mübarizə daha effektiv şəkildə həyata keçirilə bilməz. Əksinə öz təcrübəmizdən də biz gördük ki, pandemiyanın kütləvi şəkildə yayılmasının qarşısını almaq olar. Sadəcə bunun üçün bəzi qaydalara riayət etmək lazımdır və bu qaydalardan da biri insanların kütləvi şəkildə toplaşdıqları məkanlarda sanitar-gigiyenik vəziyyəti ciddi nəzarət altında saxlamaqdır.

Bu gün ölkəmizdə məhz insanların kütləvi şəkildə toplandıqları məkanların sayını minimuma endirmək üçün bir çox böyük ticarət mərkəzlərinin fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb. Bəs görəsən fəaliyyəti davam edən məkanlarda vəziyyət necədir?

Elə “8-ci km bazarı” kimi tanınan ticarət mərkəzinə də «Deryaz.az»saytımızın əməkdaşları növbəti dəfə məhz bu yönümdə araşdırma aparmaq üçün yollanmışdılar. Heç kim üçün sirr deyil ki, ərazisinə görə Bakının ən böyük ticarət məkanlarından olan bu bazar əvvələr də heç bir sanitar normalara əməl olunmadan fəaliyyət göstərib. İstər faktiki olaraq dörd seksiyaya bölünmüş olan ərzaq bazarı olsun, istər tikinti və təsərrüfat malları satılan bazar, istərsə də pal-paltar bazarı. Əslində ticarətin bu üç müxtəlif istiqamətləri “8-km bazarı”nda kifayət qədər tez-tez kəsişir. Məsələn, bir tərəfdən pal-paltar, digər tərəfdən isə metal məmulatlarının satış mərkəzləri arasında böyük bir ət bazarı fəaliyyət göstərir. Deyilənə görə, Ağdamlı Rauf adlı bir şəxsin idarə etdiyi bu ət bazarı özü-özlüyündə artıq böyük bir epidemioloji təhlükə mənbəyidir. Belə ki, hər gün səhər saat 4-5 radələrində (əlbəttə ki, komendant saatı rejiminin tətbiqindən əvvəlki vaxt nəzərdə tutulur) buraya çox sayda minik və kiçik həcmli yük avtomobillərində gətirilən heyvan cəmdəklərinin mənşəyi onları gətirənlərin özündən başqa heç kimə bəlli deyil. Sutkanın 24 saatı ərzində də bu ət bazarının yanından keçənlər üfunətdən burunlarını tutub, addımlarını itiləşdirməli olurlar. Sanitar epidemioloji mərkəzə olunan müraciətlərə isə cavab verirlər ki, bizim onları yoxlamaq səlahiyyətimiz yoxdur. Qəribədir, amma məhz elə bu mərkəzin həkimi də hər səhər bu bazara gəlir və əlindəki möhürü qarmaqdan asılan cəmdəklərə növbə ilə vuraraq, ət sıralarının qarşısından “ənənəvi” reyd keçirir.

Müxtəlif problemlər ərzaq bazarında da diqqəti cəlb edir. Az öncə qeyd olunduğu kimi, bu bazar faktiki olaraq üç seksiyaya bölünür və daimi müştərilər də həmin seksiyaları 1-ci bazar, 2-ci bazar, 3-cü bazar və 4-cü bazar deyə adlandırırlar. Q.Qarayev prospekti tərəfdən gələrkən müştərinin ilk daxil ola biləcəyi seksiya 1-ci bazardır. Burada qismən geyim və təsərrüfat malları, daha çox isə pərakəndə ərzaq məhsullarının satışı həyata keçirilir. Mənbələr bildirirlər ki, 1-ci bazar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət Departamentinin keçmiş rəisi Faiq müəllimə məxsusdur. İndi özü burda olmasa da, yerinə təyin etdiyi Etibar adlı başqa bir şəxs (əslən Tovuz rayonundan olduğu məlumdur) mütəmadi olaraq icarə pullarını toplayır və Faiq müəllimə göndərir.

2-ci seksiyanın “vizit kartı” qapalı (daha doğrusu üstü örtülü) məkanın girişində, küçədə təşkil olunan balıq ticarətidir. Hə, dərhal sonra da meyvə sıraları gəlir. Maraqlı müştərilər əvvəlcə əllərini çeşid-çeşid balıqların dərisinə sürtməklə dezinfeksiya edə, sonra da həmin əllə alacaqları meyvələrdən götürüb onların dadına baxa bilərlər. Mənzərəni təsəvvür edə bilirsiz? Deyilənə görə bu bazarın da sahibi Ağdamlı Rauf adlı bir şəxsdir.

3-cü və 4-cü bazarlarda isə daha çox topdan ticarətlə məşğul olurlar. Burada duran yük avtomobilləri isə çox vaxt öz sürücülərinin həm dükanı, həm yemək, həm də yataq otağı funksiyasını yerinə yetirir. Amma burada da pərakəndə ticarət gedir. Xüsusilə də evdə hazırlanan turşu-şorabaların satışı çox yüksək intensivliyə malikdir. Deyilənə görə bir vaxtlar bu bazar sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsən kurasiyasında imiş. Bu gün isə 3-cü və 4-cü bazarın sahibi olaraq Elşən və adı məlum olmayan bir şəxs tanınır. Bəzi mənbələr isə Elşən müəllimin radikal müxalifəti dəstəkləyən şəxs olaraq təqdim edirlər…

Amma məsələnin siyasi tərəfi bizi ən az maraqlandıra biləcək məqamdır. Çünki bu dörd bazarın dördündə də hal-hazırda cəmiyyətimiz üçün daha təhlükəli olan yüzlərlə başqa məqamlar mövcuddur. İstər bazarın daxilində, istərsə də ətrafında fəaliyyət göstərən köşklər, ərzaq mağazaları, yeməkxanalar və digər obyektlər inanın ki, bu gün pandemiyaya yoluxma hallarının artmasında bəlkə də ən çox təsiri olan vasitələrdir. Bunlar heç də boş ittiham deyil. Özünüz düşünün – insan sıxlığı ən yuxarı həddə; satıcıların və müştərilərin gigiyenik qoruyucu vasitələrdən istifadəsi təmin olunmur; sanitar vəziyyət sıfır səviyyədə; açıq satılan məhsullara alışa qədər onlarca insanın əli toxunur; məhsulların heç bir gigiyenik sertifikatı olmur və bəzi hallarda mənşəyi belə naməlum olur; 10 satıcıdan 9-nun sağlamlıq haqqında arayışın harada verildiyi barədə anlayışı belə yoxdur; burada alış-verişə demək olar ki, şəhərin bütün ərazilərindən insanlar gəlir.

Vergi deyilən ödəmə sistemi isə yaddan çıxıb.

İndi siz deyin, koronavirus infeksiyasının yayılması üçün bundan daha çox imkanlar verən hansısa başqa bir məkan tanıyırsınız?(Deryaz.az)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru