Səfər Mehdiyev haqqında ŞOK İDDİA... - DGK-ni kimlərə peşkəş edib?..
Tarix: 9-04-2020, 10:39 | Çap et
Dövlət Gömrük Komitəsinin son zamanlar atdığı bəzi addımlar geniş müzakirə predmetinə çevrilib. Xüsusilə də gömrük-keçid məntəqələrində vətəndaşların gediş-gəlişinin müəyyən qədər asanlaşdırılması qurumun işində müsbətə doğru müəyyən dəyişikliklərin olduğundan xəbər verir. Lakin bəzi açıqlamalar heç də ürəkaçan deyil. Beləliklə, yeni komitə sədrinin islahatlarının da pərdəarxası üzə çıxır. Bu arada cumhuriyyet.az olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev haqda media üzərindən apardığımız araşdırmalarda da maraqlı məlumatlara rast gəldik. Belə ki, hələ Dövlət Gömrük Komitəsinin rəhbərliyinə yeni təyin olunduğu dönəmlərdə media qarşısına çıxaraq meydan sulayan Səfər Mehdiyev “gömrükdə inhisar yoxdur, mənə bir fakt göstərin, istefa verim” deməsiylə başına iş açmışdı ki, həmin açıqlamanın ardından DGK rəhbərinin yola salınmasını, daha doğrusu, sözünə əməl edəcəyi təqdirdə istefasını reallaşdıracaq yüzlərlə fakt yerli KİV-də işıqlandırıldı. Amma bunlar Səfər Mehdiyev tərəfindən ciddiyə alınmadı və aydın oldu ki, sən demə, ictimaiyyət DGK sədrinin həmin açıqlamasını ciddiyə almalı deyilmiş. Yəni bu sözlər elə-belə deyilibmiş… Ət monopoliyası bir bacanaqda… Gömrük sistemində baş verənlərlə bağlı yerli mediada yazılan xəbərlərə istinadən cumhuriyyet.az bildirir ki, Səfər Mehdiyev gömrükdə inhisar axtarırsa, öz yaxın qohumlarına nəzər salsın. Mən bu dəfə sizlərə DGK sədrinin bacanaqlarının biznesindən məlumat verəcəm. Səfər Mehdiyevin bacanaqları rəsmən inhisarçıdırlar və onların hər biri ayrıca sahəyə nəzarət edirlər: “Onun Gündüz adlı bacanağı “Babək” və “Orxan” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Gündüz bacanağının hədiyyəsi ilə bundan sonra 100 il işləməsə də, pula ehtiyacı olmaz”. S.Mehdiyev haqqında səslənən iddialardan biri isə odur ki, Hindistandan ölkəmizə gətirilən bütün ət məhsulları onun monopoliyasındadır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur. “Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Eyni zamanda Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovla quda olan Gündüz Xırdalandakı ət-toyuq idxalı müəssisəsinə rəhbərlik edir. Gündüzün oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başında durur. Başqa bir bacanaq da iş başında S.Mehdiyevin digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər. Görünən odur ki, dövlətin aidiyyatı qurumları S.Mehdiyevin gömrük sistemindəki bu maxinasiyalarına son qoymasa, onun bu cür qanunsuzluq və korrupsiya fəaliyyətləri hələ uzun illər də davam edəcək. Onun ölkəyə gətirilən viskilərin idxalına nəzarəti Mircavad adlı şəxsə həvalə etməsini barədə geniş araşdırmamız olacaq. Həmçinin, Mircavad adlı həmin şəxsin sahibi olduğu marketə işçi götürərkən, baş verən bir sıra ilginc məqamlar barədə məlumat verəcəyik. Qeyd edək ki, həmin işəgötürmə prosesi baş tutmasa da, Mircavad o hadisədən sonra 4 polisin müşaiyəti altında gəzir. İşin çaşında duran anti-Əliyevçidir? Səfər Mehdiyev Gömrük Komitəsinin birinci müavini olduğu müddətdə əlindəki geniş imkanlardan istifadə edərək özünün bütün yaxın-uzaq qohumlarını işlə təmin edib. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından ibarətdir. Bildirilənə görə, Dövlət Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Yeri gəlmişkən bununla bağlı cumhuriyyet.az olaraq yerli mediuada gedən bir məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Səfər Mehdiyevin qaynatası zamanında mərhum prezident, ulu öndər Heydər Əliyevə qarşı səngərdə yer alıb. 1991-ci ilin sentyabrın 3-də keçirilmiş Naxçıvan MR Ali Məclisinin sessiyasında Heydər Əliyev Naxçıvan Muxtar Respublikanın rəhbəri seçildi. Həmin dövrün stenoqramasına baxılarsa, Qulu Tarquliyev mərkəzin tapşırığı ilə Heydər Əliyevə ”sən xalqa bəla gəlmisən” dediyi sözlərin şahidi olarıq. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal Tarquliyev, İlham Tarquliyev Gömrük Komitəsində müxtəlif vəzifələr tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar sahibidirlər”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40 |
|
|
|
• “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19 |
|
|
|
• Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18 |
|
|
|
• Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14 |
|
|
|
• İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Dünən, 15:13 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Dünən, 15:09 |
|
|
|
• Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
• Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Dünən, 15:05 |
|
|
|
• Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Dünən, 15:02 |
|
|
|
• Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Dünən, 14:59 |
|
|
|
• Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Dünən, 14:58 |
|
|
|
• Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Dünən, 14:00 |
|
|
|
• "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Dünən, 13:58 |
|
|
|
• Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Dünən, 13:28 |
|
|
|
• SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Dünən, 13:07 |
|
|
|
• Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Dünən, 13:05 |
|
|
|
• Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Dünən, 13:02 |
|
|
|
• "Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Dünən, 13:00 |
|
|
|
• Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Dünən, 12:45 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:42 |
|
|
|
|