Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər .....                     Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər .....                     BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... .....                     FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu .....                     "Bu heç şeytanın da ağlına gəlməzdi..." .....                     Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək .....                     Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN .....                     Bu ifadə generalın sonunu gətirə bilər .....                     Tiktokda əxlaqsızlıq təbliği… .....                     "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... .....                     Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb .....                     Əhali arasında yayılan dəhşətli 'VİRUS'... .....                     Mərkəzi bankın 3 qəpiklik ŞOUSU .....                     “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? .....                     İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                     Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir .....                     5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                 

Rüfət Aslanlının "koronavirus"una yoluxmuş bank sisteminə "peyvənd" tapılacaqmı..? - İTTİHAM
Tarix: 10-03-2020, 08:45 | Çap et
Rüfət Aslanlının "koronavirus"una yoluxmuş bank sisteminə "peyvənd" tapılacaqmı..?
Dünyanın 100-dən çox ölkəsinin mənşəyi və yayılma arealı barədə çoxsaylı suallar yaradan müəmma - koronavirusla savaşdığı bir vaxtda bəşəriyyətin başının üzərini daha qlobal və dağıdıcı təsirə malik böhran almaqdadır. "OPEK üstəgəl" formatında baş tutan sonuncu sammitdə Rusiyanın yersiz dikbaşlığından sonra ipi Vaşinqtonun əlində olan Səudiyyə Ərəbistanının Moskvanın acığına gündəlik neft hasilatının 12 milyon barel artıracağı ilə hədələməsindən bir neçə saat sonra birjalarda neftin qiyməti 1991-ci ildə Sovetlər birliyi çökəndən bu yana ilk dəfə misligörünməmiş düşüş yaşadı və bütün bədbin proqnozları belə alt-üst edərək bareli 31 dollara çatdı. Azərbaycan kimi iqtisadiyyatı hələ də əsasən neftdən asılı ölkələr üçün bu xəbər gerçəkdən şok effekti yaradıb və bu azmış kimi qiymətlərin daha da ucuzlaşaraq 20 dollar həddində tərəddüd edəcəyi barədə proqnozlar təkcə hökumətləri deyil, sadə vətəndaşları da xəyal qırıqlığına uğratmağa başlayıb.

Əlbəttə, heç də hər şeyin sonu deyil və xoşbəxtlikdən Azərbaycanın 50 milyard dollardan artıq təhlükəsizlik yastığı var və hökumət diribaş tərpənərək böhranın dağıdıcı təsirlərini minimuma endirəcək önləyici tədbirlərə əl atsa ən azından yaxın aylar və hətta qarşıdakı 1-2 il ərzində iqtisadiyyatımızda ürküdücü qısaqapanma yaşanmaya bilər. Amma bir məsələ yəqinləşib ki, vəziyyət heç də ürəkaçan olmayacaq və xüsusən də bu böhranın ən ağır zərbəsi son dərəcə kövrək olan bank sisteminə dəyəcək. O bank sisteminə ki, hələ 4-5 il əvvəldən koronavirusdan betər mərəzə yoluxdurulub və bu günədək ölkənin bank-maliyyə sisteminin başbilənləri bu bəlanın "peyvənd"ini tapmaqda aciz qalıb.

Məsələ burasındadır ki, macərapərsət Rüfət Aslanlı kimi bir təsadüfi adamın 10 mart 2016-cı il tarixli Sərəncamla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilməsindən sonra qlobal maliyyə böhranının sarsıdıcı zərbəsi ilə üzləşmiş bank sistemini bürümüş mənşəyi naməlum epidemiya-virus son bir neçə ildə Azərbaycanın bankçılığının onurğa sütununu qırdı. Nəticədə bir neçə bank bağlandı, əmanətçilər və banklar misligörünməmiş zərərə düşdü, nüfuzlu bankirlər müflisləşdirildi, hətta bir çoxları şərlənərək sıradan çıxarıldı. Elə bir acınacaqlı mənzərə hakim olmağa başladı ki, sanki Rüfət Aslanlı bu sistemi canlandırmaq deyil, məhv etmək üçün göndərilib.

Artıq 2 ilə yaxındır ki, bank sistemi üzərində Rüfət Aslanlı adlı qara bulud yoxdur, amma onun bitib tükənməyən ehtirası və hikkəsinin öldürücü təsiri hələ də hiss olunmaqdadır. Onun bank sisteminin üzərinə qara bulud kimi çökməsi səbəbindən vəziyyət daha da ağırlaşanda ölkə başçısı məcbur qalıb onu işdən qovsa da bu günədək MBNP birinci və sonuncu rəhbərinin "aslan" gedişi hələ də bank sisteminin başı üzərində Domokl qılıncı kimi öz etkisini - təsirini saxlamaqdadır.

Təəssüflə qeyd edilməlidir ki, Rüfət Aslanlı təkcə bank sistemini məhvərindən oynatmadı, həm də ölkənin bank və maliyyə sisteminin ən nüfuzlu rəhbərlərinə qarşı şantajçı-böhtançı addımlar atmaqdan da çəkinmədi. Amma sonda haqq-ədalət məkrə və yalana qalib gəldi, ölkə başçısı bütövlükdə Rüfət Aslanlının adını ləkələdiyi MBNP adlı mənhus qurumu yerli dibli ləığv edərək onun bir çox səlahiyyətlərini Mərkəzi Banka verdi. Bununla dövlət başçısı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova etibar etdiyini, Rüfət Aslanlının nə yuvanın quşu olduğunu təfərrüatı ilə bildiyini isbatlamış oldu.

Bu gün ölkənin bank-maliyyə sistemi növbəti dəfə ağır imtahan qarşısındadır. İndi hamını bir sual düşündürür, 3 cü devalvasiya olacaqmı, yoxsa növbəti qlobal maliyyə böhranı bir vaxtlar Hesablama Palatasının sədri ikən Milli Məclisdə Heydər Əsədovun dediyi kimi, bu böhran da sadəcə Azərbaycan iqtisadiyyatına sürtünüb keçəcək? Hər halda bu ritorik suala birmənalı cavab tapmaq mümkün deyil. Amma ölkənin bank-maliyyə sisteminin başında dayanan Elman Rüstəmov-Samir Şərifov tandeminin peşəkarlığına, antiböhran kansepsiyası ilə silahlanaraq maksimal rezistentlik immuntetinə sahiblənmələrinə arxalanaraq ümid etmək olar ki, Azərbaycan iqtisadiyyatı bu zərbəni də ağır bədəllər ödəmədən dəf edə biləcək. Əgər ölkənin bank-maliyyə sisteminə cavabdeh olan şəxslər bu sınaqdan da üzüağ çıxmağı bacarsa, o zaman əminliklə iddia etmək olar ki, tezliklə Rüfət Aslanlının vurduğu yaraları sağaltmaq və ölkə iqtisadiyyatını qeyri-neft sektoruna kökləmək mümkün olacaq. Bizlərə sadəcə gözləmək və atılacaq antiböhran addımlarını izləmək qalır.

Yeri gəlmişkən, hökumətə bəzi antiböhran tədbirlərini də biz göstərək. Qeyri-rəsmi məlumatlara görə, Rüfət Aslanlı MBNP rəhbəri olduğu dönəmdə torbasını tikdiyi və gedər-gəlməzə göndərdiyi bankların aktivlərinin özününkiləşdirməsi və digər çirkli bank əməliyyatları hesabına astronomik məbləğlərlə ifadə olunan kapitala sahiblənib. Onun maşın kolleksiyaları və dəbdəbəli daşınmaz əmlakları (oxuculara təqdim olunan aşağıdakı videoda onun təkcə İstanbulda dəyəri 30 milyon dollar olan dəbdəbəli mülklərindən biri göstərilir) barədə mediada zaman-zaman yazılıb və heç şübhəsiz vergi orqanlarımız da, digər hüquq mühafizə orqanları da onun hansı varidata sahib olduğunu aşağı-yuxarı bilməmiş deyillər. Ona görə də ilkin olaraq Rüfət Aslanlının sərvətini günah keçşisi kimi qlobal maliyyə böhranının qarşısına çıxarmaqla iqtisadiyyatımızı təlatümlərdən qorumağı sınaqdan keçirmək heç də pis olmazdı...
//moderator.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50
BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48
FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
"Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32
Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25
Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07
Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01
"Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51
Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48
Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40
“Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru