Müdafiə Sənayesi Nazirliyində "SAVAŞ ÇIXIB"... - İDDİA
Tarix: 23-07-2018, 09:26 | Çap et
Müdafiə Sənayesi Nazirliyində (MSN) ciddi proseslər baş verir. Bununla bağlı cumhuriyyet.az saytının nazirlikdəki mənbələrdən əldə etdiyi məlumata görə, hələ mərhum nazir Yavər Camalovun həyatının son aylarında MSN-də başlayan bu proses nazirlikdə çalışan bəzi şəxslər arasında ciddi narazılıqlara səbəb olub. Eyni zamanda nazirliyin tabeliyindəki bəzi müəssisələrin də fəaliyyətinə təsirsiz ötüşməyib. Məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu postu tutmaq uğrunda ciddi mübarizə başlayıb. Ölkənin müdafiəsi üçün əhəmiyyət kəsb edən bir sahənin uzun müddət rəhbərsiz qalmayacağından, son dövrlər bu mübarizənin əsl savaşa çevrildiyi iddia edilir. Nazir postuna potensial namizədlər kimi isə mərhum Yavər Camalovun müavinləri olmuş Yəhya Musayevin və Tofiq Rəfiyevin, eləcə də aparat rəhbəri Üzeyir İsmayılovun adları çəkilir. Adları çəkilən namizədlərin şanslarına keçməzdən öncə bildirək ki, hazırda müşahidə olunan proses namizədlərin bir-birinə qarşı mediada “müharibə” elan etməsidir. Məlumata görə, nazirlikdəki bəzi vəzifəli şəxslər özlərinə “yol açmaq” və mövqelərini möhkəmləndirmək üçün son günlər ciddi planlar qururlar. Həmin planlara nazirlikdəki bəzi rəhbər şəxslər barədə kompromat toplamaq da daxildir. İddia olunur ki, haqqında kompromat toplanan şəxslərdən biri də nazir müavini Yəhya Musayevdir. Elə bu kompromat atəşində bir məqama diqqət çəkmək istərdik. Belə ki, nazirlik daxilində baş verən proseslərlə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rastlaşdığımız bir məlumat maraq doğurur. Mediada yayılan bəzi məlumatlarda Yavər Camalovun vəfat etdiyi gün – 24 iyunda mərhumla müavini arasında mübahisə yaşandığı iddia olunur. Ancaq bu iddiaların nə qədər doğru olduğunu söyləmək çətindir. Ən azı ona görə ki, Yəhya Musayev mərhum nazir Yavər Camalovun kadrı kimi vəzifədə yüksəlib. 1959-cu ildə Bakı şəhərində anadan olan Yəhya Musa oğlu Musayev ixtisasca mühasibdir. Yavər Camalov harda işləyib, Yəhya Musayev də orda olub. Yavər Camalov 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru olanda Yəhya Musayev onun baş mühasibi olub. 2003–2006-cı illərdə “Azneft” İstehsalat Birliyində baş direktor işləyən Yavər Camalov əvvəlcə Yəhya Musayevi İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi. sonra isə özünə müşavir götürüb. Yavər Camalov müdafiə sənayesi naziri postuna təyin olunduqda isə Yəhya Musayevi özünə müavin gətirib. Müdafiə Sənayesi Nazirliyində də Yəhya Musayev mərhum nazirin «sağ əli» sayılıb. Təsadüfi deyil ki, Müdafiə Sənayesi Nazirliyində (MSN) tikinti-təmir işlərindən tutmuş, nazirliyə, tabeliyindəki zavodlara müxtəlif avadanlıqların alınmasına qədər, bütün pullu işlərə Yəhya Musayev nəzarət edib. Bu üzdən də Yəhya Musayevin mətbuatda ən çox adı hallanan nazir müavinlərindən biri olduğunu söyləyə bilərik. Bu məlumatların əksəriyyətində Yəhya Musayevin adı “qara işlərdə” hallanır. Belə ki, nazirliyin işçiləri tərəfindən mətbuata ötürülən məlumatlarda MSN-ə ayrılan vəsaitlərə alınan avadanlıqların qiymətlərinin süni şəkildə şişirdilməsində, nazirliyin tabeliyində olan zavodların istehsal etdiyi məhsulların satışından əldə olunan vəsaitlərin qaranlıq məqsədlərə sərf edilməsində də Y.Musayevin adı hallanıb: “Həmin vəsaitlər demək olar ki, bütövlükdə zavod direktorları tərəfindən nəğdləşdirilir və nazirin müavini Yəhya Musayevə qaytarılır. Eyni zamanda, nazirliyin tabeliyində olan müəssisələr iri məbləğdə kreditlər götürməyə vadar edilir və kreditlərin taleyi qaranlıq qalır… Nazirliyin göstərişi ilə MSN-in tabeliyində olan bütün zavodlar böyük məbləğlərdə kredit götürüblər. Həmin kreditlərin 70-80 faizi nəğdləşdirilərək nazirliyin rəhbərliyinə rüşvət olaraq verilib. Zavodlar alınmış kreditlərin rüşvət hissəsini silmək məqsədilə guya təmir işlərinin aparıldığı haqda saxta sənədlər hazırlayıblar. Halbuki, həmin vəsaitlər təmir-tikinti adı ilə mənimsənilib.” MSN-lə bağlı mətbuata şikayətlərdə, Y.Musayevin adı həmçinin müdafiə sənayesinin inkişafına ayrılan büdcə vəsaitlərinin təyinatından kənarlaçşdırılmasında, yeni alınan avadanlıqların qiymətlərinin şişirdilməsində də hallandırılıb: “Zavodların hesab açdıqları banklar yoxlanılarsa, həmin nəğdləşmə əməliyyatları görünər. Zavodlar həmin vəsaitləri kobud maliyyə səhvlərinə yol verərək silirlər”. Bunun sübutu kimi hələ də davam edən “MTN işində” Y.Musayevin adının hallanmasına diqqət çəkilir. Söhbət MTN-çilərin əməliyyatının sonunda 2 milyon aldığı iş adamı Kamal Seyfullayevlə bağlı epizoddan gedir. Həmin işin istintaqı zamanı məlum olmuşdu ki, Kamal Seyfullayev tikinti-təmir işləri ilə məşğul olub. “Bakı Tikinti” və “Alfa” MMC-nin rəsmi müdiri və faktiki sahibi olmasa da, həmin şirkətlərin fəaliyyətlərinə rəhbərlik edib. Müdafiə Sənayesi Nazirliyindən böyük sifarişlər alıb, hesabına tez-tez 10 milyonlarla pul girib-çıxıb. Məhz hesabındakı növbəti milyonlar, daha dəqiqi 18 milyonu nağdlaşdırarkən MTN-in əlinə düşüb, 2 milyon verməklə canını qurtarıb. Ancaq məlum olub ki, onun kimi iş adamları vasitəsilə MSN-də təmir-tikinti işlərinə ayrılan pulların böyük hissəsi nağdlaşdırılaraq götürülür. Məlumatlarda nazirlikdə bu işlərin Yəhya Musayevdən məlumatsız həyata kemirilməsinin qeyri-mümkün olduğu bildirilib. Bundan əlavə Yəhya Musayevin böyük biznes şəbəkələrinin mövcudluğuna iddialar mövcuddur. Belə ki, Azərbaycanda öz fəaliyyətinə 2011-ci ildə başlamış “RETEMS GROUP” şirkətlər qrupunun da Yəhya Musayevə məxsus olduğu bildirilir. Qeyd edək ki, “RETEMS GROUP” tərkibində bir neçə altbölümü birləşdirərək, qida məhsullarının idxalı və ixracı, tikinti, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat xidmətləri sahəsində çalışır. Biznesin müxtəlif istiqamətlərində fəaliyyət göstərən “RETEMS GROUP”-un şirkətləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Bu məqsədlə şirkətin xaricdə də çoxlu əməkdaşları işləyir. “RETEMS GROUP”-un rəsmi saytındakı məlumatlara əsasən onun illik dövriyyəsinin 100 milyonlarla dollarla ölçüldüyünü söyləmək olar. Bundan əlavə mətbuatda Yəhya Musayevin Türkiyədə də 100 milyonlarla dəyəri olan böyük biznes qurduğuna dair məlumatlar yayılıb. Bu biznesin idarəçiliyini isə nazir müavininin İlqar adlı qaynının həyata keçirdiyi bildirilir. Yəhya Musayevin adı həmçinin oğlu Elvin Musayevin dəyəri 100 min dolları aşan avtomobillərlə də gündəmə gəlib. Elvin Musayevə məxsus bütün avtomobillərin dövlət nömrə nişanlarının “123”-lə bitdiyi iddia edilir. Bir sözlə Yəhya Musayevin keçmiş fəaliyyətinə dair məlumatlar onun nazir təyin olunması önündə əsas maneə hesab olunur. Buna görə də onun nazir postunu tutması üçün rəqiblərini sıradan çıxarması əsas şərt hesab olunur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
|