Qida Agentliyi fiaskosu - İTTİHAM
Tarix: 3-07-2018, 08:45 | Çap et
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb, keçən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Keçən ilin dekabrında isə məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə Qoşqar Təhməzli təyin olundu. Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi təzə yaransa da artıq qida təhlükəsizliyi sahəsində ilk addımlarını atmağa başlayıb. Amma Qida Təhlükəsizliyi Agentliyi yaxşı niyyətlər üçün yaradılsa da onun sədri Qoşqar Təhməzlinin yaxın ətrafının dövlət agentliyi ilə bağlı ümidləri,fikirləri,ən əsas da niyyətləri tam başqadır.Amma bu barədə cumhuriyyet.az olaraq bir qədər sonra yazımızda bəhs edəcəyik… Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu? Qoşqar Təhməzlinin təyinatı ilə bağlı mətbuatda gedən məlumatda bildirilir ki,o 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur. Azərbaycan Tibb Universitetinin və Qərb Universitetinin Tibb elmləri üzrə fəlsəfə doktorudur, “Medeks” şirkətinin rəhbəridir. Qeyd edək ki, “Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur. Amma Google axtarış sistemində Qoşqar Təhməzli yazanda onun haqda demək olar ki, heç bir ciddi məlumat tapmaq olmur. Qoşqar Təhməzov yazanda isə onun barəsində çoxsaylı informasiyalara rast gəlmək olur. Qoşqar Təhməzovun Almaniyadan ölkənin səhiyyə sahəsi üçün gətirdiyi avadanlıqlar barədə məlumatlar onun yaxın ətrafı tərəfindən mətbuata verilib. Hətta sonda Qoşqar Təhməzovun Qoşqar Təhməzli olmağı da qardaşlar tərəfindən əvvəlcədən qurulan bir plandır. Bu soyad dəyişikliyinin səbəbi ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə bu ona görə edilib ki, “Google”da onun fəaliyyətini araşdıran jurnalistlər axtarış verəndə qarşılarına Qoşqar Təhməzli adı çıxsın, hansının ki, guya Fərhad və Atəş Təhməzovlarla heç bir əlaqəsi yoxdur. Yeri gəlmişkən, mövzu ilə bağlı mətbuatda yer alan maraqlı bir məlumat da diqqətimizi çəkdi: “Qoşqar Təhməzov “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun yaxın dostudur və biznes şərikidir”. Agentlik rəhbərinin məmur qardaşı:Qaçqın evlərindən sosial mənzillərə İnternet resursları üzərindən axtarışlarda ilk rast gələn məlumatda Qoşqar Təhməzovun Fərhad Təhməzovun qardaşı olduğu bəlli olur. Fərhad Təhməzovun isə vaxtı ilə Qaçqınkomda keçmiş deputat Ayaz Orucovun yerinə (Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru vəzifəsinə) təyin olunub. Fərhad Təhməzov fonda təyin olunarkən hər şeydən əvvəl fondun fəaliyyətindəki korrupsiyanın azalması gözlənilsə də, gözləntilər özünü doğrultmadı. Belə ki, elə ilk günlərdən “Qaçqınkom”un şöbə müdiri, Əli Həsənovun qohumu olan Elman İsmayılıovla əlbir olan Fərhad Təhməzov qaçqınlar və məcburi köçkünlər üçün qəsəbələrin tikilməsi üçün ayrılan vəsaitlər üzərində nəzarəti ələ keçirib. Həmin qəsəbələrin tikintisi zamanı isə mal və materialların, həmçinin əmək qüvvəsinin qiymətlərini bir neçə dəfə şişirtməklə külli miqdarda korrupsiyaya yol verdiyi qeyd olunur. Qeyd edək ki, qəsəbələrin tikilməsi üçünsə vəsaiti Dövlət Neft Fondu verir. Ümumiyytlə isə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun əsas fəliyyətini Dövlət Neft Fondu maliyyələşdirir. Və bu gün Fərhad Təhməzovun zamanında “yuduğu” korrupsiya pulları da məhz Dövlət Neft Fondunun, yəni birbaşa Azərbaycan xalqının pulları olub. Bundan başqa ölkə mətbuatında Fərhad Təhməzovun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yarıtmaz fəaliyyəti barədə də çoxsaylı xəbərlərə rast gəlmək olur. Məsələn, cumhuriyyet.az həmin məlumatlara əsasən bildirilir ki, Fərhad Təhməzov qazandığı milyonlarla qardaşları Atəş və Qoşqar Təhməzovlar vasitəsi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurmağa nail olub. Qoşqar Təhməzovun elə əvvəldən həkim olduğu bu ailəni tanıyanlara bəllidir. Və sonradan qardaşı Fərhad Təhməzovun köməkliyi ilə səhiyyə sahəsində böyük biznes şəbəkəsi qurub oliqarxa çevrilməyi də onun yaxın ətrafından mətbuata sızan məlumatların sırasındadır. 2016-cı ilin iyununda isə F.Təhməzov Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə direktor təyin ounub. Boşa çıxan etimad Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi haqda bu qədər geniş məlumat verməyimiz təsadüfü deyil. Bu qurum “Asan” xidmətdən sonra ölkə rəhbərinin böyük etimad göstərərək yaratdığı ikinci müstəqil qurumdur. Hələ Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq, mövcud problemlərin heç olmasa bir qismi öz həllini tapacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Bu azmış kimi, son günlər Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı digər nüanslar müşahidə edilməkdədir. Məlumat üçün bildirək ki, Qida Təhlükəsizliyi Agentliyinə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət işi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyətlər sözügedən agentliyə verilib. İnam Kərimli “vurduqlarına” Qoşqar Təhməzli qucaq açır Yuxarıda adı çəkilən qurumlardan Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidmətinin fəaliyyəti ölkə ictimaiyyətinə bəllidir. Hər iki qurumun rəhbərinin korrupsioner və yarıtmaz idarəçiliyi haqqında ölkə mediasında dəfələrlə yazılıb. İnam Kərimovun nazirliyin başına keçməsindən sonra həm Baytarlıq Xidmətinin rəhbəri, həm də Fitosanitar Nəzarət Xidmətinin başçısı vəzifəsindən kənarlaşdırıldı. Amma çox maraqlıdır ki, Azər Süleymanov və Camal Quliyev Qida Təhlükəsizliyi Agentliyində vəzifə aldılar. İnam Kərimovun korrupsiya və yarıtmaz fəaliyyətə görə işdən kənarlaşdırdığı şəxslərə Q. Təhməzlinin vəzifə verməsi ilə bağlı bu yeganə fakt deyil. Məlum olduğu kimi, bir müddət öncə İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev də vəzifəsindən azad olunub. Qeyd edək ki, Kənd Təsərrüfatı nazirliyində Heyvandarlığın inkişafı şöbəsi ən çox korrupsiyaya uğramış şöbələrdən hesab edilir. Qalib Əbqüləliyevin vəzifədən uzaqlaşdırılmasına səbəb isə, məlumata görə bir müddət öncə 40 milyon dollar dövlət vəsaiti hesabına ərsəyə gəlmiş Qarabağ Aqrar Sənaye Kompleksində ciddi maxinasiyaların olmasıdır. Tikintisi zamanı ciddi yeyintilərə yol verilən kompleksin hazırkı fəaliyyəti iflas həddindədir. Hətta müəssisədə vəziyyət o dərəcədə kritikdir ki, hər ay dövlətə kreditlərin ödənilməsi üçün xaricdən gətirilən sort heyvanların qara bazarda dəyərindən dəfələrlə ucuz satıldığı deyilir. Amma İnam Kərimovun əmrindən bir neçə gün sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
|