Quba rayon icra hakimiyyətində çobanla “razborka” - İTTİHAM
Tarix: 22-06-2018, 08:23 | Çap et
“Qubada yaylaq korrupsiyası?” başlıqlı yazımda tanınmış və təcrübəli fermer, “Barlı” MMC-nin direktoru Hacı Mirnağı Adıgözəlovun başına gətirilənlərdən bəhs etmişdim. Qeyd etmişdim ki, Quba rayon icra hakimiyyətinin rəhbərliyi və Əlik bələdiyyəsinin sədri Nadir Məmmədov onun 2019-cu ilin mayınadək müvəqqəti istifadəsində olan yaylaq sahəsini əlindən almaq eşqinə düşüblər. Həmin yazını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, ədliyyə nazirliyinin bələdiyyələrlə iş mərkəzinin və kənd təsərrüfatı nazirliyinin rəhbərlərinə də göndərmişdim. Gözləyirəm ki, sözügedən qurumlar Əlik bələdiyyəsində baş verən özbaşınalıqlara və pozuntulara reaksiya verəcəklər. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin rəhbərliyi altında gedən yaylaq bölgülərini qanuni şəkildə araşdıracaqlar. Sözümün canı bu deyil, yazdıqlarıma təkrar qayıtmaq istəmirəm. Birbaşa keçirəm mətləbə.
Mənim bütün peşə sahiblərinə, o cümlədən, çobanlara da böyük hörmətim var. İnsan hansı işdə çalışırsa-çalışsın, fərq etməz, təki bacarığı və qabiliyyəti ilə hörmət qazansın. Elə harın və qudurğan dövlət məmurları var ki, çobanlar onlardan qat-qat artıq məərifət və vicdan sahibidirlər. Lakin hər kəsin öz yeri və cavabdehliyi var. Hər kəsdən öz işini sormaq gərəkdir. Dünən Quba rayon icra hakimiyyətində baş vermiş bir hadisə məni heyrətə gətirdi. Hacı Mirnağı Adıgözəlova məxsus yaylaq məsələsini araşdırmaq üçün bu dövlət qurumuna onun işçisi, daha dəqiq desək, çoban Əflatun Məmmədovu çağırıblar. Deyilənə görə, söhbətdə Əlik bələdiyyəsinin sədri Nadir Məmmədov, RİH hüquq şöbəsinin müdiri Hikmət Yasinov və bir də hələlik yiyəsi məlum olmayan (yaxın günlərdə buna da aydınlıq gətirəcəyik) bir holdingin təmsilçisi iştirak edib. Soruşa bilərsiniz ki, burada nə qəbahət var? Onda növbəti sual ortalığa çıxır: Nəyə görə M. Adıgözəlov dura-dura Əflatunu yaylaq “razborkasına” çağırıblar? Söhbətdə məlum olub ki, Hacının qanuni və müvəqqəti-15 illiyə istifadəsində olan yaylağına kiminsə qoyun-quzusunu soxuşdurmaq istəyirlər. Əcəba, necə olur ki, M. Adıgözəlovun əlində 367 hektar torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamə və müqavilə ola-ola həmin sahəyə zorla kiminsə sürüsünü yerləşdirmək istəyirlər? Yaxşı, məgər bu problemlə çobanmı məşğul olur? Əlqərəz, Əflatuna deyiblər ki, get yaylağa, biz də gəlirik oranı bölməyə. Doğrudan da gediblər, amma nəsə xoşlarına gəlməyib. Deyilənə görə, yenidən qayıdacaqlar...
Mən başa düşə bilmirəm, Quba rayon icra hakimiyyəti rəhbərlərinin başqa işi-gücü yoxdur? Bu yaylaqlarda nə görüblər? Araşdırdım. M. Adıgözəlov deyir ki, Əlik bələdiyyəsinin sədri ənənəvi olaraq camaatın qanuni yaylaq sahələrini bir neçə aylıq pay-püş edir. Elə onun özünün də başına əvvəllər belə iş gəlib. Ən maraqlısı budur ki, həmin adamlar yaylaqlara görə pul ödəyiblər. Onda ortalığa sual çıxır: Bəs pullar hara gedir? Axı həmin yaylaq sahələrinin qanuni sahibləri illik icarə haqqı ödəyirlər. Bəs onların yerlərinə dürtüşdürülən adamlar hansı əsaslarla bu ərazilərdə qoyun-quzu saxladırlar? Ola bilsin ki, yaylaqlarda da müəyyən nöqsan və çatışmazlıqlar olsun. Amma bu mübahisəli məsələlər ədalətlə, daha düzgün olar ki, məhkəmələr vasitəsilə həll edilsin.
Quba böyük rayondur. Burada görüləsi işlər, əhalinin dərd-səri az deyil. Bəs icra hakimiyyətinə nə düşüb ki, yaylaq “razborkalarını” belə önə çıxarıb? Babalı deyənin boynuna. Yayılan şayiələrə görə, qanuni yaylaq sahələrindən qeyri-qanuni istifadə edənlərdən 5-7 min manat arası haqq alınır. Ona görə də ötən yazıda qeyd etmişdim ki, bu sahədə ciddi yoxlamalar keçirilməlidir. Bilinməlidir ki, kim qanuni qoyun-quzu saxlayır, kimi də bu sahələrə müxtəlif yollarla daxil olub. Yəqin ki, suallara cavab verən tapılacaq.
Ötən yazımda M. Adıgözəlova istinadən demişdim ki, Quba RİH-in başçısı Ziyəddin Əliyev ona söyləyib ki, yaylaqlara görə çoxsaylı müraciətlər olur. Başa düşmürəm, qoyun-quzusu olanlar problemlərini birbaşa bələdiyyələrlə və qanuni yolla həll edə bilmirlərmi? Hansı hüquqla bələdiyyə sədri Quba rayon polis şöbəsinin adından çıxış edərək M. Adıgözəlova hədə-qorxu göndərir? Deyir ki, onun sürüsünü ərazisindən polisin gücü ilə çıxardacaq. Dəhşətdir, acınacaqlıdır, biabırçılıqdır! Bələdiyyə sədri kimdir ki, polisin adından ultimatum versin? Qeyd etdim ki, bu bir məhkəməlik işdir. Bələdiyyə sədri isə, belə proseslərdən qaçır. Deyəsən qorxur ki, M. Adıgözəlovdan aldığı qoyun-quzu “dil açıb danışar”. Ona görə də fikirləşir ki, Quba rayon polis şöbəsi də özü kimi qanunsuz işlərə əl atar. Amma yanılır. Yəqin ki, polisdə onun əməllərindən və ultimatumundan xəbardar deyillər.
Qayıdıram RİH-dəki məsələyə. Ötən yazımda M. Adıgözəlovun icra başçısı tərəfindən qəbulu zamanı onun kabinetində daha iki nəfərin olduğunu yazmağı unutmuşdum. Bunlardan biri icra başçısının müavini Nəsrulla Vəliyev, digəri isə hüquq şöbəsinin müdiri Hikmət Yasinovdur. Elə çoban da Hikmətin tapşırığı ilə RİH-ə çağırılıb. Bu da hüquq məsələlərinə baxan şəxsin səviyyəsi. Ona xatırladıram ki, 2001-ci ildə qəbul edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilir: “5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. ”
İndi isə dövlət başçımızın 2015-ci ildə etdiyi çıxışlardan birini Qubanın icra başçısı Ziyəddin Əliyevə və bələdiyyə sədri Nadir Məmmədova xatırladıram: “...Axı biz hamımız Azərbaycanda yaşayırıq. Əgər yerli icra orqanları, bələdiyyə icazə verməsə, özbaşına kim nə edə bilər? Bələdiyyə bir növ necə deyərlər, icra başçılarının filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. İndi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ehtiyat fondunun hesabına biz tikirik. Bələdiyyə, sadəcə olaraq, bir möhür idarəsidir, yəni, qanunsuz əməllərə ştamp qoyur...” Prezident birbaşa hədəfə vurur. Çox təəssüf ki, Qubada bəzi məmurlar onun dediklərindən nəticə çıxarmırlar. Daha nə deyilməlidir ki?
Mən bu yazını bitirmirəm, hadisələrin sonluğunu gözləyirəm. Amma Nəsrulla Vəliyev və Hikmət Yasinova suallarım var:
1. Siz nəyin müqabilində M. Adıgözəlova məxsus müvəqqəti istifadə edilən yaylaq sahəsində onun qalmasına icazə verirdiniz?
2. Hikmət Yasinov, siz yaylaq məsələsində hansı rol oynayırsınız?
3. İcra hakimiyyətinin “filial müdiri”, bələdiyyə sədri adlanan Nadir Məmmədova hansı göstərişləri vermisiniz?
4. Qubadakı bələdiyyə mülkiyyətində olan bütün yaylaq sahələrindən əldə edilən illik gəlirlərin hesabına kəndlərdə hansı işlər görülüb?
Mən bu sualların cavabını bilirəm. Onu da bilirəm ki, M. Adıgözəlovun qarşısına hansı şərtlər qoyulub. Amma obyektiv səbəblərə görə hələlik açıqlamıram. Sadəcə, qarşı tərəfin mövqeyini və suallarıma cavab gözləyirəm.
Müqəddəs Mehdiyev "Şimal xəbərləri"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib - FOTO
Bu gün, 23:05 |
|
|
|
• Əliyevin mesajının şifrələri: - Zəngəzur dəhlizinin önəmi...
Bu gün, 23:00 |
|
|
|
• "Bəlkə də onların daha vacib işləri var idi... Bu da bir dərsdir..." - İlkin Həsəni KİMLƏRİ QINADI?
Bu gün, 22:58 |
|
|
|
• Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Bu gün, 22:55 |
|
|
|
• "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Bu gün, 22:38 |
|
|
|
• Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Bu gün, 22:31 |
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
|