"Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." .....                     Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... .....                     Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər .....                     Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir .....                     "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. .....                     İrandan Azərbaycana qarşı hədyan .....                     UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları .....                     "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" .....                     “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir .....                     Prezidentdən Zəngəzur mesajı .....                     “Beer Muxtar”da alkoqollu içkilərə də .....                     Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq .....                     "“Əmrahbank”la məhkəməmiz davam edir..." .....                     Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür .....                     Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... .....                     Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? .....                     Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı .....                     Dollar satışı niyə artıb? .....                     Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib .....                     Vəzifəli şəxsi maşın vurub öldürdü .....                     Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? .....                     Vardanyanı hansı cəza gözləyir? .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi .....                     Müşfiq Həşimov .....                     Raqif Abbasovun məhkəməsi başladı .....                     “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” .....                     Hacı İbrahim Nehrəmlinin şirkəti .....                     Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? .....                     Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... .....                     Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına .....                     Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb .....                     AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` .....                     Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? .....                     Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir .....                     Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin .....                     Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub .....                     Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? .....                     Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan .....                     Makron özünü "yeni Napoleon" zənn edir .....                 

Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir... - İDDİA
Tarix: 20-06-2018, 13:59 | Çap et
Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir...
Az qala hər gün hüquq-mühafizə orqanlarının əməkdaşlarının həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən, əsasən internet şəbəkəsi vasitəsi ilə onlayn şəkildə təşkil olunan qumarxana, totalizator, qanunsuz pul uduşu oyunları keçirilən obyektlərin və əyləncə yerlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirdiklərinə dair məlumatlarla rastlaşırıq. Lakin buna baxmayaraq, hələ də qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu qəbildən oyunların keçirildiyi obyektlərin fəaliyyətinə tam şəkildə son qoymaq mümkün olmayıb. Belə ki, son zamanlar redaksiyamıza ölkənin müxtəlif şəhər və rayonlarında qanunsuz kazinoların sayının getdikcə artdığına dair informasiyalar gəlməkdədir.

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə deyilir ki, qanunsuz qumarxanalar əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Buna misal olaraq Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı obyekti göstərə bilərik. Bununla əlaqədar verilən məlumata görə, sözügedən obyekt artıq bir müddətdir ki, qanunsuz qumarxana, daha dəqiq desək, kazino kimi fəaliyyətdədir. Halbuki məhrum prezident Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb. Görünən odur ki, hansısa işbazlar Heydər Əliyevin sərəncamına əhəmiyyət vermədən qanunsuz qumarxana biznesinin çiçəklənməsinə və bu yolla milyonlarla vəsaitə sahiblənməyə çalışır.

Məsələnin maraqlı tərəfi ondadır ki, Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı obyekt qanunsuz qumarxana kimi fəaliyyət göstərsə də, nə 12 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Şahin Eyyubov, nə də Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov adıçəkilən obyektdə olub-bitənlərə əhəmiyyət verir. Heç kimə sirr deyil ki, qumarxana, kazino, qanunsuz totalizator və mərc oyunlarının keçirildiyi məkanlarda gün ərzində külli miqdarda vəsait dövriyyədə olur. Yəni orta hesabla götürsək, bu tip obyektlərə baş çəkən insanlar hər gün azı 30-40 min manat uduzur ki, həmin pullar da məhz məkan sahibinin şəxsi büdcəsinə daxil olur. Bir sözlə, qanunsuz qumarxana işlədənlər əldə etdikləri gəlirdən dövlətə bir qəpik belə olsun vergi ödəmirlər. Odur ki, Gəncə şəhərində yerləşən 12 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Şahin Eyyubov bu cür önəmli məsələyə xüsusi diqqət ayırmalı, həmin obyektlərin fəaliyyətinə son verilməsi məqsədiylə Gəncə Şəhər Baş Polis İdarəsi ilə birgə müvafiq tədbirlərə baş vurmalıdır. Lakin nədənsə həm Şahin Eyyubov, həm də Faiq Şabanov sözügedən qumarxanada yaşanan olayları görməzdən gəlir. Məhz bu faktın özü həmin qanunsuz kazinonun arxasında yüksək rütbəli şəxslərdən birinin dayandığını deməyə əsas verir. Əgər belə olmasaydı, o zaman 12 saylı Ərazi Vergilər Departamenti, o cümlədən Gəncə Şəhər Baş Polis İdarəsi barəsində danışılan qumarxana və onun sahibləri barəsində müvafiq ölçü götürərdilər. Çünki qanunverciliklə bu əməllər cinayət tərkibli hesab edilir və Cinayət Məcəlləsinin 244-1 (qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə tənzimlənir. Belə ki, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə – üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu arada, 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorundan söz düşmüşkən, qeyd etməliyik ki, hazırda Gəncə şəhərində fəaliyyət göstərən, 9000 kvadratmetrlik qapalı sahəsi, 4500 kvadratmetrlik icarə sahəsi olan "Aura Park" alış-veriş və əyləncə mərkəzinin sahibi Şahin Eyyubovun yaxın qohumudur. Belə ki, "Aura Park" ticarət mərkəzinin sahibinin 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun əmisi oğlu olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də adıçəkilən obyektdə nəzarət-kassa aparatları quraşdırılmayıb. Kassa aparatlarının quraşdırılmaması isə alış-veriş zamanı vergidən yayınma hallarına səbəb olur. Halbuki Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Həmin məcəllənin 58.7-ci maddəsində isə deyilir ki, əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən cihazlardan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim olunmalı çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Görünür, "Aura Park" alış-veriş və əyləncə mərkəzinin sahibi 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun yaxın qohumu olduğundan adıçəkilən obyektdə nəzarət-kassa aparatlarının quraşdırılmamasına göz yumulur...

Onu da nəzərinizə çatdıraq ki, Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı qanunsuz kazino fəaliyyətə başladığı gündən yerli sakinlərin problemləri birə-beş çoxalıb. Belə ki, sözügedən obyektdə milli-mənəvi dəyərlərimizə zidd olan qumarın təşkil olunması son nəticədə Gəncə şəhərində cinayət hadisələrinin sayının nəzərəçarpacaq dərəcədə artmasına, qumar borcu olan insanların çıxış yolu kimi qarətə və ya intihara meyllənmələrinə səbəb olub. Məhz elə bu səbəbdən də Gəncə şəhərindəki sözügedən kazino daxil olmaqla, ölkədəki bütün qanunsuz qumarxanalar bağlanmalı, onların sahibləri isə qanuna müvafiq formada cəzalandırılmalıdır.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
"Hürriyyət"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Bu gün, 22:38
Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Bu gün, 22:31
Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18
Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14
"Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59
İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49
"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02
“Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00
Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58
“Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09
Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05
"“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01
Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58
Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57
Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47
Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42
Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40
Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39
Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30
Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22
Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17
“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16
Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06
Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03
Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56
Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53
AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51
Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48
Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46
Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40
Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39
Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36
Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27
Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24
Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19
Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16
"Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14
“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10
Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32
"Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26
Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20
Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru