“Yardımlı Şərab” ASC rəhbərliyi keçmiş batalyon komandirini incidir - GİLEY
Tarix: 14-06-2018, 08:20 | Çap et
DİA.AZ: - Yardımlı rayonu, Hamarkənd kəndində yaşayan Adışov Himayət Balaş oğlu DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Həmin məktubu təqdim edirik:
"Mən uzun müddətdir ki, çoxuşaqlı ailəmlə birlikdə Yardımlı rayonun Hamarkənd kəndində yaşayıram. Əfqanısatn və I Qarabağ Müharibəsi veteranıyam. 1988- 1994-cü ilə qədər müstəqil dövlətimizin qurulmasında və onun müdafiə olunmasında yaxından iştirak etmişəm. yardım batalyon komandiri kimi məsul vəzifədə çalışmış və regionda baş verə biləcək istənilən xaosun qarşısını vaxtında almışıq. İxtisasca sürücü olmuşam və bu peşəyə ömrümü həsr etmişəm. Sonuncu iş yerim 2006-2015-ci illərdə “Yardımlı Şərab” ASC-yə məxsus KAMAZ markalı, 65AC 026 dövlət nömrə nişanlı yük avtomobilini aylıq icarə müqaviləsi əsasında idarə etmişəm. Qeyd edim ki, “Yardımlı Şərab” ASC-ti İdarə Heyətinin sədri xanım Nurəngiz Rzayeva olsa da Cəmiyyətin bütün işlərini onun adından etibarnamə olmadan həyat yoldaşı olan və hazırda da Sırıq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyən əri Hamlet İsgəndərov həyata keçirmişdir. Belə ki, ASC-yə məxsus olan 40-a yaxın yük avtomobili və traktorları ayrı-ayrı vətəndaşlara aylıq 300-350 manata icarəyə versə də sənədləşdirəndə 100 manat kimi qeyd edir və vergidən külli-miqdarda yayınırdı. Bütün illər ərzində ASC sədri Nurəngiz xanımın əvəzinə və sürücülərin əvəzinə şəxsən özü imzalar ataraq icarə müqavilələrini sənədləşdiridi.( Xəttişünaslıq ekspertizası bu sənəd saxtakarlığı barədə asanlıqla rəy verə bilər) ASC-yə məxsus 40-a yaxın avtomobil və traktor texnikasının hamısını sonradan icarəyə verdiyi şəxslərə sataraq qanunsuz olaraq özəlləşdirmişdir. Mənim rayon mühafizə orqanlarına etdiyim şikayətlərdən sonra H.isgəndərov Notariusa gedib və arxa tarixlə, guya 2007-ci ildə ASC sədri olan arvadının adından saxta etibarnamə təşkil etmişdir.
ASC-nin balansında olan və hektarlarla torpaq mülkiyyəti olan sahəni 2005-ci ildə o vaxtkı rayon rəhbərliyinin göstərişilə “su qiymətinə” özəlləşdirirərək, digər səhmdarları pay almaqdan məhrum etmişdir. Məslən, ASC-yə məxsus 10-16 ədəd 1000 tonlarla tutumu olan əlvan metaldan hazırlanmış çaxır çənlərinin hamısını kustar üsulla hissələrə doğratdıraraq metallom kimi sataraq külli-miqdarda qanunsuz gəluir əldə etmişdir. Halbuki, belə irihəcmli əlvan metaldan hazırlanmış çaxır çənlərinin məhv edilməsi üçün əsas da olmamışdır. Yəni, belə inventarların məhv edilməsi üçün tərtib edilmiş silinmə AKTlarının hamısı formal hazırlanmışdır. Çünki, belə materialdan hazırlanan mal-materialın müddəti olmur. ASC-yə məxsus digər mal-materiallar olan iri həcmli mühərrikləri, böyük dəyirmanı, su avtomobillərini, traktorları ASC-yə aid olmayan kənar şəxslərə nağd pula sataraq mənimsəmişdir.Və sənədləşmə zamanı heç bir bank əməliyyatı aparılmayıb. Məslən, KAMAZ 5511 markalı avtomobilə görə Fəxrəddin Əkbərov adlı sürücüdən 700 manat alıb banka köçürüb. Buna baxmayaraq, aylıq pul da alıb cibinə qoyub. Və sonda 7000AZN pul aldıqdan sonra avtomobili onun adına sənədləşdirib. Digər KAMAZı isə Rayon yol İdarəsinə sənədsiz satıb. (Növbət adlı sürücü ilə birlikdə) ASC-yə məxsus bütün əmlakları dədəsinin qiymətinə satıb qurtardıqdan sonra isə balansda olan hektarlarla torpaq sahəsini doğma qardaşına satmışdır. Halbuki bu açıq ərazi 400-500 nəfərlik mitinq və toplantılar üçün nəzərdə tutulmuşdur. Yəni dövlət əmlakı kimi satılması qadağan idi".
Daha sonra diaaz.space-a daxil olan müraciətdə deyilir: "Sırıq kənd İcra nümayəndəsinin müavini vəzifəsində işləyən H.İsgəndərov ASC-nin bütün daşınar və daşınmaz əmlaklarını satıb talamaqla 15-20 milyon manata qədər gəlir əldə etmiş və əsassız varlanmışdır. O bu pulların bir hissəsini rayondakı himayədarlarına vermiş, qalanına isə özünə paytaxtada və rayonda çoxsaylı daşınmaz əmlaklar almışdır. Halbuki bu şəxsin maaşı 400 manat olmuşdur. Mən ondan 2006-2015-ci illər ərzində idarə etdiyim KAMAZ 5511 markalı avtomobili adıma sənədləşməsinə görə 4600 manat nağd pulu Bank of Bakudan kredit götürüb şahidlərin yanında versəm də, o sonradan bu avtomobili Fəxrəddin Canaliyevə 12000 manata 2015-ci ildə satıb mənimsəmişdir. Mənim verdiyim pulu isə qaytarmır. Qeyd edir ki, mən Yardımlı rayonun prezidentiyəm. Get hara istəyirsən şikayət et. Sənin verdiyin 4600 manat əvəzinə lazım olan adamlara yeri gəlsə 46000 manat verib işi bağlatdıracağam, amma sənə bir qəpik də qaytarmayacağam. Həqiqətən də mənim H.İsgəndərovun vəzifə səlahiyyət çatmadığı halda ASC adından məndən dələduzluq yoluilə aldığı pulu qaytarması üçün həm,yerli polis və prokurorluğa, həm də dəflərlə 102 xidmətinə etdiyim şikayətlər araşdırldıqdan sonra. H.İsgəndərovun dediyi kimi Yardımlı Rayon polis Şöbəsinin baş müstəntiqi, polis mayoru Fuad Rzayevin formal və əsassız araşdırmasıilə 04 aprel 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” QƏRAR vermişdir. Baxmayaraq ki. Poisə 2007-2015-ci illər üzrə hər ay üçün bağladığım və ödədiyim aylıq qəbzlərin surətlərini təqdim etsəm də, o qərarında H.İsgəndərovun yalan izahatına uyğun qərar qəbul etmişdir. Verdiyim şikayət üzrə araşdırma demək olar ki, qısa və formal aoparılmışdır. Hesab edirəm ki, bu qərar ləğv edilməli və H.İsgəndərovun ASC-də törətdiyi bütün qanunpozuntusu halları detallarıilə, şahidlərin cəlb edilməsi və sənədlər üzrə araşdılaraq dövlətə vürülmüş külli-miqdarda ziyan dəqiqləşməli və hüquqi qiymətini almalıdır.
Yardımlı rayon Polis və Prokurorluğunda mənə rəsmən bildirilər ki, məsələ mülki olduğundan get məhkəməyə müraciət et. Rayon Məhkəməsində isə bildirdilər ki, sənin şikayətin məhkəməlik yox, Baş Prokurorluğun səlahiyyəti daxilində həll edilməlidir. Odur ki, yuxarı orqanlara bir keçmiş Əfqan və qarabağ döyüşçüsü kimi, bir batalyon komandiri kimi Prezidentə müraciət edirəm.
Cənab Prezident! Sizin adınızdan süi-istifadə edən dövlət qulluqçusu Hamlet İsgəndərovun son illərdə “Yardımlı-Şərab” ASC-də arvadı Nurəngizin adından heç bir səlahiyyəti olmadığı halda dövlətə və səhmdarlara məxsus külli-miqdarda daşınar və daşınmaz əmlakları talan edərək. Vəzifə saxtakarlığı, sənəd saxtakarığı, dələduzluq edərək milyonlarla manat “çirkli” pullar qazanmış Yardımlı rayon Sırıq kənd icra nümayəndəsinin müavini olmuş Hamlet İsgəndərovun mənə və dövlətə vurduğu külli-miqdarda ziyanın miqyası hesablanaraq qanunazidd əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı qurumlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümü bildiriəm".
diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvan gömrüyü belə talan olunurmuş - CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNAN SABİQ SƏDR AÇIQLADI
Bu gün, 22:55 |
|
|
|
• "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..." - Məşhur psixoloqdan ŞOK AÇIQLAMALAR
Bu gün, 22:38 |
|
|
|
• Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Bu gün, 22:31 |
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
|