İrəvanın Aİ İDEYASI... .....                     Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi .....                     "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" .....                     Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? .....                     Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır .....                     "Bərdədə biz kasıbların başına oyun açırlar..." .....                     Bankların kredit siyasətində ədalətsiz yanaşma... .....                     Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər .....                     ABŞ-Azərbaycan münasibətləri necə olacaq? .....                     Hollivud ulduzundan Aytənin şərhinə reaksiya .....                     Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib .....                     Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? .....                     Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... .....                     Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu .....                     “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” .....                     Benziya niyə hələ də Azərbaycana qayıtmayıb? .....                     Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib .....                     Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib .....                     Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış .....                     Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir .....                     Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                 

İlahiyyat İnstitutunun yaradılmasının pərdəarxası - xarici faktor
Tarix: 14-02-2018, 08:59 | Çap et
İlahiyyat İnstitutunun yaradılmasının pərdəarxası
İlahiyyat İnstitutunun yaradılması haqqında ötən həftə imzalanmış sərəncam kuluarlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin səlahiyyətlərinin daha da azaldılması kimi iddialarla müşahidə olunmaqdadır.

Yada salaq ki, sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (bundan sonra Dini Komitə yazacağıq - “YM”) öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.

Mövzuya diqqəti anlamaq çətin deyil, çünki QMİ-nin nəzdində olan Bakı İslam Universiteti 1994-cü ildən rəsmən fəaliyyət göstərir. 2009-cu ildən Təhsil Nazirliyinin lisenziyası ilə universitetdə bakalavr səviyyəsində dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.

Hacı Sabir Həsənlinin rəhbərlik etdiyi universitetdə müəllim heyətinin əksəriyyəti BİU-nun öz məzunlarıdır. Şeyxin rəhbərlik etdiyi QMİ-nin səlahiyyətlərinin azaldılması ötən ilin oktyabrında Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə yenə gündəmə gəlmişdi. Dini Komitənin tabeliyində fəaliyyət göstərən fondun əsas məqsədi ölkədə mövcud dini konfessiyaları dəstəkləmək, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etməkdir.

Proseslərin gedişatı göstərir ki, QMİ Azərbaycanda dini fəaliyyətləri formal olaraq idarəçilikdən uzaqlaşdırılmış durumdadır. Əvvəl böyük məscidlərin idarə edilməsi, bütün məscidlərə axund və imamların təyin olunması, dini günlərin və mərasimlərin elan olunması kimi işlər QMİ-nin əlində idi. İndi isə QMİ məscidlərə təyinatı dövlət orqanları ilə razılaşdırır, dini fəaliyyətlər, dərsliklər, ibadət ocaqları və maarifçi fəaliyyətləri həyata keçirmək kimi görəvlər DQİDK və fond vasitəsilə həyata keçirilir.

Şeyxin “vurulması” iddialarla əlbəttə ki, yeni deyil və QMİ sədri bu kimi söz-söhbətlərlə razılaşmır. Özü də bu mövzuda bir neçə dəfə üstüörtülü də olsa açıqlama verib və səlahiyyətlərinin Dini Komitə ilə bölüşdürülməsi durumundan şikayətçi olmadığına işarə edib.

Hakimiyyətin QMİ-yə münasibətinin dəyişməsinin əlbəttə ki, mühüm səbəbləri var. Əsas səbəb dövlətin dini mühitə tam nəzarəti bir əldə cəmləşdirməsidir ki, QMİ-yə bu cür “müdaxilə” mümkün olmadı. Çünki QMİ də dini mühitə tam nəzarəti həyata keçirmək gücündə deyildi. Dövlətin dəstəklədiyi Dini Komitə isə bu işi uğurla həyata keçirir. QMİ-nin səlahiyyətləri belə demək mümkünsə, daha sivil formada Dini Komitəyə transformasiya edilməkdədir.

Daha bir mühüm səbəb QMİ-nin mühafizəkar olması və dini maarifçilikdə hələ də “İran modelinə” üstünlük verməsi, dünyaya “açılım” etməməsidir. Məsələn, İslam Universitetinin illər keçsə də, nəinki Qafqazda, heç ölkəmizdə qabaqcıl təhsil ocağına çevrilməməsi buna sübut ola bilər.

QMİ illərlə özü kadr yetişdirmək deyil, xaricdə dini təhsil almağa adamlar göndərirdi ki, bunun da bəzi ciddi fasadları meydana çıxdı, hətta hökumət bu təhlükələri önləmək üçün Azərbaycandan kənarda dini təhsil alanlara qadağa tətbiq etməyə məcbur oldu. İndi bu qadağa qismən aradan qaldırılsa da, aydın oldu ki, QMİ yeni dini kadrlar yetişdirmək gücündə deyil və ya bəlkə də bunu hansısa səbəbdən istəmir. Dini Komitə nəzdində yaradılmış yeni təhsil ocağının təsis edilməsinin əsas səbəblərindən biri budur.

Azərbaycanda dini mühitə Səudiyyə Ərəbistanından da ciddi müdaxilələr var. Son illər radikal dini qrupların Bakı və bölgələrdə güclənməsi, təşkilatlanması prosesi gözardı edilməməlidir. Həmçinin, Türkiyədəki nurçuluq cərəyanı da ölkəmizdə ciddi təşkilatlana bildi. Hazırda bu iki cərəyanın fəsadlarını aradan qaldırmaq üçün dövlətin ayrı-ayrı strukturları ciddi fəaliyyət göstərsə də təhlükə tam olaraq aradan qalxmayıb.

Aydındır ki, mediada bu məsələ çox ilgi çəksə də hökumət QMİ sədrini incik salmaq istəmir və Şeyxlə münasibətlərdə nə vaxtsa hər hansı gərginliyin olacağı ağlabatan deyil. Sirr deyil ki, QMİ sədrinin də ciddi rəqibləri var və onlar son illərdə Şeyxi sıxışdırıb mövqelərini zəiflətməyə çalışırlar. Şeyxin tutduğu posta görə hakimiyyət daxilində aşkar rəqiblərinin olduğunu iddiaa etmək olmaz.

Çünki Qafqaz Müsəlmanları İdarəsi bir QHT-dir və nə hökumətdə, nə dövlət postlarında təmsilçiliyi yoxdur. Amma Şeyx özü 30 ilə yaxındır ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm bir fiqurdur (1990-cı ilin yanvar hadisələrindən sonra onun fəallığını yəqin çoxları hələ də unutmayıb - “YM”.) Bu illər ərzində o, “din dövlətdən ayrıdır” desə də, siyasətə qarışıb, birmənalı olaraq, həm mərhum prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyib. Şeyxin Azərbaycan hakimiyyəti yanında həmişə xüsusi çəkisi olub və məhz bu etimadın sayəsində özünü Qafqazın əbədi şeyxi də edə bilib. Səlahiyyətləri azaldılsa da, məhz hakimiyyətin birinci şəxsinin qoruması altında olan Şeyxin tam meydandan çıxarılması mümkünsüz iş kimi görünür.

Şeyxülislamın dövlət ərkanında səlahiyyətləri qalmaqdadır və ona xüsusi status tanınıb. Bundan başqa, Şeyxülislamın postsovet məkanında dini çevrələrə kifayət qədər təsir imkanları var. Belə görünür ki, Şeyx də yaranmış durumun fərqindədir və səlahiyyətlərinin azaldılmasına müqavimət göstərmir. Təki ona toxunmasınlar...
“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21
Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05
"Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02
Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47
Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41
Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37
ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34
Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32
Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29
Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27
Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24
Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22
“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43
Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40
Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35
Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32
Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru