İrəvanın Aİ İDEYASI... .....                     Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi .....                     "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" .....                     Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? .....                     Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır .....                     "Bərdədə biz kasıbların başına oyun açırlar..." .....                     Bankların kredit siyasətində ədalətsiz yanaşma... .....                     Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər .....                     ABŞ-Azərbaycan münasibətləri necə olacaq? .....                     Hollivud ulduzundan Aytənin şərhinə reaksiya .....                     Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib .....                     Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? .....                     Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... .....                     Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu .....                     “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” .....                     Benziya niyə hələ də Azərbaycana qayıtmayıb? .....                     Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib .....                     Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib .....                     Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış .....                     Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir .....                     Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                 

Xaləddin İsgəndərov məhkəmə qarşısında - GƏLİŞMƏ
Tarix: 5-02-2018, 08:31 | Çap et
Xaləddin İsgəndərov məhkəmə qarşısında
Fevralın 5-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi ev 22 “a” və Mehdi Hüseynzadə küçəsi, ev 17-də yerləşən binaların sakinlərinin Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddiaları üzrə məhkəmə iclası keçiriləcək. Sakinlərin məhkəməyə üz tutmasının səbəbi yaşadıqları binaların həyətindəki yaşıllıq zolağının məhv olunması və ərazidə tikintiyə hazırlıq işlərinin görülməsidir.

İddia ərizəsini imzalayan 30 sakin qeyd edib ki, binalarla əhatə olunan həyətyanı sahədə 40 il əvvəl ağcaqayın, qovaq, şam, küknar, söyüd, əncir, tut, gilənar, nar, zeytun və iydə ağacları əkilib və sakinlər tərəfindən onlara qulluq edilib.

Sakinlər deyiblər ki, 3 binanın həyətində olan 4 sotluq yaşıllıq sahədə 30-dan çox ağac məhv edilib və ərazidə təyinatı naməlum tikili ucaldılır. Bununla bağlı sakinlər Binəqədi Rayon İcra Hakimiyyətində olublar. Onları qəbul edən Namiq Məmmədov məsələdən xəbərsiz olduqlarını deyib. Sonradan isə ağacların məhv edilməsi hesabına aparılan tikintinin dayandırılması üçün hər hansı bir addım atılmayıb.

Sakinlər deyirlər ki, tikintini aparan Orxan və Murad adlı şəxslərdir. Orxan özünü sakinlərə Binəqədi İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsinin müavini kimi təqdim edir. Sakinlərin etirazları, müraciətləri qulaqardına vurulur. Onların sözlərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət edərək ərazidə tikintinin dayandırılmasını və ağacların əkilməsini tələb ediblər. Artıq iddia üzrə 4 iclas keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri prosesdə iştirakdan yayınırlar. Sakinlər bildirirlər ki, 2017-ci ilin mayına qədər həyətlərindəki zəngin, göz oxşayan yaşıllıq ehtiyatı hesabına öz gündəlik istirahətlərini, azyaşlı uşaqlar, yeniyetmələr mənalı və sağlam əyləncələrini qurublar.

13-14 may 2017-ci il tarixində şənbədən bazar gününə keçən gecə saatlarında səssiz kəsici elektrik aləti ilə bir dəfəyə13 ağac kəsilib. Sakinlər bu haqda 6-cı polis şöbəsi, yerli Bələdiyyə və ETSN-in Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinə məlumat veriblər. Sakinlər qeyd edirlər ki, ağaclar kəsilməzdən 1 il əvvəl ərazi Eldar Rəhimov tərəfindən zəbt olunub. Sonradan isə ərazi alqı-satqı müqaviləsi əsasında Tellər Məmməd qızı Məmmədovaya satılıb. Ağaclar kəsiləndən sonra onların şikayətlərinə əsasən Eldar Rəhimov cərimələnib. Ərazidə tikinti işlərinin aparılması dayandırılıb. Ötən ilin may-sentyabr aylarında sakinlər kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkiblər. Sakinlər deyirlər ki, 2017-ci ilin 3 oktyabrında həyətə yenidən tikinti materialları daşınıb və ərazi çəpərlənib.

İçəridə qalan ağacların yenidən kəsilməsinə başlanıb. Sakinlərin etirazlarına və dövlət qurumlarına müraciətlərinə rəğmən ərazidə gecə-gündüz fasiləsiz tikinti işləri aparılır. Ərazidə olan dövlət qurumlarının təmsilçilərinə sahibkarın naməlum nümayəndələri tərəfindən Bakı Şəhər İcra Hakimiyyətindən verilmiş 14.09.2017-ci il tarixli 418 nömrəli sərəncam göstərilir. Burada Şəhərsalma və Tikinti Məcəlləsinin və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17.07.2017-ci il tarixli, 18/03-8/1869 saylı məktubu əsasında Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində vətəndaş Tellər Məmməd qızı Məmmədovaya qeyri-yaşayış obyektinin tikintisinə icazə verildiyi göstərilir. Lakin onların təqdim etdikləri heç bir sənəddə konkret ünvan, küçə, küçənin nömrəsi qeyd edilməyib. Sakinlər deyir ki, cavabdehlərin hərəkətlərini özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə halı kimi qiymətləndirirlər və bunu məhkəmənin də diqqətinə çatdırıblar.

Yada salaq ki, bu ilin əvvəlində Binəqədi Rayon İcra Hakimiyyətinə xüsusi istintaq qrupu göndərilib. İstintaqçılar rayon ərazisində aparılan tikintilərin qanuniliyini, ekologiyaya vurulan ziyanla bağlı görülən tədbirlərin müvafiq qanunvericiliyə uyğun olub-olmaması və rayonun rəhbər vəzifəli şəxslərinin qəbul etdikləri qərarların qanunlarla uzlaşıb-uzlaşmamasını yoxlayırlar.

Xəbər verdiyimiz kimi, təcrübəli müstəntiqlərdən ibarət qrup vaxtilə təcili yardım stansiyası üçün inşa edilən və tikintisi yarımçıq qalan binanın həyətində aparılan qanunsuz tikintilər və Zeytunluq deyilən ərazidəki ağacların kəsilməsi, Azadlıq prospektində yaşıllıqların məhvi ilə bağlı faktlar toplayır, rayon sakinləri sorğu-sual olunur. Bu günə qədər Binəqədi Rayon İcra Hakimiyyətinin bir neçə səlahiyyətlisinin də rayonda baş verən cinayət xarakterli əməllərlə bağlı dindirildiyi bildirilir. Qaynağımız bildirib ki, istintaq qrupu yanvarın 5-6-da Binəqədi rayonuna ezam olunub və bu günə qədər topladığı çox ciddi faktlar var. X.İsgəndərov bir müddət əvvəl ətrafındakıları başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili səliqəyə salmalarını tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib.

Bundan sonra rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar. Buna baxmayaraq, tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub. Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi seçki dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur, bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz. Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21
Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05
"Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02
Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47
Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41
Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37
ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34
Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32
Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29
Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27
Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24
Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22
“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43
Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40
Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35
Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32
Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru