Akim Bədəlovun alternativ enerjisinin alternativsiz sonluğu -2-Cİ YAZI
Tarix: 24-06-2017, 09:57 | Çap et
…Enerji dedikdə, istər-istəməz məişət həyatımızda vacib rol oynayan elektrik enerjisi yada düşür. Çünki elektrik enerjisindən təkcə elektrik avadanlıqlarının istifadəsində deyil, həm də digər enerjilərin, əsasən də istilik enerjisinin əldə olunmasında istifadə olunur. Amma təəssüflər olunsun ki, indi bütün dünyada elektrik enerjisini əldə etmək üçün digər yanacaq növlərindən, əsasən də qaz və mazutdan, az hallarda isə suyun (çayların) axın gücündən istifadə olunur. Sonuncunu çıxmaq şərtilə, elektrik enerjisinin qaz və ya mazut, torf, daş kömür və s. yanacaq növlərinin yandırılması ilə əldə olunması isə ekoloji problemlər yaradır, havanın, atmosferin çirklənməsinə gətirib çıxarır. Bu isə ekoloji fəlakətin baş verməsini qaçılmaz edir. Bəs çıxış yolu nədədir? (Əvvəli 1-ci yazıda)
Külək enerjisindən niyə maksimum istifadə edə bilmirik?
Dövlət Proqramında qeyd edilir ki, Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Və 1999-cu ildə Yaponiyanın «Tomen» şirkəti Azərbaycan ET Energetika və Enerji-layihə İnstitutu ilə birlikdə mənbəni müəyyənləşdirmiş, nəticədə Qobustan rayon mərkəzinə yaxın ərazidə ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır. Hətta tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur. Amma bu potensial o səviyyədə «işlək»dir ki, Bakı-Şamaxı magistral yol ilə əhərəkət edən sərnişin və ya sürücülər, turistlər dağların başında göz dağı olan külək enerjisi istehsal etməli olan qurğuların (pərlərin) hərəkətsiz dayanmasına acı təəssüf hissi ilə baxırlar. Eləcə də müşfiqabaq qəsəbəsi ərazisində quraşdırılmış qurğular. Görəsən biz niyə təbii sərvətlərimizin bu qədər düşməniyik, ondan istifadə etmirik, edə bilmirik?
Günəş batareyalarımız imdad diləyir…
«Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər». Bu da Dövlət Proqramında qeyd edilib. Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Sən demə, il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə xeyli çoxdur. Amma günəş enerjisindən istifadəyə gəldikdə… «Təzadlar»ın Araşdırma Qrupunun apardığı müşahidələr göstərir ki, külli miqdarda vəsait xərclənərək yerləşdirilmiş günəş stansiyaları ya işləmir, ya da tam gücü ilə işləyir, bu da hesabat xatirinə, ən yaxşı halda Dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə ayrılmış 5 milyon manata yaxın vəsaitin silinməsinə hesablanıb. Bunu günəş batareyalarının quraşdırıldığı ərazilərdəki şirkətlər, əhali və s. infrastruktur sahibləri ilə söhbətimizdə bəlli etdik. Məsələn, Qobustan rayonunun mərkəzinə yaxın ərazidə, dağların sinəsində böyük bir günəş stansiyaları quraşdırılıb. Burada xeyli işçinin də çalışdığını dedilər. Amma bu ərazidə həmin enerjidən bəhrələnən bir obyektə rast gəlmədik. Niyə belədir??? Deyə bilmirik…
Çaylar aşıb-daşıb evlərimizi uçurur, biz isə su enerjisini cilovlaya bilmirik…
Dövlət Proqramından onu da öyrəndik ki, Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə (Dövlət Proqramı 2004-cü ildə qəbul olunub) istehsal olunan elektrik enerjisinin 2,4 mlrd kVt.s su elektrik stansiyalarının payına düşüb ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir. Və məlum olur ki, ölkəmizdə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Amma yenə də nə sirdirsə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Dövlət Proqramının bu şərtini də lazımi səviyyədə faydalı işə çevirə bilmir… Təsəvvür edin ki, Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilib. Bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşür. Hansı ki, su elektrik stansiyalarının tikintisi sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynaya bilər. Amma yenə də səmərəli iş gözə dəymir. *** Biz biokütlə enerjisinə toxunub vaxt almaq istəmirik. Çünki ölkəmizdə sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Lakin bu sahədə də ekoloji problemlər yaranır ki, bunu effektli hesab etmirik. Çünki söhbət yanma qabiliyyəti olan sənaye tullantılarının, meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantılarının, eləcə də kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantılarının, məişət və kommunal sahələrinin tullantılarını və s. yandırmaqla elektrik enerjisinin alınmasından gedir.
Bəs alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə tədbirləri görməli dövlət qurumları indiyədək nə iş görüblər ki, problem yetərincədir?
Dövlət proqramında müvafiq işləri görməli dövlət qurumlarının da adı siyahılanıb. Dövlət əhəmiyyətli həmin tədbirlərin 2005-2007-ci illərdə başa çatdırılması qeyd olunur. Məntiqlə həmin tədbirlər artıq bəhrəsini verməlidir və hələ artıq da olmalıdır… Tədbirlərin siyahısında alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi və ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması.
Bakıda alternativ enerjidən istifadə edilməklə binalar qızdırılır?
Dövlət Proqramında bir məqam da diqqətimizi çəkdi. Məsələn, 2005-2007-ci illərdə görüləcək dövlət əhəmiyyətli tədbirlərdən biri də Abşeron yarımadasında, Mil-Muğan düzənliyində və Naxçıvan MR-da binaların qızdırılması və isti su təchizatı üçün günəş kollektorlarının tətbiqi nəzərdə tutulub. Vallah, Bakıda və ətraf rayonlardakı qəsəbələrdə yaşayan sakinlərdən evlərində günəş batareyası ilə qızdırılan istilik sistemlərinin, yaxud isti su ilə təchiz olunduqlarını soruşduq, lakin «hə» deyən tapmadıq.
Xəzər dənizində niyə külək generatorları quraşdırılmır?
Ən maraqlısı, bilirik ki, Xəzər dənizi ən küləkli su hövzələrindəndir. Sübut: SOKAR-ın dənizçilərinin başına açılan çoxsaylı faciələrin, estakadaların uçurulmasının… baiskarı olan güclü küləklərin şahidiyik. Və Xəzərdə il boyu güclü külək əsir. Elə isə, neftçıxarmada istifadə olunan estakadaların üzərində külək generatorları quraşdırmaqla ən azından, həmin platformaların işıqlandırma və digər sistemlərini ilbou külək enerjisi ilə təmin etmək olar. Elə maraqlısı budur ki, Dövlət /Proqramında belə bir tədbir də nəzərdə tutulub. Belə ki, dəniz-dalğa enerji potensialının elektrik enerjisinə çevrilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması xüsusi ilə qeyd edilib. Amma çox təəssüflər olsun ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş məlum Dövlət Proqramındakı bu bəndin icrası ilə bağlı «28 may» və Neft Daşlarında çalışan digər strukturların işçilərindən belə faktın şahidi olduqlarını soruşsaq da «Yox!» cavabını aldıq. Bizə isə, ancaq təəssüflənmək qalır. Çünki təbiətin bizə bəxş etdiyi bu nemət də məsuliyyətsizliyimizin qurbanıdır, istifadə edilmir…
Bəs Dövlət Proqramının icrasına məsul nazirlik və şirkətlər niyə susur? (Davamı var) "Təzadlar"ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42 |
|
|
|
|