“Ağdam RİH başçısının müavini 5 min manat pulumu aldı, özümü də kanala atdırdı” – ŞİKAYƏT
Tarix: 21-12-2016, 07:56 | Çap et
Azərbaycanın müxtəlif bölgələrindən uşaq bağçalarına nəzarət edən icra hakimiyyəti məmurlarıyla bağlı vaxtaşırı şikayətlər eşidilməkdədir. LEGİON daim vətəndaşların şikayətini araşdırıb, bu və digər problemlərin həllinə çalışıb. Bu günlərdə Ağdamın Baharlı kənd sakini Fəridə Məhərrəm qızı Vəliyevanın müraciəti diqqətimizi çəkdi və bu xanımı dinləyərək, şikayətini araşdırmağa qərar verdik.
“1988-ci ildən Baharlı Kənd Uşaq Bağçasında tərbiyəçi işləyirdim. Heç vaxt nə kollektivlə, nə uşaqlar və ya onların valideynləriylə, nə də başqa bir problemim olmayıb. Son illərdə Ağdam RİH-də bağçalara nəzarət edən Ağa Zeynalov biz tərbiyəçilərdən davamlı pul yığımına başlayıb və müxtəlif aylarda cürbəcür bəhanələrlə bizdən pul alıb. Üç-dörd aydan bir kurs adı ilə bizdən 500 manat alırdı. Bizim maaşımız isə 144 manat idi və bu pul elə Ağa Zeynalovun “yığım”larına gedirdi. 2015-ci ilin avqustunda Ağa Zeynalov mənə bildirdi ki, ixtisar olacaq, əgər işdə qalmaq istəyirsənsə 5 min manat gətirməlisən. Mən borc-xərclə bu pulu hazırladım və rayon mərkəzindən aralıda, artezian yaxınlığında ona 5 min manatı əlbəəl verdim. Ağa Zeynalov pulu almağa qara rəngli “Hundai Sonata” ilə gəlmişdi.
Bir müddət sonra eşitdim ki, ixtisara düşmüşəm. Ağa Zeynalovun yanına gedib ondan pulumu geri istədim. O isə dedi ki, sənə bir qəpik də verməyəcəm. Başçı Raqub Məmmədovun qəbuluna düşmək istəsəm də, heç cür buna imkan vermədilər. Nəhayət, dekabr ayında növbəti dəfə pulumu tələb edib, yenə də evə kor-peşman qayıdarkən, “Niva”da olan iki şəxs yaxınlaşaraq, başıma torba keçirdilər. Məni Ağcabədi rayon ərazisinə aparıb, kanala atdılar. Həmin şəxslər mənə Ağcabədidən olduqlarını və Ağa Zeynalovun sifarişini pulla yerinə yetirdiklərini dedilər. Mən kanaldan necə xilas oldum, bir Allah bilir. Kanalın kənarındakı armaturlardan yapışıb birtəhər özümü kənara çıxara bildim.
Ondan sonra köməyə çatan şəxslər məni xəstəxanaya apardılar, amma kimin etdiyini biləndə orda da məni qəbul etmək istəmədilər. Qolumda, qıçlarımda sınıq var idi. Nə Ağdam Rayon Xəstəxanası, nə də Ağdam RPŞ yaxın düşmədi. Özüm sınıqçıya getdim və evdə müalicə aldım. Hara müraciət etsəm də, heç bir nəticə hasil olmur. Ağa Zeynalov mənim guya qohumlarımın adından saxta imtina ərizələri hazırlayıb, haqqımda xoşagəlməz şayiələr yayır”, – deyə Fəridə Vəliyeva bildirib.
Biz məsələyə aydınlıq gətirmək üçün, Ağdam RİH başçısının müavini Ağa Zeynalovla əlaqə saxladıq. “O xanım müxtəlif qurumlara, prokurorluğa da müraciət edib. Atası da, yaxın qohumları da ondan imtina ediblər. Fəridə Vəliyeva böhtan atır. Mən onu tanımadığım halda, necə pul ala bilərəm? Atası, 1940-cı il təvəllüdlü Məhərrəm Mahmud oğlu Vəliyev ərizə yazaraq, ondan imtina edib və Fəridə Vəliyevanın mənə böhtan atdığını təsdiq edib. Fəridə Vəliyeva iki ay işə getmədiyinə görə, bağça rəhbərliyi tərəfindən işdən azad edilib”, – deyə A.Zeynalov vurğuladı. “Bəs o xanımın sizlə nə qərəzi ola bilər?”, – deyə soruşduq. “Onun başı çatmır. Psixi problemləri var”, – deyə A.Zeynalov cavab verdi.
Ağa Zeynalov LEGİON əməkdaşına söz verdi ki, 8 dekabr 2016-cı il tarixli ərizəni imzalayan Məhərrəm Vəliyevlə bizi şəxsən əlaqələndirəcək. LEGİON əməkdaşı Fəridə Vəliyeva ilə yenidən əlaqə saxladı. “Ağa Zeynalov şayiə yayır ki, guya mən ruhi xəstəyəm və ailəm məndən imtina edib. Müxtəlif şəxslərə ərizə imzalatdırır. Qoy prokurorluq araşdırsın, onun ərizə imzalatdırdığı adam həqiqətən də mənim atamdırmı? Mən yetim qızam, mənim valideynlərim həyatda yoxdur, necə olur ki, məndən imtina etsinlər. O adam kimdirsə, mənim atam deyil. Bu yaxınlarda könüllü psixiatrik müayinədən də keçəcəm və sübut edəcəyəm ki, mənim ağlım başımdadır və Ağa Zeynalova böhtan atmıram.
Bağça müdirəsi Lətafət Aslanova və onun əri Elnur Məmmədov da Ağa Zeynalovla əlbirdirlər. İllərdir tabeli gizlədirlər, ondan-bundan pul alırlar. Özüm şəxsən əlbəəl Lətafət Aslanovaya dəfələrlə pul vermişəm, onun əri Elnur Məmmədovun adına da bir neçə dəfə poçtla pul göndərmişəm. Onlar tabeli qəsdən gizlədirlər ki, sabah şikayət gələndə özlərinin “haqlı” olduqlarını göstərsinlər ”, – deyə F.Vəliyeva qeyd edib.
Yazı sayta gedənə qədər Ağa Zeynalovdan və ya Fəridə Vəliyevanın qohumlarından zəng gözləsək də, gözləntilərimiz boşa çıxdı. Araşdırma davam edir… Sözardı: Ağdam RİH başçısının müavini Ağa Zeynalovla bağlı google-da kiçik araşdırma apararkən, onun 2009-cu ilə qədər Müsavat Partiyasının üzvü olması ilə bağlı məlumatlara da rast gəldik (azadliq.info).
Diqqətimizi çəkən bu məlumatın həqiqətə uyğun olub-olmadığını yoxlamaq üçün, yenidən Ağa Zeynalovun iş nömrəsinə zəng etdik, lakin dəstəyi götürən olmadı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21 |
|
|
|
• Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02 |
|
|
|
• Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55 |
|
|
|
• Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47 |
|
|
|
• Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41 |
|
|
|
• Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34 |
|
|
|
• Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42 |
|
|
|
|