Qalmaqallı bankirin ölkədən qaçırılmasının şok təfərrüatları – MTN izi
Tarix: 20-12-2016, 08:00 | Çap et
2012-ci ilin avqustunda qapadılan “Royalbank” ASC-nin çökdürülməsində “MTN çetesi”nin əli olub. Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, bankın İdarə Heyətinin sədri, İran mənşəli ABŞ vətəndaşı Cam Əli Mohammad Hassan oğlu Eldar Mahmudovun təsiri altına salınıb. Bank rəhbərinə ən müxtəlif yollarla təzyiqlər göstərilməklə sabiq nazirin şəxsi maraqları təmin edilib. Son nəticədə isə bank müflis həddinə gətirilib və lisenziyası geri alınıb.
Uzun illər Azərbaycanda fəaliyyətdə olan bank üzərindən xaricdə olan hesablara “qara pul” köçürmələri baş tutub. Cinayətlərə etiraz edən bankın filial müdirləri isə ən müxtəlif bəhanələrlə həbsə göndəriliblər. Həbslərin gerçəkləşdirilməsi üçün əsas kimi isə Ə.Camın imzası ilə MTN və digər qurumlara göndərilən məktublar olub. Həmin məktublara əsasən cinayət işləri başlanıb, günahı qanunsuzluqlara etiraz etməkdən o yana keçməyən filial müdirləri qandallanıblar. “Royal bank” ASC-nin “Xəzər” filialının rəhbəri Rinad Məmmədov da Əli Camın imzası ilə MTN-ə göndərilən məktub əsasında tutulanlardandır.
MTN tərəfindən həbsindən sonra R.Məmmədov CM-nin 179.3.2, 308.2 və 193-1.3.2-ci maddələri ilə ittiham olunaraq sonradan uzun müddətə azadlıqdan məhrum edilmişdi. Həbsdə olduğu dövrdə R.Məmmədov başına gələnlər haqda mətbuata geniş materiallar yollamışdı.
Mətbuatda dərc olunan həmin müraciətdən sitat:
“Qısa desək, Samir Əkbərov Əli Camın göstərişinə əsasən özləri istədikləri qaydada idarə etmişlər. Bundan əlavə Əli Cam sonradan filiala müşahidə şurasının üzvi Famil Teymurovu uktaru təyin etməklə, filiala Əmir Adeli adlı şəxsi şərik kimi təqdim etdi. Əmir Adelin banka gələndən bir müddət sonra mənə dedi ki, işçilərdən bir neçəsinin çıxartmaq lazımdır. Məndən soruşduqda nə üçün? O, cavab verdi ki, özümlə gətirdiyim adamları işə götürəcəyəm. Filialda onun üçün əlavə otaq icarəyə götürüldü, mebel alındı və Baş Bankın göstərişi ilə filialın bütün kredit dosyaları onun otağına yığıldı. O, əvvəl "Az Sığorta" şirkətinin müdiri olub. Ordan vəzifəsindən kənarlaşdıqdan sonra Əli Cam Əmir Adelini mənim ilə birgə fəaliyyət üçün təqdim etmişdi. Famil Teymurovun rəhbərliyi ilə dəfələrlə filialda iclas keçirilmişdi. Əmir Adeli filiala Röyal Bankın idarə heyətinin üzvi kimi təqdim olunmuşdu. (O, özü ingilis və iran vətəndaşıdır) Onun gəlişindən sonra isə, İran İslam Respublikasına, Röyal Bankın orada olan qeyri rəsmi şöbəsində pulların gizli köçürülməsini təkid edirdilər.
Başqa bir hal isə Əli Cam özü şəxsən mənə təkid edirdi ki, mən İran və Norveqiya ikili vətəndaşlarının adına, lakin onlar Azərbaycanlı olmadıqları halda hesab açaraq, onlara Platinium və İnfinity Plastik kartları verməklə, onlara 100.000-150.000 ABŞ dolları kredit xətti ayırıb plastik hesabına keçirdim. Onu da qeyd edim ki, həmin kartlar müştəriyə təqdim edilməsi üçün onların depozit hesabında ən azı 50.000 AZN olmalıdı. Həmin şəxslərin adları:'
1. Marandi Cavad 2. Marandi Tərminə Əli qızı 3. Aydari Peyman 4. Otero Saborido Guan Gose 5. Badid Arira Gesus
Bütün bunlara mən qəti etiraz etdim".
R.Məmmədov etirazından bir müddət sonra həbsə alınıb.
R.Məmmədovun qeyd etdiyi kimi ümumilikdə “Royal bank” ASC rəhbəri 15 filial müdirinin həbsində vasitəçi olub. Bu həbslər bank filiallarında uzun-uzadı yoxlamalar, orada hesabları olan şəxslərin sorğu-suala çəkilməsi, pulların qaynaqları haqda suallarla bezdiriliblər, son nəticədə pulları əllərindən alınıb. Bank müştərilərinin vəsaitlərinin “xortumlanması” Eldar Mahmudov-Əli Cam işbirliyinin istiqamətlərindən biri olub.
Bundan başqa bankın filiallarında çalışanları obyektlərinin əllərindən alınması faktları da var. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi olmuş generalı Sübahir Qurbanovun adına Əli Cam vaxtilə xeyli əmlak özəlləşdirib. Belə əmlaklardan biri hazırda Sübahir Qurbanovun işi üzrə zərərçəkənlərdən biridir. Onun Gəncədə atasından qalma əmlakını Əli Cam fırıldaq yolu ilə Sübahir Qurbanovun oğlunun adına keçirib.
2012-ci ildə Mərkəzi Bank “Royal bank” ASC-nin lisenziyasını ləğv edəndən sonra bankda başlanan yoxlamalar nəticəsində illərlə bankda baş verən qanunsuzluqlar üzə çıxıb. Lakin banka lisenziya verilməməsi əslində bankın qanunsuzluqlar içində itib-batması, İranla ilişgilərinə görə olub. Məsələ burasındadır ki, “Royal Bank” fəaliyyətdə olduğu dövrdə İranın çirkli pullarının “yuyulması” barədə məlumatlar vardı. Hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bu haqda bəhs olunurdu.
2013-cü il fevralın 21-də Baş Prokurorluq “RoyalBank” ASC-nin vəzifəli şəxslərinin külli miqdarda özgə əmlakını mənimsəmələrinə görə həbs edilmələri haqda rəsmi məlumat http://www.genprosecutor.gov.az/news/4/315 ttp://www.genprosecutor.gov.az/news/4/315 yaymışdı.
Həmin məlumatda deyilirdi:
“RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir. Müəyyən edilmişdir ki, ASC-nin “Tovuz” filialının müdiri Müseyibov Ədalət Nurəddin oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad Hassan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kənd təsərrüfatı krediti almaq üçün filiala müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib kassadan qanunsuz olaraq götürməklə 400.0 min manat məbləğində pulu mənimsəyərək talamışlar.
İstintaqla həmçinin müəyyən edilmişdir ki, ASC-nin “Gəncə” filialının müdiri Tağıyev Anar Qalib oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirmişdir. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67.0 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyərək talamışlar. Ədalət Müseyibov və Anar Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vurulmuş ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Həmin dövrdə digər şəxslər həbs edilsələr də, Əli Cam Eldar Mahmudovun himayəsi altında ölkədən qaça bilib. Bu gün Azərbaycandan çıxarılan milyonlarla dolların hesabına xaricdə kefindədir.
Mövzunu davam etdirəcəyik. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21 |
|
|
|
• Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02 |
|
|
|
• Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55 |
|
|
|
• Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47 |
|
|
|
• Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41 |
|
|
|
• Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34 |
|
|
|
• Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42 |
|
|
|
|