“Axund FTKA”nın rəhbəri keçmiş işçisinə də pul “atıb”? - İDDİA
Tarix: 28-07-2016, 08:54 | Çap et
İyulun 20-də qafqaznews.az saytında “Orucəli Hacıyevin adı Pirşağıda torpaq fırıldağında hallanır – ŞİKAYƏT ” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Qafqaz Xəbər Agentliyinə Bakı şəhər sakini Zöhrab Zülfi oğlu Əliyev bildirib ki, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevlə yaxınlığı olan Fuad Axundov adlı sahibkar onu və 16 nəfər mülkiyyət sahibini aldadaraq, ümumilikdə 2 hektara yaxın torpaq sahəsini mənimsəyib. Z.Əliyevin və digər 16 torpaq sahibinin imzası olan ərizədə deyilir: “2010-cu ildə tanışlıq münasibətlərimiz olan “Axund FTKA” şirkətinin sahibi Fuad Kamal oğlu Axundov mənə bildirdi ki, Pirşağı qəsəbəsində böyük torpaq sahəsi əldə etmək istəyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi “Axund FTKA” şirkəti həmin ərazidə kotteclərdən ibarət böyük istirahət kompleksi tikəcək. Pirşağıda, dəniz sahilində mənim dostlarım və qohumlarımın torpaq sahələri var idi. O mənə təklif etdi ki, onlardan etibarnamə alım və sonra ona satım. Fuad Axundov mənə bildirmişdi ki, bu işdə əsas söz sahibi “ağsaqqal” deyə təqdim etdiyi fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevdir.
F.Axundovun sözlərinə görə, bu torpaqların pulunu və tikiləcək istirahət kompleksinin də sərmayəsini Orucəli Hacıyev verəcəkdi. Mən həmin ərazidə hər birinin 0,12 hektar qanuni torpaq sahəsi olan 16 nəfərlə danışaraq, onlardan etibarnamə aldım. Məsələni torpaq sahiblərinə izah etdim”, – deyə Z.Əliyev qeyd edib. Onun sözlərinə görə, təxminən 2 hektara yaxın ərazinin etibarnaməsini aldıqdan sonra, Fuadla əlaqə saxlayıb və torpaq sahələrini nə vaxt alacağını soruşub.“O, məni inandırdı ki, tezliklə “ağsaqqal” dediyi Orucəli Hacıyevlə görüşəcək və ondan sərmayə alacaq, lakin ilk əvvəl mən ona etibarnamə verməliyəm. F.Axundovun sözlərinə görə, o, etibarnamələri Orucəli Hacıyevə göstərərək, onu sərmayə yatırmağa inandırmalı idi. Beləliklə, Fuad Axundov mənim etibarımdan sui-istifadə edərək, həmin torpaq sahələrinə 16 mülkiyyət sahibinin adına etibarnamə aldı. Mən torpaq sahiblərinin şifahi razılığını alaraq, onların mənə verdiyi etibarnamələri Fuad Axundovun adına dövr etdim. İnanırdım ki, bu işdə nazir müavininin adı varsa, hər hansı fırıldaq olmaz.
Ondan sonra Fuad Axundovdan səs çıxmadı və məsələ uzandı. Mən Fuad Axundovla görüşmək istəyəndə isə, o, mənim zənglərimə cavab vermədi və daim görüşdən qaçdı. Daha sonra isə öyrəndim ki, Fuad Axundov mülkiyyət sahiblərinin xəbəri olmadan həmin torpaq sahələrini 2012-ci ildə özünə yaxın adamlara, ailə üzvlərinə (həyat yoldaşına və oğluna)“satıb”. Daha doğrusu, Fuad Axundov formal “alqı-satqı” prosesi ilə, özgələrinin əmlakını mənimsəyib.
Həmin ərazidə hələ də tikinti başlamayıb, lakin Fuad Axundov həmin torpaq sahələrini özününküləşdirərək, vətəndaşların dədə-baba torpaqlarını, bağ sahələrini zəbt edib. Mən bu hadisədən sonra dəfələrlə həm Fuad Axundovla, həm də FHN başçısının müavini Orucəli Hacıyevlə görüşməyə çalışdım, lakin cəhdlərim boşa çıxdı. Son nəticə olaraq, mən 16 mülkiyyət sahibinin yanında yalançı çıxdım. Sizdən xahiş edirəm ki, vətəndaşların mülkiyyət hüquqlarının bərpası naminə, Fuad Axundovun fırıldaqçı əməllərini araşdıraraq, ictimailəşdirəsiniz. Sözlərimin sübutu olaraq, sizə müvafiq sənədlərin surətini də təqdim edirəm” , – deyə Z.Əliyev əlavə edib.Həmçinin, 16 mülkiyyət sahibi də eyni ərizədə Zöhrab Əliyevin sözlərini təsdiqləyiblər: “Zöhrab Zülfi oğlu Əliyevin bu ərizədəki sözlərinin həqiqiliyini öz imzamızla təsdiq edirik və bildiririk ki, “Axund FTKA” şirkətinin sahibi Fuad Kamal oğlu Axundov bizim etibarımızdan sui-istifadə edərək, qanuni mülkiyyətimizi mənimsəyib. Baş verən alqı-satqı prosesindən isə bizim xəbərimiz olmayıb və mülkiyyət sahibi olaraq, bu alqı-satqıya görə bizə heç nə verilməyib”.
Mirismayıl Miryəhyaoğlu, Nəcəfzadə Aslan Nəcəf oğlu, Yaqubov Əfqan Sabir oğlu, Nəcəfov Salman Əjdər oğlu, Yaqubov Mübariz Sabir oğlu, Hacıbəyov Teymur Adil oğlu, Nəcəfov Sərdar Mirismayıl oğlu, Yəhyayev Muxtar Mirismayıl oğlu və digərləri (bir neçə şikayətçi xanım olduğuna görə, adlarının hələlik mətbuatda açıqlanmamasını xahiş ediblər – red.) də bu ərizəni imzalayıblar (qafqaznews.az)
Kavkaznews.az saytı qərara gəldi ki, aydınlaşdırsın, görəsən, Zöhrab Əliyevin dedikləri doğrudurmu? Görəsən, Fuad Axundov etibarnamə aldığı torpaq sahələrini öz oğlu və həyat yoldaşına satıb? Bu suala cavab almaq üçün, Fuad Axundovun özünə zəng etdik. “Nə fərqi var, kiminlə alqı- satqı eləmişəm? Bu sizi niyə maraqlandırır? Müstəntiqsiniz?”, – deyə “Axund FTKA”nın rəhbəri sualımıza sualla cavab verdi.“Zöhrab Əliyev iddia edir ki, o və qohumları sizə satılan torpaq sahələrinə görə heç nə almayıblar. Bu doğrudur?”, – deyə soruşduq.
“Mən sizin suallarınıza cavab verməyə borcluyam?” – deyə Fuad Axundov yenə də suala sualla cavab verdi. Zöhrab Əliyevin sözlərinə görə, Fuad Axundov ona bildirmişdi ki, rəhbərlik etdiyi şirkət sözügedən torpaq sahələrində kotteclərdən ibarət iri istirahət mərkəzi tikməyə hazırlaşır. Biz aydınlaşdırmaq istədik, “Axund FTKA” şirkəti Pirşağı qəsəbəsi ərazisində istirahət mərkəzi tikməyə hazırlaşırmı? “Axund FTKA” şirkətinin satış meneceri Fidan Əhmədova Kavkaznews.az saytına bildirdi ki, şirkətin Pirşağıda torpaq alıb-almadığı ona məlum deyil. “Əgər belə alqı-satqı olsaydı, mənim də xəbərim olardı”, – deyə Fidan Əhmədova qeyd etdi (kavkaznews.az).
İyulun 26-da Qafqaz Xəbər Agentliyinə zəng edən İbrahim İsmayılov adlı vətəndaş bildirdi ki, qafqaznews.az-da dərc olunan yazını oxuyub: “Mən onun fırıldaqçılığı ilə bağlı məqaləni oxuyanda heç də təəccüblənmədim. Onun fırıldaqları çox olub. Mən özüm 5 il onun yanında usta işləmişəm, sonda maaşım az idi deyə bezib çıxdım. Mənim əmək kitabçamı da vermirdi, hələ 250 manat da maaşımdan qalmışdı, onu ala bilmədim. Sonra Məşğulluq İdarəsinə şikayət elədim, mənim “trudovoy”umu alıb verdilər, amma 250 manatım o gedən getdi. Onun “Qızılqum”da böyük torpaq sahəsinin olduğunu bilirəm. Hasar tikilərkən, sementi şirkətin “Qazel”iylə mən daşımışam. Orucəli Hacıyevlə yaxınlığını isə bilmirəm”. İ.İsmayılov bildirdi ki, “Axund FTKA”da daim maaşlar gecikdirilirdi: “Ayın axırı maaş verilməliydisə, saxlayırdı, növbəti ayın 15-dən keçəndə verirdi. Çox adam orda maaş azlığından əziyyət çəkib. Dörd yüz manat maaş alırdım, amma əmək kitabçasında 150-160 manat yazırdılar. 20 yanvar günü də işləmişəm. Gərək müdir işçini dolandırsın, ac saxlamasın ki, özü də dolana bilsin. Çox vaxt müştəriləri də aldadırdı. Ucuz qapını baha qiymətə sırıyırdı…. 50 manat maaşımın qalxması üçün, onunla 3 saat yarım söhbət eləmişəm. Müdir kimi, özünə hörmət eləmirdi. “S Class” sürür, 10-TV-022. Özü də Pirşağıda qalır. Zabratda qapı-pəncərə sexi var, amma eşitdiyimə görə, indi orda işlər elə də yaxşı getmir”.
Onun sözlərinə görə, 2011-ci ildə həmin əraziyə çəpər çəkilərkən, əraziyə “qolu papkalı bir nəfər” gəlib: “Özünüz bilirsiniz də pullu adamlar necə olur. Fuad dedi ki, 5-10 manat verin, yola salın… Həmin adam getdi, başqası gəldi, ondan da vəzifəli birisi. Ondan sonra dayandırdılar tikintini”.
Bu zaman oxucularda sual yarana bilər: “Fuad Axundov başqalarının 2 hektar torpağını da mənimsəyir, halal maaşdan 250 manatı da?”. Əlbəttə, inanırıq ki, Fuad Axundov bu və digər suallara şəxsən aydınlıq gətirəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
|