Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                     “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” .....                     Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib .....                     “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” .....                     Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb .....                     Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ .....                     Ət kağız üstündə artır, bəs bazarda? .....                     İsrail Pezeşkianın istefasını gözləyir .....                     Ən çox sığorta haqqı toplayan .....                     Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları .....                     Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri .....                     Yeni il şənliyi bizə neçəyə başa gələcək? .....                     Tiktokerlərə hansı cəza verilə bilər? .....                     Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq .....                     Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir .....                     "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq .....                     Professordan tiktokerlərin həbsinə reaksiya: .....                     SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib .....                     Zərifin sözlərini CİDDİYƏ ALAQMI? .....                     Suriya İran üçün hava məkanını bağladı .....                 

MİNLƏRLƏ CAN QURBAN OLDU... - BAYRAMIMIZ MÜBARƏK!!!
Tarix: 28-05-2020, 09:09 | Çap et
MİNLƏRLƏ CAN QURBAN OLDU...
Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 102 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmmədhəsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F.X.Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edlir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.

Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.

Respublika Günü münasibətilə ölkənin bütün strukturları, Azərbaycanın diplomatik nümayəndələri və diaspor təşkilatları tədbirlər təşkil edirlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Bu gün, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Bu gün, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Bu gün, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Bu gün, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Bu gün, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Bu gün, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Bu gün, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Bu gün, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Bu gün, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Bu gün, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Bu gün, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Bu gün, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05
Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02
Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58
Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
"Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58
Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28
SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07
Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05
Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02
"Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37
"Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33
Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29
Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24
"Üzrü günahından betər"... Avtomobillərin çəninə benzin əvəzinə su vuran "Lukoil"ə inamsızlıq yaranıb
Bu gün, 12:17
Yumurtanın qiyməti 22 qəpiyə QALXDI – Qıtlıq, yoxsa bayramqabağı BAHALAŞMA?
Bu gün, 12:14
"Tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır..." - ÇAĞIRIŞ
Bu gün, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru