Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib. Tərtər-Hindarx avtomobil yolunun İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, İƏD üzrə nümayəndələr, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin və Tərtər Şəhər Kommunal Təsərrüfat İdarəsinin əməkdaşları iştirak ediblər. Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 150 ədəd eldar şamı və 150 ədəd sərv ağacı əkilıib, yeni əkilən ağaclar suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.