Bazar günü, 29 dekabr 2024, 12:14:27  
   Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar yeddi günlük matəm elan edilib .....                     “İmralı missiyası” iflasa uğradı .....                     Göygöl sakini “Global Mining” şirkətini İTTİHAM EDİR .....                     Cənubi Koreyada qəzaya uğramış təyyarənin qara qutuları tapılıb .....                     ABŞ-dan inanılmaz: .....                     SEPAH-ın Suriyadakı komandiri tutuldu .....                     Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı .....                     Əvvəl 50 qəpik idi, indi 5 manat oldu .....                     "Mən çarəsiz, övladı ruhi xəstə, ailə vəziyyəti dözülməz bir vəziyyətdə yaşayan Azərbaycan vətəndaşıyam..." .....                     Bakı ilə Qroznı arasında HAVA ƏLAQƏSİ BƏRPA OLUNMAYACAQ .....                     Azərbaycan Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin qəzanı araşdırmasından imtina edib .....                     Qəzanı quşlarla və ya qaz balonunun partlaması kimi qələmə vermək ağılsızlıq və vicdansızlıqdır .....                     İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik .....                     Prezident Qazaxıstana təşəkkür edib: .....                     Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadalayıb .....                     "Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq" .....                     "Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir" .....                     "Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi böyük dərəcədə zədələnib" .....                     Öcalan Türkiyədən nələri istəyir? .....                     Sahibsiz qalan Lənkəran... .....                     Vardanyanın işini onlar araşdıracaq .....                     Bələdiyyə seçkilərində namizədlik üçün 16 min 708 nəfər müraciət edib .....                     Türkiyə Colaninin iplərini əlində saxlaya biləcəkmi? .....                     Üç qəpiklik dəyər .....                     Vüsal Hüseynovun şirkəti qanunsuz həkim işlədibmiş .....                     Rus ordusu Novotroitskoyeni ələ keçirdi .....                     Rusiya Prezidentinin üzrxahlığından sonra aviaqəzanın necə baş verdiyinə aydınlıq gətirilməlidir .....                     Gürcüstana verilən qaz xətti bu kənddən keçir... AMMA KƏNDİN ÖZÜNDƏ QAZ YOXDUR... .....                     AZAL təyyarəsinin vurulması təsdiq edir ki... .....                     “Artıq azərbaycanlılar Rusiyada qalmaq üçün daha çox düşünəcəklər” .....                     Vardanyanı hansı cəza gözləyir: ittihamlar ədalətli və ağırdır .....                     Mülayim qərb küləyi əsəcək .....                     "Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır" .....                     BURDA da BAHALAŞMA var: `Belə şey olarmı?` .....                     Məzahir Pənahov növbəti dəfə MSK sədri olmayacaq? .....                     "Kanal 13”ün əməkdaşı Şamo Eminov azadlığa buraxılıb .....                     Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişdi .....                     Ermənistanda yeni partiya yaradılıb .....                     "TikTok" həbsləri Naxçıvana da SIÇRADI .....                     Bu il Azərbaycanda referendum keçiriləcək? .....                 

FƏRHAD ƏLİYEV 2013 SEÇKİLƏRİNƏ HAZIRLANIR
Tarix: 12-08-2012, 11:18 | Çap et
FƏRHAD ƏLİYEV 2013 SEÇKİLƏRİNƏ HAZIRLANIR

QƏRB AZƏRBAYCANDA İNQİLAB PLANINDAN HƏLƏ DƏ DAŞINMAYIB

DİA.AZ: - 2005-ci ilin «dövlət çevrilişi» şousunun ssenari müəllifləri əslində o zaman bir neçə məqsədə xidmət edirdilər. Ki, bunların da önündə gələni Azərbaycanda dəyişiklikdə maraqlı olan Qərbə aid çevrələrin susdurulması idi. 2007-ci ildəki məhkəmə prosesində «Mən Qərbin adamı olduğuma görə, vuruldum» açıqlaması ilə diqqətə gələn keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, hansısa məmurla işbirliyinə getməsi və yaxud da hansısa özəlləşdirmə prosesindən faydalanması səbəbindən hədəfə çevrilmədi. Fərhad Əliyev məhz o zaman postsovet məkanındakı Qərb inqilablarının simgəsinə çevrilmiş narıncı rəngə olan sevgisinin güdazına getdi. Necə ki, bunu onun özü də dolayı yolla etiraf etmiş oldu.

Və həmin ərəfədə hakimiyyətin bir nömrəli məqsədi Qərbin iqtidar daxilindəki dayaqlarının sarsıdılmasından ibarət idi. Bu dayağı formalaşdıran əsas fiqur isə təbii ki, Fərhad Əliyev idi. O zaman bir sual da ortaya çıxır: Nədən Fərhad Əliyev Əli İnsanovun «gözünə qatılaraq» həbs edildi? Təbii ki, bu sualda yetərincə haqlı məqamlar var. Hər halda, özünün Qərbyüönümlü imici və mahiyyəti ilə Fərhad Əliyevin daha çox qaragüruhçuluğa meyilli olan və eyni zamanda daha çox elə hazırki hakimiyyətin mahiyyətinə uyğun olan Əli İnsanovla tərəzinin eyni gözünə qoyula bilməzdi. Amma qoyuldu. Bu da səbəbsiz deyildi.

Çünki hakimiyyətə bir neçə ünvana hesablanmış şou lazım idi…

Və bu şou baş tutdu da. Fərhad Əliyevlə Əli İnsanov Rəsul Quliyevin işbirlikçisi kimi həbs edildilər. Doğrudur, indinin özündə də bu məsələ açıq qalmaqdadır və indinin özündə də Azərbaycanın hüquq-mühafizə orqanları 2005-ci ildə iki nazirin qollarının qandallanmasına nədən olan DÖVLƏT ÇEVRİLİŞİ İTTİHAMINI işə salmaq üçün Rəsul Quliyevin Azərbaycana QAYDIŞINI «gözləyirlər». Təbii ki, bütün bunlar blef idi və sırf olaraq ictimai rəylə oynama həvəsinin təzahürü kimi qəbul olunmalıdır.

O zamankı əhval-ruhiyyəni xatırlasaq, məsələnin nə yerdə olduğunu təxmin etmək çox asandır. 2003-cü ilin qanlı olayları üzərində hakimiyyətə gəlmiş İlham Əliyev aradan 2 ilə yaxın müddətin keçməsinə baxmayaraq, hələ də komandanlığı əlinə ala bilməmişdi. Hələ də onun birinciliyinə şübhə ilə baxılırdı. Hətta kifayət qədər qorxaq olduğu hər kəsə məlum olan ANS-in məşhur aparıcısı Mirşahin Ağayev şərhlərinin birində o zamankı Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevi vəsf edərkən «ölkənin ən səlahiyyətlisindən də səlahiyyətlisi» statusunu ona pərçimləmişdi. Və o zamanlar Ramiz Mehdiyevin məşhur «boz kardinal» statusu da gündəmə əməlli-başlı oturmuşdu.

Belə bir şəraitdə İlham Əliyevin cəmiyyətə təqdim olunmasına ehtiyac var idi. O, mütləq cəmiyyətə təqdim olunmalı idi. Hə, atasından hakimiyyət estafetini uğurla ala bilmişdi, amma bu uğurun daha da davamlı olması üçün onun hakimiyyətdə qalması zərurəti mövcud idi. Bunun üçün isə İlham Əliyev mütləq cəmiyyətə bir KİM olaraq qəbul etdirilməli idi.

Bu plan işə salınanda çoxları güldü. Amma bu gülməli planın ağır nəticələri və bir çoxlarının anasını ağlatması, artıq məsələnin ciddi nəticələrə hesablandığını tam olaraq yəqin etdi. İki nazir kabinetindəcə qandallandı və onlarla məmur, şirkət rəhbəri, idarə müdiri həbs edildi. Adını isə «dövlət çevrilişinə cəhd» qoydular. Bir daha təkrar edirik, məhkəmədə bu barədə danışılmadı və əsas kimi Rəsul Quliyevin Azərbaycanda olmaması göstərildi. Və bu əsassız əsasla iki naziri 11-12 illiyinə məhbəsə yolladılar. Başlarının üstündə isə əlavə olaraq «Domokl qılıncı» da qoydular ki, onların hansısa beynəlxalq təşkilat tərəfindən azadlıqları istənilməsin və yaxud da onların adları hansısa əfv və amnistiya qərarlarına salınmasın. Bəs necə? Axı onlar əsas ittiham olunduqları maddələrlə mühakimə olunmamışdılar. Buna görə də, onların azadlıqları istənildikdə, bir versiya irəli sürüldü: Hələ bu onların «cinayətlərinin» hamısı deyil ki…

Qərb ha, bağırsa da, çığırsa da…

Fərhad Əliyevi həmin dalğadan qurtara bilmədi. Çünki artıq məsələnin nə yerdə olduğunu hər kəs gözəl dərk edirdi. Hər kəs yaxşı bilirdi ki, 2005-ci ilin 17 Oktyabr hadisələrinin nəticəsi olaraq yerli ictimaiyyətə “qəddar bir president” kimi təqdim olunan İlham Əliyev eyni zamanda bütün cinahları susdurmuş oldu. Fərhad Əliyev Qərbin adamı olaraq zərərsizləşdirildi və bununla Azərbaycanı narıncı rəngə boyamaq istəyənlərə regionda daha peşəkar rəngsazların fırçalarının işləməsi haqda ismarıclar ötürüldü.

Əli İnsanov isə sırf olaraq hakimiyyətiçi qrup maraqlarının fonunda xərcləndi. Sözügedən prosesin əsas ideya kombinatorlarından, daha doğrusu, baş icradarlarından biri kimi çıxış edən o zamankı Prezidentin İcra Aparatının (indi mahiyyət dəyişməyib, amma idraənin adı dəyişib –red.) rəhbəri Ramiz Mehdiyev araya salıb heç sevmədiyi Əli İnsanovu da sıradan çıxardı. Onu İlham Əliyevin hakimiyyətə gəlişini istəməyən bir adam kimi təqdim etdi. Sonradan da bu istiqamətdə müxalif mətbuata şaiyələr ötürüldü. Ki, guya Əli İnsanov prezidentin yaxın qohumlarından bəziləri ilə təmasa keçərək Heydər Əliyevdən sonrakı dönəm üçün ali kürsüyə sahiblənmək istəyirmiş. Amma burada əsas olaraq iqtidariçi toqquşmaların mühüm mövqedə dayandığı nədənsə nəzərdən qaçırıldı. Yəni kimlərsə «cəhənnəmə» yola salınırdı, hər kəs, daha dəqiqi, bu planda icraçı olanların bəziləri də çalışdılar ki, «cəhənnəmə» doğru kurs götürən qatara öz istədikləri istəmədiklərini də mindirsinlər. Və beləcə, Əli İnsanov mahiyyət baxımından onunla daban-dabana ziddiyyət təşkil edən Fərhad Əliyevlə eyni gündə eyni ittihamla, işbirlikçi olaraq həbs edildi.

Və onların gözünə Rəsul Quliyevin də qatılması əslində, əsas hədəflərdən biri olan siyasi müxalifətin birdəfəlik olaraq sıradan çıxarılması üçün düşünülən bir ideya idi. Çünki Rəsul Quliyev Əli İnsanov-Rəsul Quliyev-Fərhad Əliyev triosunda məhz müxalifəti təmsil edirdi, yəni onu vurmaqla müxalifətlə bağlı hesablanmış maraqlar güdülürdü.

Və sonradan bu planın da işlədiyi məlum oldu.

Müxalifət 2005-ci ilin parlament seçkilərindən, daha dəqiqi, həmin ilin 17 Oktyabr hadisələrindən sonra özünə gələ bilmədi. Başlarını o şəkildə itirdilər ki, hətta bir-birilərinə qənim belə kəsildililər. Özləri bilə-bilə bir-birilərinə qarşı haqsız ittihamlar uydurdular, bir-birilərini diddilər və sonrakı seçki proseslərində ümumiyyətlə, iştirak qabiliyyətlərini itirdilər. Çünki nə toparlana bilmişdilər, nə də bir araya gələ bilirdilər. Hakimiyyətin istədiyi isə bu idi.

Yalnız 2009-cu ilin 18 Mart referendumunda və 2010-cü ilin parlament seçkilərində müəyyən mənada toparlanma görüntüsü yaradan müxaliflər yenə də alternativ gücü təşkil edə bilmədiklərini hiss etdirdilər. Çünki qarşılıqlı inamın yerinə hələ də qarşılıqlı ittihamlar hökmranlıq etməkdə idi. Bununla isə konkret nəticələrə varıla bilməzdi. Hələ də müxalifət cinahı hakimiyyətin 2005-ci ildə vurduğu zərbəsinin yaratdığı fəsadlarını aradan qaldıra bilməmişdi. Amma bu məsələ həll olunmalı idi və olundu da.

Əslində AXCP sədri Əli Kərimlinin «Azadlıq» blokundakı cırtdanlardan imtina edərək Müsavat Partiyasına «hə» deməsi bu izdivacın dev işlər üçün hazırlıqlı olmasına ilkin işarə kimi qəbul edilməli idi. Bunun ardından baş verən prosesləri də izlədikdə görürük ki, əslində Əli Kərimli ilə İsa Qəmbərin anlaşması heç də parlament seçkilərinə hesablanmamışdı. Və sonradan cərəyan edən olaylar da təsdiqlədi ki, bu ittifaq məhz bu gün yaşanmaqda olan proseslərin ərsəyə gəlməsi üçün imiş. Və bu gün İctimai Palatanın timsalında ortaya çıxarılan model də birbaşa olaraq 2013-cü ilə hesablanmış bir preoses üçündür.

Qərbin basdırdığı minalar: «QƏRİB QƏRBLİLƏR»

Təbii ki, məhkəmə prosesində «Mən Qərbin adamıyam» deyib hay salan Fərhad Əliyev Qərbin yeganə adamı deyildi. Doğrudur, onunla yanaşı, onlarla məmur həbs edildi və neçəsi işdən çıxarıldı. Məsələn, keçmiş Milli Təhlükəsizlik Naziri Namiq Abbasov da həmin ərəfədə «rasxoda» verilənlərdən idi. Amma onun qolları qandallanmadı. Bir kəşfiyyatçı kimi özünün sambalını qorumağı bacaran Namiq Abbasov əslində Fərhad Əliyevdən də artıq səviyyədə QƏRBİN ADAMI statusunu daşıyırdı. Hər halda, onun Azərbaycanın MTN şefi olaraq Yaxın Şərqdə və regionda çox mühüm layihələrə cəlb olunması, eyni zamanda onun beynəlxalq konsorsiumla mühüm əlaqələrinin mövcudluğu da kifayət qədər əsas yaradırdı ki, Namiq Abbasovun da «Qərbin adamı» olması səbəbindən vurulduğunu söyləyə biləsən.

Beləcə, bu kimi «profilaktik» tədbirlərdən sonra cəmiyyətdə haqlı olaraq belə bir təəssürat yaranmış oldu ki, tam olaraq Kremlin inhisarına keçən Azərbaycan hakimiyyəti Qərbə qarşı savaş elan edib. Və öz içindəki QƏRİB «QƏRBLİLƏRİ» dənləməklə həm də Qərbin alternativinə məxsus olduğunu nümayiş etdirmiş oldu.

Bundan sonra Qərblə münasibətlərin pozulduğu bütün müstəvilərdə hiss olunmağa başladı. Azərbaycanda keçirilən hər seçkini «demokratiyaya doğru atılan addım» kimi dəyərləndirmələrinə baxmayaraq, Azərbaycan hakimiyyətinə əsl münasibətlərini də gizlətmədilər. Qərbin əsas siması olan ABŞ-ın Azərbaycanla diplomatik əlaqələrini faktiki olaraq iki ilə yaxın müddətə dondurması, Azərbaycana səfir göndərməməsi əslində kifayət qədər ciddi bir hadisə idi. Amma bu ciddiliyi rəsmi Bakı öldürməyə, bu təəssüratı dağıtmağa çalışırdı. ABŞ-ın əvəzinə Avropanın mücərrəd dairələri ilə əlaqələr genişləndirildi. Ki, bununla da ABŞ-a «sən tək deyilsən» ismarıcını da yollamış oldular.

Hakimiyyətin QƏRB QORXUSU

Bir daha vurğulayaq ki, Azərbaycanda Qərbin adamı statusunu daşıyan nə məmurların, nə də müxaliflərin heç də hamısı ifşa olunmayıb, heç də hamısının qolları qandallanmayıb. Bunu artıq sübut etməyə ehtiyac yoxdur. Bütün istiqamət və parametrlərdən bu açıq-aydın duyulmaqdadır. Əgər bu gün hakimiyyət nə öz içindəki, nə müxalif cinahdakı və nə də ümumiyyətlə, ölkədəki proseslərdən bixəbər görünürsə və davamlı olaraq hakimiyyətə qarşı olduqca maraqlı ünvanlar bir-birinin ardından peyda olursa, deməli, pərdəarxasında dayananlar var.

Əgər bu gün Azərbaycan hakimiyyəti bütün işini-gücünü atıb “Avroviziya”, olimpiada kimi absurd yarıçmaların üzərində köklənibsə və buy olla öz hakimiyyətlərinin siyasi müstəvidə qayğısız olmasını sübut etməyə çalışırsa, Mübraiz Qrubanlı kimilərinin dili ilə “biz İctimai Palatanı ciddi qüvvə hesab etmitik” şəklində açıqlamalar verirsə və buna parallel olaraq İctimai Palata ilə dialoqa hazır olmasından danışırsa, o zaman əlavə şərhə ehtiyac yoxdur. Çünki bu cür pərakəndəlik siyasi arxayınçılığın yox, siyasi anarxiyanın təzahürüdür və bu anarxiya nəhayətdə hakimiyyətin dəyişməsini diqtə edir.

Hər halda, inandırıcı deyildi ki, Azərbaycanda həm siyasi, həm iqtisadi və həm də hərtərəfli maraqları olan Qərb yalnız Fərhad Əliyevin çiyinlərində dayanırmış. Bunun inandırıcı olmadığını elə Fərhad Əliyevin qandallandığı gündən QƏRBLİ OVUNA çıxan hakimiyyəıt özü də hiss etdirməkdədir.

Neçə ildir Qərbi eninə də, uzununa da söyən YAP hakimiyyəti hələ də Qərbin adamlarının axtarışındadır. Hələ də bu hakimiyyət yuxularında belə Qərbi bir qorxulu formada görməkdə, bu yuxularının əziyyətini çəkməkdədir. Nə qədər olub ki, AzTV-nin ekranlarından Qərbi söyən, əslində isə Qərbin hansı istiqamətdə olduğunu bilməyən binəva zəhmətkeşləri görmüşük. Bu gün də Azərbaycan dövlətinin rəsmi telekanalı Almaniyada işsizliyin baş almasından, İspaniyada aclığın hökm sürməsindən bəhs edən nağıllarını yerli ictimaiyyətə söyləyib, millətin yatdığını zənn edir. Hətta düşünmürlər ki, indi sıradan bir vətəndaşın belə Almaniyanın hazırki halından xəbər tutması üçün internet-media var və bu kimi nağılların ayaq tutması üçün gərək ən azından kimsəsiz bir ada olmalıdır.

Yəni uzun illərdir ki, hakimiyyətin əsas təbliğat maşınının ana mövzusunu məhz Qərbə qarşı nifrət təşkil edib. Amma bunun qarşılığında onlar və onların nümayəndələri «Qərb müxalifətin yanında deyil, Qərb bizimlə işbirliyindədir» deməklərindən də qalmayıblar. Çünki onlar onu da başa düşüblər ki, Qərbin onlarla olmadığını bildirməklə, əslində Azərbaycanda şahə qalxan Qərb maraqlarının hədəfinə çevrilə biləcəkləri qorxusunu da ən azından öz çevrələrinə aşılamış olurlar.

Regionun şah damarı: Azərbaycan

DİA.AZ redaksiyasına hakimiyyət içindəki mötəbər qaynaqlardan bu məsələ ilə bağlı çox ilginc faktlar daxil olub. Məlumatlı qaynağın iddiasına görə, artıq Qərb bu günə qədər iqtidar düşərgəsində təmas saxladığı və yetişdirdiyi kadrlarından istifadə qərarına gəlib. Hər zaman belə olub və bütün inqilabı yaşayan ölkələr bu mərhələni keçiblər. Azərbaycanda da eyni ssenarinin işə salındığını bildirən mötəbər mənbənin sözlərindən o da məlum olur ki, konkret olaraq iki nazirin də cəlb edildiyi proseslərin Azərbaycanda inqilabi dəyişikliklərlə nəticələnəcəyi tam şübhəsizdir.

Onu da xatırladaq ki, bu günlərdə Rusiyanın analitikləri də Azərbaycanda Qərbin inqilab ssenarisinin işə düşdüyünü anons etdilər və bu istiqamətdə konkret addımların atıldığını bildirdilər. Bu barədə məlumat yayan «Moskovskie Novosti»nin bilgilərindən belə məlum olurdu ki, Azərbaycanda artıq inqilabi proseslər start götürüb: «Yaxın Şərqdə cərəyan edən olayların başlıca hədəflərindən biri Azərbaycandır. İrana həmləyə hazırlaşan Qərb yaxşı bilir ki, Tehrana qapı nə Suriyadır, nə də Misir. İranı Azərbaycanın sahibi öz nəzarətinə götürə bilər».

Rusiyalı analitiklər konkret faktlara söykənərək bu gün Azərbaycanda yaşanılan olayları bu şəkildə qiymətləndirirlər: «Azərbaycan İkinci dünya müharibəsi ərəfəsində olduğu kimi bu dəfə də həlledici ünvan rolunu oynamaqdadır». Onlara görə, əgər ikinci dünya müharibəsi ərəfəsində Hitler Almaniyasının hədəfi Moskvaya sahiblənmək idisə və bunun yolunu Moskvanın şah damarı hesab olunan Azərbaycanı ələ keçirməkdə görürdüsə, indi də eyni problemlər yaşanmaqdadır: «İrana sahiblənmək istəyən Qərb regionun şah damarı rolunu oynayan Azərbaycanı ələ keçirmək məcburiyyətindədir. İlham Əliyevin prezident olduğu Azərbaycan isə Qərbin ola bilməz». Rusiyalı analitiklər bu gün Bəşər Əsədi küncə sıxışdıran Qərbə məsləhətlərini də veriblər: “Ola bilsin ki, Bəşər Əsəd 1-2 həftəyə devriləcək. amma bud a İranın hədəfə alınmasını asanlaşdıra bilməz. çünki Suriyanın Qərbə uyğun tərzə düşməsi zaman apara bilər. Azərbaycan isə ən münasib ünvan idi ki, bu məsələdə Qərb Rusiyanın israrlı mövqeyini Qarabağ probleminə Kremlin barışmaz münasibətlərindən də duymuşdur. Odur ki, İranın işğalı üçün Qərbin ilk əvvəl Rusiyanın biləyini Cənubi Qafqazda yerə qoymasına ehtiyac var. Təbii ki, Cənubi Qafqaz deyiləndə anlaşılanı Azərbaycandır”…

Məlumatlı mənbələr də DİA.AZ-a bildirirlər ki, Qərbin Azərbaycanla bağlı planlarında İran faktorunun mühümlüyü qaçılmazdır: «Təsadüfi deyil ki, Azərbaycan hakimiyyəti bu ölkədə inqilab etmək istəyən Qərb dairələrinə qarşı məhz İran kartından istifadə edir. Elə bir təəssürat yaratmağa çalışırlar ki, guya Azərbaycanda İran xətti güclüdür və hətta bu xəttin daşıyıcısı olan, hakimiyyətə iddia edən konkret qüvvə belə mövcuddur. Halbuki bu gün İranın əsas siyasi iradə ifadəçisi kimi qəbul edilən Azərbaycan İslam Partiyası bu gün Tehrandan çox, Azərbaycanın xüsus i xidmət orqanlarına bağlıdır. Bu gün onların sərbəst şəkildə İlham Əliyevə qarşı cihad elan etmələri də Tehranın yox, məhz İlham Əliyevin başında dayandığı YAP hakimiyyətinin maraqlarına uyğun idi».

Mənbəmiz bunu onunla da əsaslandırır ki, hakimiyyət Qərbə qarşı olduğu kimi, Qərbin adamlarına qarşı da İran kartından istifadə etməsi ilə əsl məramlarını ifşa etmiş oldu: «Əli Kərimlinin dindarlarla əlaqələndirilməsi hakimiyyətin bəlkə də ən böyük yanlışı kimi qəbul edilməli idi. Çünki bununla hakimiyyət dinçilərlə ortaq projedə olduğunu sübut etmiş oldu. Qərbin adamlarından biri İran bağı ilə hədəfə alındı. Ən səbatsız ittihamın fonunda daha çox qabaranı isə hakimiyyətin naşılığı oldu». Əslində hakimiyyət burada özünü usta kimi təqdim etməyə çalışırdı. Indi – yəni hadisələrin üstündən bir il keçəndən sonar rahat görmək olur ki, Əli Kərimlinin az qala ölkəmizdə olan və olmayan bütün təriqətlərlə ortaq etmək YAP iqtidarına bütün dünyanı güldürmüş oldu. Bu halı da mövcud sistemin çöküşünün təzahürlərindən biri kimi qəbul etmək olar.

Hakimiyyətin inqilab qorxusu

Məlumatlı mənbələr bildirir ki, tərkibində iki nazirin də təmsil olunduğu hakimiyyət içindəki «Qərb Qrupu» artıq fəallaşmaq üzərədir: «Bu barədə verilən təlimatlara sona qədər əməl olunacaq və bu təlimatlarda başlıca hədəf kimi isə Azərbaycanda Rusiyanın bir nömrəli hədəf olaraq tanınan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir».

Məlumatlı mənbənin sözlərinə görə, hətta bu gün Bakıda Ramiz Mehdiyevin istefası tələbi ilə kütləvi etiraz aksiyası belə təşkil oluna bilər: «Artıq bunun üzərində də iş gedir və burada həlledici fiqur kimi məhz hakimiyyət içindəki simalar rol oynayacaq. əsas hədəf isə qarşıdan gələn president seçkiləridir. Hadisələr isə sentyabrın sonlarından etibarən qızışacaq». Mənbənin sözlərindən belə məlum olur ki, Azərbaycanda inqilab ssenarisi üzərində baş sındıran və artıq bu prosesin kifayət qədər ciddi mərhələlərini geridə qoyan Qərb dairələri yaxşı anlayırlar ki, bu gün hakimiyyət adından müqaviməti ortaya qoyan, təşkil edən Ramiz Mehdiyevdir: «Ramiz Mehdiyev 2005-ci ilin məlum hadisələrində olduğu kimi, bu dəfə də Rusiyanın Azərbaycandakı baş emissarı olaraq kölgədə dayanıb bütün prosesləri yönləndirməklə məşğuldur. Onun PA-dan uzaqlaşdırılaraq Heydər Əliyev Mərkəzinə rəhbər gedəcəyi haqda olan ehtimalların darmadağın olması Qərb üçün yeni planların işə salınmasını zəruri edib».

Bu barədə DİA.AZ-a danışan mənbəmiz onu da bildirdi ki, hakimiyyət daxilindəki Qərbyönümlü məmurlarla yanaşı, bu gün məhbəsdə olan Qərbyönümlü sabiqlərin də proseslərə qoşulması gözləniləndir: «Fərhad Əliyev elə də sadə fiqur kimi görünməməlidir. Onun bu gün məhbəsdə saxlanılmasını da adi qarşılamaq olmaz. Hakimiyyət o şəxsi proseslərdən təcrid edir ki, ondan ehtiyat edir və bu gün Fərhad Əliyevin hətta həkim müayinəsinə ehtiyac olduğu bir şəraitdə, baxımsız tutulması, hakimiyyətin bütün cinahları tərəfindən «düşmən» elan olunması da, birbaşa olaraq keçmiş nazirin əhəmiyyətli bir siyasi fiqur olmasından xəbər verir».

Mənbəmiz iddia edir ki, əslində Fərhad Əliyev qarşıdan gələn prezident seçkiləri ilində Qərbin lider kimi baxdığı əsas fiqurlardan biridir: «Biz iddia etmirik ki, Fərhad Əliyev Nelson Mandelladır. Amma Nelson Mandellə 37 il məhbəs həyatı yaşadıqdan sonra prezident kürsüsünə əyləşə bildi. Yəni Qərb də Fərhad Əliyevdən imtina etməyib və onun bu gün azadlığının əlindən alınması da burada səbəb kimi çıxış etməyib».

Bununla yanaşı, mənbəmiz bir məsələni də xüsusi olaraq vurğuladı: «Fərhad Əliyev Əli İnsanovdan ayrı tutulmalıdır. Və bir məqam da var. Əli İnsanovdan fərqli olaraq Fərhad Əliyev əlindəki pulları heç də hakimiyyətin nəzarətinə verməyib. Hakimiyyət keçmiş nazirə aid üzdə olan sərvətlərini talayıb. «Prestij» dükanları və Fərhad Əliyevin bir-iki əmlakının əlindən alınması, böyük maddi imkanlara malik olmuş keçmiş iqtisadi inkişaf nazirinin tam mənada iflası kimi dəyərləndirilə bilməz».

Mənbəmizə görə, qarşıdan gələn prezident seçkilərində Fərhad Əliyevin ələ vermədiyi pullar mühüm hərəkətverici qüvvə kimi ortaya çıxacaq: «Elə Fərhad Əliyevin özü də»… Bu prosesə əsas dəstəyin isə hakimiyyət içində veriləcəyi tam şübhəsiz bir məsələdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar yeddi günlük matəm elan edilib
Bu gün, 16:05
“İmralı missiyası” iflasa uğradı – Öcalanla görüşdə PKK lideri nə açıqlayıb?
Bu gün, 16:05
Göygöl sakini “Global Mining” şirkətini İTTİHAM EDİR - "Aliment ödəyirəm..."
Bu gün, 16:01
Cənubi Koreyada qəzaya uğramış təyyarənin qara qutuları tapılıb
Bu gün, 16:00
ABŞ-dan inanılmaz: - Zurabişvilini “tanımağa” hazırlaşır
Bu gün, 15:59
SEPAH-ın Suriyadakı komandiri tutuldu - "MOUZE"
Bu gün, 15:54
Prezident başda olmaqla, bütün Azərbaycan xalqı bizi tək qoymadı - Hökümə Əliyevanın qardaşı
Bu gün, 15:52
Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - AÇIQLAMA
Bu gün, 15:51
"Mən çarəsiz, övladı ruhi xəstə, ailə vəziyyəti dözülməz bir vəziyyətdə yaşayan Azərbaycan vətəndaşıyam..." - MÜRACİƏT
Bu gün, 15:44
Bakı ilə Qroznı arasında HAVA ƏLAQƏSİ BƏRPA OLUNMAYACAQ - "Çox güman ki, yox..."
Bu gün, 15:41
Azərbaycan Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin qəzanı araşdırmasından imtina edib - "Ona görə biz..."
Bu gün, 15:32
Qəzanı quşlarla və ya qaz balonunun partlaması kimi qələmə vermək ağılsızlıq və vicdansızlıqdır - Prezident
Bu gün, 15:30
İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik - İlham Əliyev təyyarə qəzası barədə
Bu gün, 15:27
Prezident Qazaxıstana təşəkkür edib: - Əsl dostluq, qardaşlıq belə olar
Bu gün, 15:26
Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadalayıb
Bu gün, 15:15
"Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq" - dövlət başçısı
Bu gün, 15:10
"Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir" - İlham Əliyev
Bu gün, 15:09
"Yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi böyük dərəcədə zədələnib" - prezident İlham Əliyev
Bu gün, 15:06
Öcalan Türkiyədən nələri istəyir? - Sensasion müraciət
Bu gün, 14:53
Sahibsiz qalan Lənkəran... - AXI NİYƏ?..
Bu gün, 14:50
Vardanyanın işini onlar araşdıracaq - DETALLAR
Bu gün, 14:49
Bələdiyyə seçkilərində namizədlik üçün 16 min 708 nəfər müraciət edib
Bu gün, 14:46
Türkiyə Colaninin iplərini əlində saxlaya biləcəkmi? - “Regnum”
Bu gün, 14:02
Üç qəpiklik dəyər - Yeni sikkələr lazımdırmı?
Bu gün, 14:00
Vüsal Hüseynovun şirkəti qanunsuz həkim işlədibmiş – Cəza
Bu gün, 13:58
Rus ordusu Novotroitskoyeni ələ keçirdi
Bu gün, 13:54
Rusiya Prezidentinin üzrxahlığından sonra aviaqəzanın necə baş verdiyinə aydınlıq gətirilməlidir - "Haber Global"
Bu gün, 13:30
Gürcüstana verilən qaz xətti bu kənddən keçir... AMMA KƏNDİN ÖZÜNDƏ QAZ YOXDUR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:28
AZAL təyyarəsinin vurulması təsdiq edir ki... - Davidov
Bu gün, 13:15
“Artıq azərbaycanlılar Rusiyada qalmaq üçün daha çox düşünəcəklər” - deputat
Bu gün, 13:13
Vardanyanı hansı cəza gözləyir: ittihamlar ədalətli və ağırdır - TƏFƏRRÜAT
Bu gün, 13:05
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:55
"Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır" - FAKT BUDUR!
Bu gün, 12:53
BURDA da BAHALAŞMA var: `Belə şey olarmı?` - BU NƏDİ BELƏ?..
Bu gün, 12:49
Məzahir Pənahov növbəti dəfə MSK sədri olmayacaq? - AÇIQLAMA
Bu gün, 12:41
"Kanal 13”ün əməkdaşı Şamo Eminov azadlığa buraxılıb - Vəkil açıqladı
Bu gün, 12:33
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişdi
Bu gün, 12:32
Ermənistanda yeni partiya yaradılıb - KİV
Bu gün, 12:29
"TikTok" həbsləri Naxçıvana da SIÇRADI - 10 min manat mükafat vəd edirmişlər...
Bu gün, 12:22
Bu il Azərbaycanda referendum keçiriləcək? – Sərəncamın pərdəarxası
Bu gün, 12:20
2025-ci il üçün əsas plan: Dəhliz bu şərtlə açılacaq - GƏLİŞMƏ
Bu gün, 12:17
Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib
Bu gün, 12:16
Ruslar AZAL-a və terror qurbanlarına nə zaman PUL ÖDƏYƏCƏK? - Rusiyalı ekspertdən AÇIQLAMA
Bu gün, 12:14
İldırımzadə qardaşları Bakıya icra başçısı təyin etdiriblər - Yarım milyonluq cinayət işi
Bu gün, 12:12
Moskva-İrəvan reysi duman səbəbindən Tiflisdə eniş edib
Bu gün, 12:09
Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili and içib - Köhnə prezident isə...
Bu gün, 12:08
Xızıda məktəb direktorunun meyiti tapılıb - AÇIQLAMA
Bu gün, 12:05
“Azərkosmos”un 11 ayda ixracdan əldə etdiyi gəlirlər azalıb
Bu gün, 11:46
Trampın yeni il mesajı NƏ ANLAM DAŞIYIR? - Görünəni odur ki...
Bu gün, 11:45
Atam həmişə deyirdi ki, mən hər kəsin həyatına görə məsuliyyət daşıyıram - Pilot Iqor Kşnyakinin qızı
Bu gün, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru