Daha bir məmura qarşı saxta diplom ittihamı... - Belə deyirlər...
Tarix: 17-12-2015, 12:52 | Çap et
Gəncə şəhərində fəaliyyət göstərən 5 saylı notariat kontoruna rəhbərlik edən xüsusi notarius Ələkbərov Aris Elman oğlu, bu vəzifəyə təyinat almaq üçün Ədliyyə Nazirliyinə saxta diplom təqdim etmişdir. Bu xüsusda açıqlama verən mənbə bildirir ki, Aris Ələkbərovun ümumiyyətlə ölkənin Ədliyyə sistemində çalışmağa başlaması ilk dəfə Gəncə Apelliyasiya Məhkəməsinin hakimi Elşad Bayramovun səyi nəticəsində baş tutub. Belə ki, Elşad Bayramov hələ Samux rayon Məhkəməsində hakim kimi çalışdığı zaman Aris Ələkbərovu da öz yanında işə qəbul olunmasına nail olub. Bu məmurun sonrakı karyera yüksəlişini isə, mənbələr artıq onun öz fərasəti və qismən də, Milli Məclisin vitse-spkeri Valeh Əsgərovun himayəsi ilə bağlayırlar. Belə ki, rayon məhkəməsində bir müddət işlədikdən sonra, Aris Ələkbərov Samux rayon Qeydiyyat Şöbəsinə təyinat alır. Daha bir qədər sonra da, bu məmur xüsusi notarius adını alaraq, Gəncə şəhərindəki 5 saylı notariat kontoruna rəhbərlik etməyə başlayır. Ehtimal etmək olar ki, ötən əsrin 90-cı illərində ölkədə müşahidə olunan müəyyən qarışıqlıq səbəbindən Aris Ələkbərovun da Ədliyyə Nazirliyinə təqdim etdiyi diplomun saxta olduğu diqqətdən yayınmış, bəlkə də kimlərsə buna qəsdən göz yummuşlar. Əlbəttə, dövlət məmurunu belə bir saxtakarlıqda ittiham etmək üçün kifayət qədər ciddi dəlillər tələb olunur. Amma hesab edirik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ünvanlanmış müvafiq sorğuya cavab olaraq, bu qurumun Aparat rəhbəri Nərminə Babayeva tərəfindən imzalanmış məktubu tutarlı dəlil hesab etmək olar. Məktubda deyilir: “Sizin 11 noyabr 2015-ci il tarixli, 165 saylı məktubunuza cavab olaraq bildiririk ki, Ələkbərov Aris Elman oğlu adlı şəxs (doğulduğu tarix 22.04.1978) 1995/1996-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı III ixtisas qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmək üçün ərizə vermiş, lakin imtahanda iştirak etməmiş, 2006-2007-ci tədris ilində isə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı II ixtisas qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş və heç bir təhsil müəssisəsinə qəbul olmamışdır.” Qeyd edək ki, Aris Ələkbərovun özü də müəmmalı diplom məsələsi ilə bağlı ona ünvanlanan sorğuları birmənalı cavablandırmır. Mənbə iddia edir ki, belə sorğulardan birinə cavab olaraq xüsusi notarius belə bir fikir ifadə edib: “Yaxşı olar ki, mənim hansı səbəbdən diplomsuz işləməyim haqda sualı cənab nazirimizə verəsiniz...” Əlbəttə, biz çox ümid edirik ki, bu məsələ Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən diqqətə götürüləcək və müvafiq araşdırma aparılacaq. Bununla belə, Aris Ələkbərovun bu cavabla nəyə işarə etdiyinə dair onun özündən açıqlama eşitmək də olduqca maraqlı olardı...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40 |
|
|
|
• “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19 |
|
|
|
• Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18 |
|
|
|
• Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14 |
|
|
|
• İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Dünən, 15:13 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Dünən, 15:09 |
|
|
|
• Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
• Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Dünən, 15:05 |
|
|
|
• Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Dünən, 15:02 |
|
|
|
• Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Dünən, 14:59 |
|
|
|
• Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Dünən, 14:58 |
|
|
|
• Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Dünən, 14:00 |
|
|
|
• "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Dünən, 13:58 |
|
|
|
• Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Dünən, 13:28 |
|
|
|
• SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Dünən, 13:07 |
|
|
|
• Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Dünən, 13:05 |
|
|
|
• Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Dünən, 13:02 |
|
|
|
• "Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Dünən, 13:00 |
|
|
|
• Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Dünən, 12:45 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:42 |
|
|
|
|