İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                     Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir .....                     5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                     “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” .....                     Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib .....                     “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” .....                     Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb .....                     Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ .....                     Ət kağız üstündə artır, bəs bazarda? .....                     İsrail Pezeşkianın istefasını gözləyir .....                     Ən çox sığorta haqqı toplayan .....                     Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları .....                     Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri .....                     Yeni il şənliyi bizə neçəyə başa gələcək? .....                 

Qaynadılan qazan Pirverdiyevi hara qədər daşıyacaq... - Həbs təhlükəsi realdır...
Tarix: 16-12-2015, 12:56 | Çap et
Qaynadılan qazan Pirverdiyevi hara qədər daşıyacaq...
Aparılmış yoxlamalar üzə çıxarıb ki, "Azərenerji" ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib.
Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi aparılmayıb. Tikinti layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi üçün ekspertizadan keçirilməyib. Habelə müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyb.
Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını müəyyən edib. Həmçinin layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini üzə çıxarıb.
Yoxlamalar nəticəsində müəyyən olunub ki, "Azərenerji" ASC işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən podratçılarla birbaşa müqavilələr bağlayıb.
Hesablama Palatası həmçinin müəyyən edib ki, bir neçə obyektin tikintisi başa çatdırılsa da Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Ancaq həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi üzə çıxıb.
Bütün bu ciddi pozuntulara baxmayaraq Hesablama Palatası "Azərenerji"də aparılmış yoxlamaların nəticəsini tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına göndərməyib. Palata "Azərenerji"də aparılmış yoxlamaların nəticələrinin müzakirə olunmasına həsr edilmiş kollegiya iclasında ASC-yə tövsiyə edilib ki, bu pozuntuları aradan qaldırsın və belə hallara gələcəkdə yol verməsin.
Hərçənd ki, ortaya çıxarılmış pozuntulardan ciddi korrupsiya iyi gəldiyi tamamilə aydındır. Əgər "Azərenerji" heç bir texnki-iqtisadi əsaslandırma aparmadan, ekspertiza keçirmədən, müvafiq şəhərsalma normalarına məhəl qoymadan tikinti layihələrinə büdcə vəsaitlərini xərcləyibsə, bəyəm burada korrupsiya əlamətləri yoxdur?
Yaxud layihə-smeta xərclərinin podratçı tərəfindən hazırlanması, podratçıya əlavə pul ödənilməsi və ya podratçının tender yolu ilə deyil, birbaşa seçilməsi korrupsiyadan xəbər vermir?
Hansı ki, "Azərenerji" ASC-nin podratçısı əksər hallarda elə bu strukturun rəhbəri Etibar Pirverdiyevin nəzarətindəki şirkətlər olur.
Bu ilin əvvəllərində "Deloitte" şirkəti tərəfindən aparılan audit də "Azərenerji"nin maliyyə göstəricilərinin kəskin pisləşdiyini üzə çıxarmışdı. "Deloitte" şirkəti tərəfindən aparılan audit yoxlaması nəticəsində məlum olub ki, səhmdar cəmiyyətin ümumi gəlirləri 2014-cü ildə 4,3 dəfə azalıb - 84 milyon 589 min manatdan 19 milyon 594 min manata enib.
Operatorun vergilərin ödənilməsindən əvvəlki gəlirləri də kəskin aşağı düşüb. 2013-cü ildə bu gəlirlər 130 milyon 607 min manat təşkil etmişdisə, 2014-cü ildə həmin rəqəm 55 milyon 378 min manata enib.
Habelə "Azərenerji"nin əməliyyat fəaliyyətindən daxilolmaların həcmi 237 milyon 748 min manatdan 168 milyon 269 min manata qədər azalıb.
"Azərenerji" həm də ölkənin əsas vergiödəyicilərindən biridir. Buna baxmayaraq uzun müddətdir ki, büdcə öhdəliklərini yerinə yetirə bilmir və ən iri vergi borcu olan müəssisələrdən biridir. 2014-cü ilin məlumatına görə, "Azərenerji"nin vergi borcu 700 milyon manat təşkil edirdi.
Hərçənd ki, "Azərenerji" ASC büdcədən ən iri investisiya qoyuluşlarının yönəldildiyi müəssisədir. 2005-ci ildən 2014-cü ilə qədər dövlət büdcəsindən "Azərenerji" ASC-yə 1 milyard 132 milyon manat investisiya yönəldilib. ASC 2010-cu ilə qədər 1,45 milyard dollara yaxın xarici kreditlər cəlb edib.
Dövlət büdcəsindən və xarici kreditlər hesabına milyardlarla dolları investisiya layihələrinə xərcləyən ASC-də maliyyə göstəricilərinin pisləşməsinin və vəsaitlərin düzgün xərclənməməsinin səbəbini korrupsiya və pis menecmentdə axtarmayıb başqa harada axtarmaq olar ki?
Məhz bu yarıtmaz fəaliyyətin nəticəsidir ki, "Azərenerji"nin və digər dövlət səhmdar cəmiyyətlərinin borclarının bir hissəsinin 2016-cı il büdcəsi hesabına ödənilməsi məcburiyyəti yaranıb.
İstisna olunmur ki, ortaya çıxan mənimsəmə və korrupsiya halları bu qurumun prezidenti Etibar Pirverdiyevin də adının oxşar səbəblərlə cəzalandırılan yüksək vəzifəli şəxslərin siyahısına salsın. Bu arada söhbət Pirverdiyevin vəzifəsindən azad edilməsindən tutmuş onun barəsində həbs qərarı çıxarılmasınadək bir sıra variantlardan gedir.
Xatırladaq ki, prezident İlham Əliyev bölgələrdə və Sumqayıt şəhərində elektrik enerjisinin satışı və paylanması funksiyasını "Azərenerji"dən alaraq "Bakıelektrikşəbəkə" ASC-nin bazasında yaradılmış "Azərişıq" ASC-yə verib. Şübhə doğurmur ki, belə bir addım bölgələrdə elektrik enerjisi ilə təchizatın yarıtmaz olması, Etibar Pirverdiyev və onun rəhbərlik etdiyi qurumun qeyri-qənaətbəxş, xüsusilə maliyyə məsələlərində kifayət qədər şübhəli və qaranlıq fəaliyyəti üzündən baş verib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Dünən, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Dünən, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Dünən, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Dünən, 15:05
Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Dünən, 15:02
Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Dünən, 14:59
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Dünən, 14:58
Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Dünən, 14:00
"Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Dünən, 13:58
Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Dünən, 13:28
SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Dünən, 13:07
Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Dünən, 13:05
Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Dünən, 13:02
"Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Dünən, 13:00
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru