Cavid Qurbanovun bu idarəyə müdaxiləsi zəruriləşir... - Gəncədə işçilər incidilir...
Tarix: 12-08-2015, 12:20 | Çap et
Redaksiyamıza daxil olan məlumatlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində fəaliyyət göstərən Gəncə Vaqon Deposunun fəaliyyətində bir sıra nöqsanların olduğu iddia edilir. Məlumatlarda bildirilir ki, bu gün yerli və xarici ölkə qatarlarının təhlükəsiz hərəkəti məqsədi ilə deponun 5 texniki xidmət məntəqəsi fəaliyyət göstərir: “Depoda həm respublikamıza, həm də xarici dövlətlərə məxsus vaqonlar təmir edilir. Burda aparılan təmir işlərinin keyfiyyəti isə çox aşağıdır. Vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir. Depo rəhbərliyi rəsmi sənədləşmələrdə təmir işlərinə sərf olunan xərcləri süni şəkildə şişirdərəkmənimsəmələrə şərait yaradır. Digər tərəfdən isə, nəzərdə tutulan təmir işləri də keyfiyyətsiz şəkildə həyata keçirilir. Gəncə Vaqon Deposunda əsasən yük vaqonlarının təmiri işləri həyata keçirildiyindən, daha çox büdcə vəsaiti göyə sovrulmuş olur. Məsələn, qulluq sahəsi Böyük Kəsik-Ucar, Balakən-Yevlax, Ağstafa-Qazax, Yevlax-Bərdə dəmir yol stansiyaları olan Gəncə Vaqon Deposu tərəfindən il ərzində yüzlərlə vaqonun əsaslı və cari təmiri aparılır ki, bu işlərin nəticəsində deponun rəisi Bəşir Əsədovun şəxsi büdcəsinə külli miqdarda vəsait daxil olur. Bu faktların hər birini araşdırmaq lazımdır. Təəssüf ki, əksər hallarda təmir işlərini yerində və vaxtında həyata keçirmək mümkün olmur...” Məlumatı təqdim edən mənbələr belə bir faktı da vurğulayırlar ki, dövlət tərəfindən Gəncə Vaqon Deposunun normal fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb. Bir müddət əvvəl depo Nəqliyyat Nazirliyi tərəfindən yenidən qurulub. Mövcud olan hər iki inzibati binanın görkəmi dəyişib, fəaliyyətdə olan əsas sexlər təmir olunub. Bundan əlavə binanın həyətində yeni bağ salınıb. Binanın kommunikasiya xətləri yenilənərək vaqon deposunadək olan avtomobil yoluna asfalt örtük salınıb. Buna baxmayaraq, əksər mənbələrin rəyinə görə, Bəşir Əsədov dövlət tərəfindən yaradılan bu şəraiti düzgün qiymətləndirə bilmir. Həmçinin aldığımız açıqlamalarda, depo rəisinin tabeliyində çalışan işçilərin də hüquqlarını mütəmadi olaraq pozduğu iddia olunur: “İşçilərin əmək şəraiti çox ağırdır. Bəzi hallarda Bəşir Əsədov onları iş saatından artıq işlədir, amma bunun müqabilində işçilərə əlavə əməkhaqqı verilmir. Həmçinin Bəşir Əsədov rəis vəzifəsinə təyin olunduqdan sonra müəssisənin işçiləri istirahət günləri də işə çağırılırlar. Bu isə birbaşa Əmək Məcəlləsinin və eyni zamanda da işçi hüquqlarının pozulması deməkdir. Bir sözlə, Gəncə Vaqon Deposunda vəziyyət kritik həddə çatıb. Belə vəziyyətin yaranmasının əsas səbəbi isə budur ki, Bəşir müəllim öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Məhz bu məmurun Gəncə Vaqon Deposuna rəis vəzifəsinə gəlişindən sonra, burada yalnız və yalnız problemlər yaşanır...” Həmçinin aldığımız məlumatlarda Gəncə Vaqon Deposunun rəisinin məhz hansı himayədarlarına güvənərək bu kimi özbaşınalıqlara rəvac verməsi barədə də maraqlı açıqlamalar təqdim olunur: “Gəncə Vaqon Deposunun rəisi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanovun yaxın qohumudur. Məhz buna görə də o, özünü tam arxayın hiss edir və istədiyini edir...” Digər tərəfdən isə, mənbələr Bəşir Əsədovun yarıtmaz fəaliyyətinin artıq QCS-nin yeni sədri Cavid Qurbanovun da diqqətini cəlb etdiyini bildirirlər. Vurğulanır ki, yaxın vaxtlarda QSC rəhbərliyi tərəfindən bu yaxınlarda ciddi araşdırmaların aparılacağı da gözlənilir. Ehtimallara görə, bu araşdırma depo rəisinin tutduğu vəzifədən kənarlaşdırılması ilə nəticələnə bilər.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40 |
|
|
|
• “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19 |
|
|
|
• Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18 |
|
|
|
• Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14 |
|
|
|
• İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Dünən, 15:13 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Dünən, 15:09 |
|
|
|
• Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
• Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Dünən, 15:05 |
|
|
|
• Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Dünən, 15:02 |
|
|
|
• Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Dünən, 14:59 |
|
|
|
• Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Dünən, 14:58 |
|
|
|
• Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Dünən, 14:00 |
|
|
|
• "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Dünən, 13:58 |
|
|
|
• Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Dünən, 13:28 |
|
|
|
• SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Dünən, 13:07 |
|
|
|
• Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Dünən, 13:05 |
|
|
|
• Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Dünən, 13:02 |
|
|
|
• "Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Dünən, 13:00 |
|
|
|
• Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Dünən, 12:45 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:42 |
|
|
|
|