Gəncə Dövlət Universitetində bazar qaydaları... - Rektor müəllim heyətilə də kobud rəftar edir
Tarix: 9-06-2015, 14:41 | Çap et
Son günlər Gəncə Dövlət Universitetində (GDU) yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olmuşdur. Rektor Yusif Yusibov tələbələrlə yanaşı, müəllim heyətilə də kobud rəftar edir, ondan şikayət edilməsinə baxmayaraq, heç nəyə əhəmiyyət vermir. Universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb. Əksinə, rektor öz yaxın adamlarını ətrafına yığıb onlara müxtəlif vəzifələr verir ki, bu da özlüyündə ali təhsil ocağında neqativ halların kök salmasına səbəb olur. Yusif Yusibovun rektor təyinatının gizlinləri Universitetdə bazar qaydalarının geniş miqyas almasında əsas məsuliyyət məhz rektor Yusif Yusibovun üzərinə düşür. Bu səbəbdən də əsas diqqət məhz onun üzərinə yönəlib. Y.Yusibovun GDU-ya rektor təyin olunmasının özündə xeyli müəmmalı məqamlar var. Məlumatlara görə rektor bu vəzifəyə təyinatı bir neçə pilləli kombinasiyalarla əldə edə bilib. Bu pillələr haqda cumhuriyyet.az-a daxil olan məlumata görə rektor Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusibovun qardaşıdır. C.Yusibov isə öz növbəsində maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Demək belə, Yusif Yusibovun rektor təyin olunması ilə bağlı təklif qardaşı Cavanşir Yusibova, o da öz növbəsində maliyyə nazirinin müavini olan iş yoldaşı və dostu Azər Bayramova, o da təhsil nazirinin müavini olan qardaşı Ceyhun Bayramova, Ceyhun Bayramov da nazir Mikayıl Cabbarova çatdırırıb. Nəticədə bu adamların təzyiqi ilə Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırıldı və Y.Yusibovun əmri imzalandı. Onu da bildirək ki, rektor indi də həmin əlaqələrdən istifadə edir. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusibov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində “sərbəstdir”. Kirayə evdən villaya Gəncə Dövlət universitetinin rektoru ilə başqa bir məlumat da diqqət çəkir. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə. Y.Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə “Gülüstan qəsəbəsi” yaxınlığındakirayədə yaşayırmış: “Amma rektor təyin olunduqdan sonra, o qısa bir müddət ərzində Gəncənin “Mahrasa bağı” adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150 min manata ən müasir standartlara cavab verən ev almışdır. Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140 min manata ən axırıncı model ağ rəngli “Leksus” avtomobilinə sahib ola bilib.Bu avtomobili isə onun məktəbli oğlu şəhərdə sürür. Daha maraqlı bir fakt isə Y.Yusibovun mobil telefonu haqqındadır.Y.Yusibov avqustda özünə çox bahalı mobil telefon alıb, bu telefonun qiyməti 11 min manatdır. Avqust ayında Yusif Yusibovun kolleksiyasına Hacıkənddəyerləşən dəbdəbəli bağ evi də əlavə olunub. “Qara kassa”-Akif Cavadov və 2003-cü il sağlığı Maraqlıdır, bu bahalı şeyləri qısa bir müddət ərzində rektor maaşına necə almaq olar? Cumhuriyyet.az-ın elektron poçtuna daxil olan məlumatlarda bu suala da cavab verilir: “Əlbəttə, bunlar Asif Cavadovun rəhbərliyi ilə yığılan çirkli pulların hesabına alınıb. O Asif Cavadovunki, oglu Amil Cavadovavtoşluq edib bir ailəni gözüyaşlı qoydu və 40 min manatmüqabilində cəzasız qaldı. Həmin Amil Cavadov yenə də bahalı maşınlarla Gəncənin küçələrində avtoşluq edir. Amma Asif Cavadov isə öz övladına tərbiyə verə bilməməsinə rəğmən, GDU-nun tələbə və müəllim kontingentinətərbiyə işləri üzrə prorektorluq edir.Başqa bir məlumata görə, Gəncə şəhər icrahakimiyyətininfəaliyyətindən müxtəlif orqanlara böhtan xarakterli qərəzli məlumatlar yayan da həmin Asif Cavadovdur,onun bu xidmətləri isə Yusif Yusibov tərəfindən layiqincə qiymətləndirilib, özü prorektor, həyat yoldaşı isə kafedra müdiri təyin olunub. Onu da bildirək ki, Akif Cavadovun siyasi keçmişi ilə bağlı da maraqlı məlumatlar var. Belə ki, 2003-cü il prezident seçkiləri dönəmində bir toyda onun dediyi siyasi sağlıq hələ də videokadrlarda qalmaqdadır. GDU-nun “korrupsiya ağacı”nın qol-qanadı Bir neçə gün bundan qabaq keçirilmiş universitetin elmi şurasında Asif Cavadovun rəhbərliyi ilə tədris-köməkçi heyətinin attestasiyasını keçirmək barədə qərar qəbul olunub.Bu attestasiyalar isə işçiləriqorxudub rüşvət yığılmasındanbaşqa bir şey deyil.Universitetin rəhbərliyi3000-5000 manat rüşvətalıb işə işçi götürür, sonra isəattestasiyaya keçirib “ixtisara düşürsən” bəhanəsi ilə 500-1000 manatdan rüşvət yığırlar.İxtisasca tarixçi ,tərbiyə işləri üzrə prorektor olan Asif Cavadovrüşvət qutusunun başındadurduğuna görə beləpul çıxan məsələlərəo başçılıq edir. Y.Yusibovun rüşvətmexanizminin başında duran Asif Cavadov, bu mexanizmin digər qol-qanadı olan Elsevər Nağıyev,İlqar Kubışev, fakültə dekanları, tyutorlar haqqında kütləviinformasiya vasitələrində kifayət qədər yazılıb və müvafiq dövlət qurumlarına professor-müəllim heyətidəfələrlə müraciət edib. Amma Təhsil Nazirliyi və müvafiq orqanlar hələ də susur. Heydər Əliyevə ittiham? Gəncə Dövlət Universitetinin (GDU) müəllimi Fikrət Hacıyev təhsil ocağının rəhbərliyi tərəfindən haqqının tapdandığını bildirərək, dəfələrlə məhkəməyə müraciət etsə də problemini həll edə bilməyib. Bununla əlaqədar dəfələrlə mətbuata məlumat verən «Ümumi fizika» kafedrasının müəllimi, Qarabağ əlili yekunda dövlət başçısı İlham Əliyevə müraciət etmək məcburiyyətində qalıb. Hacıyevin yayımladığı müraciətdə vurulanır ki, o, Xocalı soyqırımından sonra könüllü orduya gedən GDU-nun tək əməkdaşıdır. «10 ildən artıqdır Gəncə İcra Hakimiyyəti başçısının 1-ci müavini işləyən Mikayıl Zeynalovun atası Zakir Zeynalov tərəfindən döyüdürülmüşəm, söydürülmüşəm, civə ilə zəhərləndirilmişəm və Xocalı soyqırımının 20 illiyi ərəfəsində isə işdən qovulmuşam. Uzun məhkəmə çəkişmələri və 2 aclıq aksiyasından sonra (52 və 29 sutkalıq) işə bərpa olsam da, hələ də 17 aylıq əmək haqqımı və təzminatı ala bilməmişəm. Buna səbəb kafedra müdirim Zakir Zeynalovun qeyri-məhdud əlaqələrinin olmasıdır. Bu qaniçən insan bir müharibə veteranını acından öldürmək üçün bütün vasitələrdən istifadə edir. Zakir Zeynalov şikaylətlərimdən qorxmadığını və öz gücünü mənə göstərmək üçün bütün kafedra üzvləri qarşısında Xocalı soyqırımının Heydər Əliyev tərəfindən təşkil olunduğunu demişdi. Bu faktı GDU-nun son 4 rektoruna desəm də, bir səhifə elmi məqaləsində 24 səhv buraxan (içində ciddi elmi səhvlər də olmaqla) bu “alimə” güldən ağır söz deyən yoxdur». Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40 |
|
|
|
• “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19 |
|
|
|
• Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18 |
|
|
|
• Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14 |
|
|
|
• İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09 |
|
|
|
• Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
• Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05 |
|
|
|
• Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02 |
|
|
|
• Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59 |
|
|
|
• Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58 |
|
|
|
• Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00 |
|
|
|
• "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58 |
|
|
|
• Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28 |
|
|
|
• SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05 |
|
|
|
• Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02 |
|
|
|
• "Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37 |
|
|
|
• "Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33 |
|
|
|
• Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29 |
|
|
|
• Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24 |
|
|
|
• "Üzrü günahından betər"... Avtomobillərin çəninə benzin əvəzinə su vuran "Lukoil"ə inamsızlıq yaranıb
Bu gün, 12:17 |
|
|
|
• Yumurtanın qiyməti 22 qəpiyə QALXDI – Qıtlıq, yoxsa bayramqabağı BAHALAŞMA?
Bu gün, 12:14 |
|
|
|
• "Tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır..." - ÇAĞIRIŞ
Bu gün, 12:09 |
|
|
|
• “Azərişıq”da yeni rəis TƏYİNATI - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Starmer Ukraynaya qoşun göndərməyə hazırdır - "The Times"
Bu gün, 12:02 |
|
|
|
• Markovdan sensasiya: Tramp Bakıya gəlir? - "Bu məkan həqiqətən də..."
Bu gün, 11:58 |
|
|
|
• Paşinyan anonsunu verdi – Əliyevin şərti yerinə yetirilir
Bu gün, 11:54 |
|
|
|
• Əziz Orucovun işinə bu hakim baxacaq - AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• TEYMUR MUSAYEV HƏBSİN BİR ADDIMLIĞINDA - Gecəni nazirlikdə keçirdi, heç kəs telefonlarına cavab vermir
Bu gün, 11:50 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi 19,4 milyon manata başa gələcək
Bu gün, 11:46 |
|
|
|
• Maaş tələb edənlər işdən çıxarılmaqla hədələnir... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• Bakıda oturub Kanada banklarını soyanlar... - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Ukrayna Moskvanı vura biləcək raket üzərində çalışır - "The Economist"
Bu gün, 11:24 |
|
|
|
• Sakinlər buna görə başçıya üz tutdular... - "Mərkəzi küçə bu gündədirsə..."
Bu gün, 11:22 |
|
|
|
• Şikayətlər: ""Tamstore"da endirimlər real deyil, satılan yağlar da köhnədir" - İDDİALARA CAVAB
Bu gün, 11:08 |
|
|
|
• FHN 21 ədəd “Hyundai” alır – 871 min 800 manat 1 qəpik ödəyəcək
Bu gün, 11:05 |
|
|
|
• 2025-ci ildə devalvasiya gözlənilir? - ARAŞDIRMA
Bu gün, 11:03 |
|
|
|
|