“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                     “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” .....                     Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib .....                     “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” .....                     Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb .....                     Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ .....                     Ət kağız üstündə artır, bəs bazarda? .....                     İsrail Pezeşkianın istefasını gözləyir .....                     Ən çox sığorta haqqı toplayan .....                     Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları .....                     Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri .....                     Yeni il şənliyi bizə neçəyə başa gələcək? .....                     Tiktokerlərə hansı cəza verilə bilər? .....                     Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq .....                     Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir .....                     "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq .....                     Professordan tiktokerlərin həbsinə reaksiya: .....                     SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib .....                     Zərifin sözlərini CİDDİYƏ ALAQMI? .....                     Suriya İran üçün hava məkanını bağladı .....                     "Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib .....                     Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə .....                     Şimal-qərb küləyi əsəcək .....                 

Qazaxda biabırçılıq: Rayon sakini yerli məmuru görün, nədə ittiham etdi... - Məmuru iclasda tənqid etdi və...
Tarix: 5-05-2015, 12:45 | Çap et
Qazaxda biabırçılıq: Rayon sakini yerli məmuru görün, nədə ittiham etdi...
Redaksiyamıza Qazax rayonunun I Şıxlı kənd sakini, Qarabağ müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü Məmmədov Telman Nizaməddin oğlunun şikayət məktubu daxil olub. Şikayətçi Qazax rayon İcra Hakimiyyəti Başçısının I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Mübariz Xanbaba oğlu tərəfindən ailəsinin və özünün şərəf və ləyaqətinin təhqir olunduğunu bildirir. T.Məmmədov daha sonra yazır: “2013-cü il yanvarın 16-da Qazax rayon İcra Hakimiyyəti Başçısının I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci il üçün illik hesabat iclası keçirilirdi. Həmin iclasda 50 nəfərə yaxın kənd sakini, o cümlədən mən də iştirak edirdim.
İclasda Qazax rayon İHB-nin I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Abdullayev çıxış edərək illik hesabat verdi. Sonra söz iclas iştirakçılarına verildi. Mən də çıxış edərək, kəndin problemlərindən, M.Abdullayevin işdə buraxdığı nöqsanlardan, yol verdiyi qanun pozuntularından danışdım. Konkret olaraq M.Abdullayevin vətəndaşları evində qəbul etdiyini, dövlətin möhürünü evində saxladığını, ona görə də vətəndaşların adi bir arayış almaqda çətinlik çəkdiyini, onların günlərlə M.Abdullayevi axtara-axtara qaldıqlarını bildirdim. Həmçinin torpaqlarımızın 20 faizinin işğal olunduğunu, o cümlədən Qazax rayonunun bir neçə kəndi işğal altında olduğu bir vaxtda M.Abdullayevin bilərəkdən fiziki cəhətdən sağlam olan oğlu Emil Abdullayevi hərbi xidmətə yararsız hesab etdirməklə onu xidmətdən yayındırdığını, bütün bunlar azmış kimi, E.Abdullayevin mənəvi haqqı olmadığı halda, əynində hərbi forma klipə çəkildiyini söylədim. Eləcə də M.Abdullayevin dövlət qulluğunda çalışmaqla kənddə yaşayan çağırışçıların siyahısını rayon Hərbi Çağırış və Səfərbərlik şöbəsinə özünün təqdim etdiyini vurğuladım. Çıxışımın sonunda isə M.Abdullayevin il ərzində gördüyü işlərə qeyri-kafi qiymət verilməsini təklif etdim”.
T.Məmmədovun sözlərinə görə, onun çıxışından sonra M.Abdullayev çoxsaylı iclas iştirakçıları qarşısında ona rişxənd və kinayə ilə “boşboğazlıq etməkdənsə, sən get, arvadının dərdini çək, qayğısına qal, həm də ki, nə qədər istəyirsiniz danışın, yazın, heç kəs mənə heç nə edə bilməyəcək, yaza-yaza durun” deyib.
Şikayətçi hesab edir ki, M.Abdullayevin bu hərəkəti nəticəsində arzu olunmaz vəziyyətə düşüb, ona mənəvi iztirablar formasında mənəvi zərər dəyib. Belə ki, iclasda M.Abdullayevin “sən get, arvadının dərdini çək, qayğısına qal” sözlərinin təsiri altında o, uzun illər bir yerdə yaşadığı, kənd istimaiyyəti arasında özünəməxsus ləyaqəti və hörməti olan həyat yoldaşına şübhə ilə yanaşıb, eyni zamanda həmin iclasda iştirak edən kənd əhalisinin sual dolu baxışları qarşısında əzilib. M.Abdullayevin heç bir vəchlə bağışlanmayan bu ifadələri nəticəsində onun ailəsində yersiz söz-söhbətlər, narazılıqlar yaranıb. Bu sözlərdən sonra T.Məmmədov bir müddət kənd əhalisi arasına çıxa bilməyib, sanki bu sözlər doğru imiş kimi əzab və iztirablar keçirərək, onda ruh düşkünlüyü yaranıb. Halbuki onun həyat yoldaşı evdar qadın olmasına baxmayaraq, Yeni Azərbaycan Partiyasının üzvü olmaqla yanaşı, vətənə elmli, ləyaqətli övladlar tərbiyə edib. T.Məmmədov yazır ki, onun ailəsində yaranmış bu ziddiyyətin, onun və ailəsinin keçirdiyi mənəvi sarsıntıların səbəbkarı M.Abdullayevin iclasda ona dediyi kinayəli sözlər olub.
T.Məmmədov baş vermiş hadisədən sonra xeyli müddət göxləyib ki, M.Abdullayev bəlkə öz səhvini başa düşüb ondan üzr istəyər. Ancaq M.Abdullayev bu istiqamətdə heç bir addım atmayıb. Belə olan halda, T.Məmmədov məhkəməyə müraciət edib. O, Qazax rayon Məhkəməsində Abdullayev Mübariz Xanbaba oğluna qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, təkzib edilməsi və mənəvi zərər tələbinə dair mülki iddia qaldırıb.
T.Məmmədov cavabdeh M.Abdullayev tərəfindən “Hörmətli Telman müəllim! Mənim Sizin barənizdə təhqir və böhtan xarakterli ifadələr söylədiyimə görə üzr istəyirəm. Sizin şərəf və ləyaqətinizi ləkələyən ifadələrə görə Sizi tanıyan bütün şəxslər qarşısında Sizdən dönə-dönə üzr istəyirəm. Məni bağışlayın!” kimi ifadə olunan məzmunda üzr istəməsi və təkzib verilməsi, cavabdehdən onun xeyrinə 30 min manat (mənəvi zərərə görə təzminat) və ödədiyi 20 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.
İşə baxan Qazax rayon Məhkəməsinin hakimi E.Cəbiyev 29 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdeh Abdullayev Mübariz Xanbaba oğlunun iddiaçı Məmmədov Telman Nizaməddin oğlundan şifahi şəkildə yuxarıda qeyd olunan formada üzr istəməsi, cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan mənəvi zərərə görə 3 min manat məbləğində pulun alınıb iddiaçı Məmmədov Telman Nizaməddin oğluna verilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan alınıb iddiaçı Məmmədov Telman Nizaməddin oğluna verilməsini qət edib.
Ancaq Abdullayev Mübariz Xanbaba oğlu Qazax rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh Abdullayev Mübariz Xanbaba oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, iş üzrə Qazax rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qətnaməsi vurulmuş mənəvi ziyana görə cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan 3 min manat pulun alınaraq iddiaçı Məmmədov Telman Nizaməddin oğluna ödənilməsi hissəsində dəyişdirilərək, həmin məbləğ 1500 manat məbləğində müəyyən edilib. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılıb.
Bundan sonra iddiaçı Məmmədov Telman Nizaməddin oğlu və cavabdeh Abdullayev Mübariz Xanbaba oğlu Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsindən kassasiya şikayəti veriblər.
Ali Məhkəmənin Mülki Kollegiyası 10 dekabr 2014-cü il tarixdə tərəflərin kassasiya şikayətləri üzrə işə baxaraq Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlayıb.
T.Məmmədov yazır ki, icra nümayəndəsi M.Abdullayev vəzifəsindən sui-istifadə edərək, kənddə at oynadır, dövlət adından çıxarılan məhkəmə qərarlarını icra etmir. Odur ki, icra nümayəndəsi tərəfindən şərəf və ləyaqəti təhqir olunmuş şikayətçi üzləşdiyi problemin ictimailəşdirilməsini və müvafiq qurumların diqqətinə çatdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsinə kömək etməyimizi xahiş edir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
\\ tezadlar.az \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Bu gün, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Bu gün, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Bu gün, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Bu gün, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Bu gün, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Bu gün, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Bu gün, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Bu gün, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Bu gün, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05
Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02
Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58
Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
"Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58
Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28
SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07
Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05
Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02
"Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37
"Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33
Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29
Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24
"Üzrü günahından betər"... Avtomobillərin çəninə benzin əvəzinə su vuran "Lukoil"ə inamsızlıq yaranıb
Bu gün, 12:17
Yumurtanın qiyməti 22 qəpiyə QALXDI – Qıtlıq, yoxsa bayramqabağı BAHALAŞMA?
Bu gün, 12:14
"Tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır..." - ÇAĞIRIŞ
Bu gün, 12:09
“Azərişıq”da yeni rəis TƏYİNATI - ƏMR
Bu gün, 12:05
Starmer Ukraynaya qoşun göndərməyə hazırdır - "The Times"
Bu gün, 12:02
Markovdan sensasiya: Tramp Bakıya gəlir? - "Bu məkan həqiqətən də..."
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru