Beyləqan rayonunda yerli məmurların ilginc maxinasiyaları - İcra başçısl icra nümayəndəsinin girovudur?
Tarix: 8-01-2015, 15:30 | Çap et
Beyləqanda icra başçısı Vaqif Abdullayevlə Beyləqan şəhər ərazi nümayəndəsi Azil Aslanov arasında uzun sürən işgüzar sıcaq əməkdaşlıq artıq yerli əhali üçün öz "bəhrəsini" verib.Yadınızdadırsa, Beyləqan şəhərində 0,25 hektar əraziyə malik, 200 nəfərlik istirahət guşəsinin böyük məbləğdə pula satılması camaat arasında ciddi narazılığa səbəb olmuşdu.
Beyləqan şəhəri üzrə icra nümayəndəsi Azil Aslanov isə heç nə olmayıbmış kimi yenə də öz "işindədir", başçı Vaqif Abdullayevin yaxın dəstəyi ilə ötənilki abadlıq "fəaliyyətini" davam etdirməyə hazırlaşır. Daha doğrusu, büdcədən yerli vəsaitin intizarını çəkir. Bu vəsaitin xərclənəcəyi konturlar deyəsən, çoxdan cızılıb. Beyləqan şəhərində abadlıq işlərinin genişələndirilməsi, yaxud ola bilsin bəzi köhnə yarımçıq işlərin təmiri və tamamlanması nəzərdə tutula bilər. Bütün bunlar çox böyük xeyirxahlıq adlandırılmağa layiqdir, bircə şərtlə ki, dövlətimizin ayırdığı büdcə vəsaiti qəpiyinəcən təyinatı üzrə xərclənsəydi. Düzünü desək, bu barədə narahatlıq sərgiləməyə müəyyən əsaslar var. Hələ 2012-ci ildə rayon icra başçısı Vaqif Abdullayev Beyləqan şəhər icra nümayəndəsi Azil müəllimlə birlikdə yerli infrastruktur layihələri gerçəkləşdiriblər. Görsəniz, necə! Büdcədən ayrılmış vəsait hesabına tikinti- abadlaşdırma işləri aparmaq üçün "İlkin-İM" şirkətini seçiblər. Baxmayaraq ki, bu şirkətin tender müqaviləsini yetərli şəkildə bütün şərtləri ilə gerçəkləşdirəcək gücdə olmayıb. Halbuki, elə Beyləqanın özündə tikinti işlərini yüksək səviyyədə apara biləcək şirkətlər az deyil. Onlardan bəziləri kənar bölgələrdə tikinti-abadlıq işləri aparır. Məlumat üçün bildirək ki, İlkin-İM" MMC İmişlinin Aranlı kənd sakini Atamoğlan adlı şəxsin adına qeydiyyata alınmış məhdud məsuliyyətli cəmiyyətdir. 2012-ci ildə Beyləqan rayon icra hakimiyyətinin inzibatı binasının təmiri üçün bu firmanın hesabına 300 min manat vəsait köçürülüb. Deyilənə görə, Vaqif müəllim bu seçiminə dəstək verən Azil Aslanov da müvafiq olaraq Beyləqan şəhər icra nümayəndəliyi adından bu firmanın hesabına abadlıq işləri üçün daha 180 min manatdan artıq vəsait köçürüb. Beləliklə, İlkin-İM" şirkətinin hesabına ən azı 480 min manat vəsait daxil olub. Bu məsələdə gözəgörünməz maxinasiyaların olub-olmadığı araşdırmalardan sonra üzə çıxacaq. Amma tam israfçılıq halları demək olar ki, göz qabağındadı. Belə ki, fikrimizcə ayrılmış vəsait tam şəkildə abadlıq işlərinə xərclənsəydi, bu hesabla gərək Beyləqan az qala ölkənin ən abad şəhərlərindən biri olmalıydı. Bu hələ harasıdı? Beyləqan Rayon İcra Hakimiyyətinin sifarişi ilə rayonda 2012-ci ildə tikilmiş 2 məktəb binasının tikinti işlərini aparan şirkət lap nağıllarda olduğu kimi, sanki bircə anın içində milyonçuya çevrilib. İndi də gəlin Vaqif Abdullayev cənabından soruşaq görək, Gəncə şəhərində, Aqrar Akademiyanın yataqxanasında yerləşən, Məhərrəm adlı şəxsin adına qeydiyyatdan keçirilmiş, nizamnamə fondu vur-tut 2 manat olan "Perlit" MMC Beyləqan Rayon İcra Hakimiyyətinin sifarişlərini necə və hansı yüksək ixtisaslaşma reytinqi ilə yerinə yetirib. "Perlit"in tikinti sahəsində vulkanik yüksəlişi nəyin hesabınadır? Beyləqanın Dünyamalılar və Sarısu kəndlərində 180 yerlik 2 məktəb binası tikib MMC-nin 2012-ci ildə Beyləqan RİH rəhbərliyi ilə 3 milyon manatlıq işbirliyi görən necə baş tutub? Maraqlıdır ki, 2013-2014-cü illərdə də ənənsinə sadiq olan tərəfdaşlar Vaqif Abdullayevlə Azil Aslanov bu dəfə tender müsabiqəsindən qalib çıxardıqları şirkətləri dəyişiblər.Buna jarqon leksikonda iz azdırmaq da deyirlər. İzi kim azdırır, bilirsiniz. 2013-cü ildə 500 minlik tenderi "Orion-E" MMC-yə uddurublar. Azil Aslanovu irəli salan layihələrdən həmin il ərzində "Təmir-tikinti LTD"-yə də az da olsa pay düşüb. Lakin bu azdırmalardan deyəsən, "İnşaatçı" MMC də qazanıb. Beyləqan şəhərində şəhər daxili yolların asfalt beton qarışığı, çınqıl materialı ilə düz yarım milyon manatlıq əsaslı təmir işlərinin görülməsini isə Azil müəllim başçının xeyir-duası ilə Bakının Binəqədi rayonunda təsis edilmiş VETEKS MMC-yə həvalə edib. Bununla yanaşı, Azil müəllimin xırda-xuruş layihələrini gerçəkləşdirən yaxın dostu Əhlimanın şərəfinə yaradılmış "Əh-liman" MMC-dir. Beyləqan şəhərində gerçəkləşdirilən abadlaşdırma işlərinə aid təxminən 200 minlik layihəyə "Murad Elmir" MMC-ni də cəlb ediblər. Ən cəlbedici məqam odur ki. Vaqif Abdullayev yaxın tərəfdaşı Azil Aslanovdan gözlədiyi sürprizləri vaxtında alır... Hər halda, daha geniş məlumatlar əldə etmək imkanı olan Hesablama Palatası üçün də bu cür faktların araşdırılması ümumi işin xeyrinə gərəkli olardı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58 |
|
|
|
• Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12 |
|
|
|
• KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10 |
|
|
|
• Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08 |
|
|
|
• Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02 |
|
|
|
• Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01 |
|
|
|
• “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55 |
|
|
|
• "Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52 |
|
|
|
• "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50 |
|
|
|
• Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
• Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45 |
|
|
|
• "Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42 |
|
|
|
• Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40 |
|
|
|
• Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37 |
|
|
|
• Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36 |
|
|
|
• "Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35 |
|
|
|
• Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25 |
|
|
|
• Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20 |
|
|
|
• Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18 |
|
|
|
• Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12 |
|
|
|
• "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08 |
|
|
|
• Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04 |
|
|
|
• "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• “5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40 |
|
|
|
• Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38 |
|
|
|
• "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33 |
|
|
|
• “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31 |
|
|
|
• Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24 |
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59 |
|
|
|
• Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58 |
|
|
|
• Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55 |
|
|
|
• Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41 |
|
|
|
• Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34 |
|
|
|
• 4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16 |
|
|
|
• Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14 |
|
|
|
• Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10 |
|
|
|
• Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03 |
|
|
|
• Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50 |
|
|
|
• Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45 |
|
|
|
• AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32 |
|
|
|
|