Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                 

"Himn Quran ayəsi deyil ki, dəyişdirmək olmasın" - Müəlliflik məsələsinə yenidən baxılacaqmı?
Tarix: 23-04-2025, 17:32 | Çap et
"Himn Quran ayəsi deyil ki, dəyişdirmək olmasın"
Tanınmış mətnşünas alim, tədqiqatçı, fiologiya elmləri doktoru, professor Asif Rüstəmli “Cəmo Bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı” adlı kitabında Azərbaycanın Dövlət Himni ilə bağlı yazdıqlarını gündəmə gətirib. O kitabında himnin mətninin əsl müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğunu qeyd edərək, Əhməd Cavadın müəllifliyini inkar edir. Artıq bu mövzu ətrafında müzakirələr gedir, fərqli fikirlər səslənir.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail İbrahimli bu məsələdə fərqli yanaşmaların əleyhinə olduğunu söyləyib.

Onun fikrincə, Azərbaycanda qəribə bir tendensiya yaranıb: “Nədənsə, Şah İsmayıl Xətaidən tutmuş Babəkə qədər hamını hədəfə alan absurd iddialar mövcuddur. İndi də Dövlət Himninin üzərinə düşüblər. Himn az qala tədqiqat obyekti kimi müzakirəyə çıxarılır. O vaxt Milli Məclisdə himn ətrafında müzakirələr aparıldı. Onda fikrimi kəskin şəkildə ifadə etdim. Çünki Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına daxil olan və tarixi taleyi nisgilli olan Dövlət Himni ilə bağlı düşüncələr dürüst olmalıdır. Kiminsə əlində hansısa material var, kimsə nəsə yaza, deyə bilər və s. Yekunda, bu Azərbaycan Dövlətinin Himnidir. Bununla bağlı danışan zaman çox böyük məsuliyyət hiss etmək lazımdır”.

Komitə üzvü himnlə bağlı hansısa iddiaları olan müəllifə nə isə demək niyyətində olmadığını bildirib: “O nə dərəcədə savadlıdır? Bu sahəni nə dərəcədə bilir? Əlində hansı materiallar var? Tədqiqat aparıb-aparmadığını dəqiq bilmirik. Amma Azərbaycanımızın tarixində rol oynamış nakam tale yaşamış himnimizə toxunmaq olmaz. Himnlə bağlı Xalq Cümhuriyyəti o dövrdə müsabiqə elan etmişdi. Birinci müsabiqə nəticəsiz qalmışdı. İkinci müsabiqədən sonra məsələ həll olundu. Məqsəd ondan ibarət idi ki, Xalq Cumhuriyyətinin iki illiyində yəni, 1920-ci il mayın 28-də himn çalınsın və dövlətin rəsmi marşı kimi qəbul edilsin. Amma tale qismət etmədi, 1920-ci ilin 28 aprel işğalı ilə bu, arzu olaraq qaldı. Ona görə də indi kimsə durub himn haqqında nə isə deyirsə, bu qəbuledilməz haldır. Başqa ölkələrdə özününkü olmayanları da özününküləşdirirlər. Amma bizdə özümüzünkülərə təpik, buynuz atmaq tendensiyası var. Sözsüz ki, himn dövlətin atributudur. Onunla bağlı danışmaq çox böyük məsuliyyət tələb edir. Həmin iddiaları irəli sürənlər bu məsuliyyətin nə qədər ağır və mənəvi tərəflərinin olduğunu dərk etməli və dediklərinin arxasında durmaq imkanları olmalıdır. Çünki o müəllifin haradan kitab yazdığı, tədqiqat apardığı məlum deyil”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı himnin müəllifi ilə bağlı o vaxt Milli Məclisə də məsələ daxil olduğunu xatrıladıb.

O qeyd edib ki, sonradan nədənsə o vaxt himnin sözlərinin Əhməd Cavada aid olduğu qəbul edildi: “Bu nə dərəcədə araşdırıldı, hansı əsaslarla belə qərarın verildiyi məlum olmadı. Amma yekunda belə bir qərar qəbul edildi. Üzərindən xeyli vaxt keçdikdən sonra o məsələnin yenidən ictimai müzakirəyə çıxarılmasının cəmiyyətə nə verə biləcəyi haqqında konkret fikir bildirmək olmur. Sözsüz ki, himnin əsl müəllifinin də dəqiq bilinməsi onun ruhuna sayğı olardı. Mətn kimə aiddirsə, onun adının verilməsi də məqbuldur”.

Sabir Rüstəmxanlı hesab edir ki, Dövlət Himninin sözləri Əhməd Cavada aid olub-olmadı o ədəbiyyatımızda görkəmli yeri olan şairdir: “Hər kəs də onu şair kimi tanıdığı üçün himnin sözlərini onun yazacağını düşünür. Cəmo bəy Cəbrayılbəylinin şair olduğu haqqında isə çox az informasiya var. Tədqiqatçı olmadığım üçün onun poetik yaradıcılığı haqqında və hansı səviyyədə mətn yazacağı ilə bağlı fikir söyləmək çətindir. Amma dəqiq tədqiqat aparıldıqdan sonra bu mövzu müzakirəyə çıxarıla bilər. Himnin müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğu dəqiqləşmiş olsa həqiqət naminə istənilən addımı atmaq mümkündür. Yəni, himnin əsl müəllifi odursa, əldə dəqiq sübut varsa, əl yazması və s. ciddi dəlillər ortaya qoyulmalıdır. Bunlar olmadığı halda hansısa mülahizələrlə heç bir qərar vermək olmaz”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa isə bu iddiaların əsaslı olduğunu deyib.

“Bu iddialarla tanışam. Əgər bu iddialar müəyyən dərəcədə rəsmi səviyyədə qəbul olunarsa, himnin müəllifinin dəyişdirilməsi mümkündür. Himnimizə iddiası olan şəxsiyyət varsa, onun haqqının qaytarılması doğru olar. Sözsüz ki, hər bir məsələnin hüquqi əsası var. Himnin əsl müəllifinin müəyyənləşməsi də problem olmaz. Bunu elə məhz bu tərzdə də təqdim etmək doğrudur. Əgər sübut olunsa ki, himnin əsl müəllifi Cəmo bəy Cəbrayılbəylidir, elə onun adına da yazılmalıdır”, - deyə o qeyd edib.

Fazil Mustafa Milli Məclis tərəfindən istənilən qərara baxılmasının da mümkünlüyündən danışıb: “Hüquqi vəziyyətdə dəyişiklik olubsa, hansısa bir ciddi sübut təqdim olunursa, o araşdırıldıqdan sonra müzakirəyə çıxarıla bilər. Hətta hansısa qərarı da dəyişdirmək olar. Qərarlar Quran ayəsi deyil ki, bunu dəyişdirmək olmasın. Şəraitə, təklifə, sübuta görə himnin müəllifi də dəyişdirilə bilər”.

Tədqiqatçı alim Asif Rüstəmli isə ortaya qoyduğu faktların həqiqətə uyğun olduğunu bir daha təsdiqlədiyini söyləyib.

O mövzuya aid yazdığı kitabın 4 bölmədən ibarət monoqrafiya olduğunu deyib: “Monoqrafiyanın birinci fəsli Cəmo bəy Cəbrayılbəylinin həyatı, ikinci fəsil onun bədii yaradıcılığı, üçüncü fəsildə isə Dövlət Himninin mətni və tarixi verilib. Kitabın dördüncü fəslində isə himnin hansı şəraitdə Milli Məclisdə qəbul olunmasından bəhs edilir. Himnlə bağlı əvvəllər olan mübahisələri nəzərə alaraq həmin kitabda bütün suallara cavab verilir. Kitabda Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəylinin (1887-1965) həyatı, mühiti və bədii yaradıcılığı ilk dəfə tədqiqat obyektinə çevrilərək geniş, ətraflı və sistemli araşdırılıb. Tədqiqat işi yerinə yetirilərkən ilk qaynaqlardan: arxiv sənədlərindən, dövrün qəzet və jurnallarından, mötəbər faktlardan istifadə olunub”.

Tədqiqatçı bildirib ki, Cəmo bəy Cəbrayılbəylinin 1918-ci ildə ərəb qrafikası ilə yazdığı “Vətənim” şeiri Azərbaycan Dövlət Himninin mətni ilə eynidir: “Burada sadəcə olaraq cüzi istisnalar mövcuddur. Cəmo bəy Cəbrayılbəylinin sentyabr-oktyabr 1918-ci ildə yazdığı “Vətənim” şeiri cüzi redaktə və dəyişiklərlə 1919-cu ildə “Milli nəğmələr” kitabında “Vətən marşı”, 1923-cü ildə “Öz dilək” jurnalında “Azərbaycan marşı”, 1928-ci ildə “İstiqlal uğrunda” şeirlər məcmuəsində “Azərbaycan”, 1944-cü ildə “Gənclər yaradıcılığı” dərgisində “Azərbaycan” (Milli himn), 1965-ci ildə Etem Üngörün “Türk Marşları” kitabında “Azərbaycan marşı”, 1966-cı il “Azerbaycan Balosu” dərgisində “Azərbaycan, Azərbaycan” adı ilə nəşr olunub. Bu mənbələrdə “Vətənim” (“Azərbaycan marşı”) şeirinin müəllifliyi istiqlal şairimiz Əhməd Cavada aid edilməyib. Amma heç bir mötəbər sənədlərə, etibarlı faktlara əsaslanmadan Cəmo bəyin “Vətən marşı” şeiri “Azərbaycan marşı” adı ilə Azərbaycan Respublikasının Dövlət Himni haqqında 27 may 1992-ci il tarixli, 142 saylı qərarına əsasən yanlış olaraq Əhməd Cavadın əsəri kimi təsdiqlənib. Təəssüf ki, Azərbaycan Respublikasının Dövlət Himninin mətn müəllifi haqqında Milli Məclisin 1992-ci il 27 may tarixli qərarından sonra da məsələ qaldırılsa da, o həllini tapmayıb. Himn sözlərinin müəllif kimliyi haqqında müxtəlif araşdırıcılar tərəfindən 4 versiya irəli sürülüb. Bunlar Cəmo bəy Cəbrayılbəyli, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Cəmo bəy Hacınskidir. Araşdırmalar nəticəsində əldə etdiyimiz bütün sənədlər, arxiv materialları, arqumentlər, faktlar və sağlam məntiq himn mətninin Cəmo bəy Cəbrayilbəyliyə aid olduğunu təsdiqləyir. Ona görə də Cəmo bəy Cəbrayılbəylinin “Vətənim” (“Vətən marşı”, “Azərbaycan marşı”) şeiri üzərində müəlliflik hüququnun bərpa edilməsi yaxşı olardı. Bununla bağlı Milli Məclisə də müraciət ünvanlamışam”.

Qeyd edək ki, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi Dövlət Himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru