
Bakıda süprgəçi qadının başına oyun açıblar.
Musavat.com bildirir ki, Qlobal.net-ə bu barədə oxucu məktub göndərib.
Məktubda deyilir:
"Bu gün çox acınacaqlı bir durumla qarşılaşmışam. İşlədiyim yerdə küçədə bir yaşlı qadın süpürgəçilik edərək pul qazanır. Bu gün bu şaxtalı havada saat 7-dən gəlib küçəni təmizləyirdi. Üzü soyuqdan donub qızarmışdı. Ürəyim ağrıdı. İçəri dəvət edib çay, yemək verdim. Bir az həmsöhbət olduq.
Deməli, bu qadının övladı həbsdədir. 3 il 6 ay həbs verilib. Övladını "həbsdən çıxaracam" deyib aldadıblar. Borc-xərc çəkib, 26 000 manat pul yığıb həmin şəxsə verib. Pulu mənimsəyib, aradan çıxıblar. İndi də borcun içindən çıxa bilmir. Saat 7-dən soyuq, şaxta vura-vura çalışır ki, ən azından borcunu ödəsin.
Çox xahiş edirəm, bu məsələdə mənə biri dəstək olsun. Həmin dələduz tapılsın. Mənimsədiyi pulu bəlkə bir ümid qaytara bilərik.
Çox acınacaqlı durumdadır qadın. Xahiş edirəm, yan keçməyək".