
"Büllur" ASC-nin səhmdarı (VÖEN: 2000096151) “THE BAKU GROUP LTD” MTK-nın direktoru Əkbərov Rasim İldırım oğlu tərəfindən 21 fevral 2025-ci il tarixdə daxil olmuş müraciətə əsasən 04 aprel 2025-ci il tarixdə, saat 11:30-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanında baş tutacaq.
Cəmiyyətin Nizamnaməsinin 7.3-cü maddəsinin 7-ci bəndinə əsasən, cəmiyyətin ləğvi ilə bağlı məsələ səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
Ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. Səhmdar cəmiyyətin ləğv edilməsi.
2. Ləğvetmə komissiyasının təşkil olunması.
Bildirilir ki, yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır.
Yığıncaqda şəxsən və ya notarius tərəfindən təsdiq olunmuş etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak etmək olar.
Qeyd edək ki, "Büllur" ASC 6 sentyabr 2001-ci ildə yaradılıb. Şirkət 479 min 938 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Cavid Ələkbərov Akif oğludur.