
Müğənni Sevda Yahyayeva məclislərə gedərkən tələb etdiklərini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu haqda "Afaqla onlar" verilişində aparıcı Afaq Gəncəli danışıb.
Afaqın "Sevdanın istəyi yaşıl çay, kişmişli bulka və quru meyvələrdir" sözlərinə Sevda "Əvvəl bulkanı çox sevirdim. Amma 1 ildir un məmulatlarından uzağam, çəki atmağa çalışıram. Yaşıl çay isə olmalıdır. Bir də adi su. Tədbirlərdə səslənmə önəmlidir. Xarici ölkələrə dəvət olunanda isə köməkçim yanımda olmalıdır və qarşılanma, yola salınma mütləqdir" cavabını verib.