
Bakıda qarlı hava şəraiti ilə əlaqədar bir sıra avtobus xətlərində ciddi problemlər yaranıb.
Qaynarinfo-nun məlumatına görə, ən çox problemlər Yeni Yasamal-İçəri şəhər metrosu istiqamətində hərəkət edən "Xaliq Faiqoğlu" şirkətinin istismarında olan 77 nömrəli müntəzəm avtobus marşrutunda və Yeni Yasamal - Parlament prospekti istiqamətində hərəkət edən avtobuslarda yaranıb.
Belə ki, bu gün səhər saat 6:00-dan 7:30-a kimi hər iki nömrəli avtobus fəaliyyətdə olmayıb. Nəticədə minlərlə sərnişin küçələrdə qalmalı olub.
Yollar qar və buzdan təmizlənsə də, sözügedən avtobusların xəttə buraxılmaması narazılıqlara səbəb olub.
Səhər saat 7:30-dan sonra hər iki xətt üzrə cəmi 4 avtobus istismara buraxılıb.