Ukrayna hökuməti hər hansı məcburi tədbir olmadan xaricdəki ukraynalıları geri qaytarmaq niyyətindədir. Yeniavaz.com xəbər verir ki, bunu Ukraynanın milli birlik naziri Aleksey Çernışov deyib. O, xaricdə 20-25 milyon ukraynalının olduğunu, Ukraynada isə onların sayının təxminən 32 milyon təşkil etdyini bildirib. “Biz ukraynalıların evlərinə qaytarılması prosesinə başlayırıq. Dərhal demək istərdim ki, geri qaytarılma yalnız könüllüdür və heç bir məcburi tədbir olmayacaq”, - deyə o, milli telemarafondakı çıxışında qeyd edib. Lakin o, bu istiqamətdə konkret hansı addımların atıldığını açıqlamayıb.