Türkiyənin regionda GÜCLƏNMƏSİ... - Bizim də işimizə yarayır...
Tarix: 11-12-2024, 08:09 |
Çap et
Türkiyə və Azərbaycan liderlərinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi, ardınca da Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin məmləkətimizlə də əlaqəsinin olduğunu göstərir. Strateji müttəqimiz Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır. Rusiya və İran Suriyada yanlış tərəfi seçdilər və itirdilər. Türkiyə Əsəd rejiminə qarşı dirəndi və qazandı. Rusiya və İranı gələcəkdə başqa məğlubiyyətlər də gözləyəcək. Qalibin və haqlının yanında olmalıyıq. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 15-ci Səfirlər Konfransındakı çıxışında söylədiyi “Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu edirik” cümləsinin də əhəmiyyəti var. Sülh sazişinin imzalanmasıyla Türkiyənin Cənubi Qafqazda imkanları artacaq, bu isə Azərbaycanın da maraqlarına cavab verir.
Elxan Şahinoğlu - "DİA-AZ"