"Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                 

Mən siyasətə ədəbiyyatdan yox, elə siyasətdən gəlmişəm - Şair, deputat Elçin Mirzəbəyli
Tarix: 30-10-2024, 13:03 | Çap et
Mən siyasətə ədəbiyyatdan yox, elə siyasətdən gəlmişəm
Müsahibim ictimaiyyətdə əvvəlcə şair, eyni zamanda isə jurnalist kimi tanınan, lakin hazırda adının qarşısına deputat sözü də əlavə olunan Elçin Mirzəbəylidir.

Bu müsahibədə onunla həm siyasətdən, həm də ədəbiyyatdan danışdıq. Amma məlum oldu ki, şair Elçin Mirzəbəylinin əsas hədəfi Xalq şairi olmaq yox, deputat olmaq imiş.

Gununsesi.info şair, jurnalist, deputat Elçin Mirzəbəyli ilə sözügedən müsahibəni təqdim edir:

-Elçin bəy, cəmiyyətdə “şair-yazıçı siyasətə qoşulmalıdır” deyənlər də var, “başını aşağı salıb, yazısını yazsın” deyənlər də. Siz deyəsən, “qoşulsun” deyənlərin sözünü rəhbər tutaraq deputat oldunuz.

-Prinsip etibarı ilə mən siyasətə ədəbiyyatdan yox, elə siyasətdən gəlmişəm. 80-ci illərdən, Milli Azadlıq Hərəkatından hesablasaq, 34 ildir, siyasətdəyəm. Davamlı olaraq isə 25 ildir ki, siyasi analitika, jurnalistika ilə məşğulam. Ədəbiyyat isə mənim peşəm deyil, bunu da belə qəbul etmirəm.

-Ədəbiyyatı ümumən peşə hesab eləmirsiniz?!

-Mübahisəli mövzudur. Dünyada müəyyən mərhələdən sonra ədəbiyyatı özünə peşə seçənlər olub, fəqət mənim düşüncəm budur ki, ailəni, özünü, həyatını hansı sahədən təmin edirsənsə, məhz peşən də odur. Gəlir əldə etmirsənsə, bu, sənin peşən deyil, sadəcə, fəaliyyət göstərdiyin bir şeydir. Azərbaycanda da bu xüsusda demək olar, heç kim yoxdur. Barmaqla sayılacaq qədər adam ola bilər ki, bütün dolanışığı ədəbiyyatdan olsun.

-Ümumiyyətlə, deputat olmağa bəlkə ehtiyac yox idi? Məsələn, Musa Yaqub deputat olduğu üçün sonradan peşman olmuşdu. Siz də birdən peşman olmasınız ki?

-Yox, niyə peşman olum ki? Mənim bütün ömrüm, hədəfim olub ki, qanunvericilik orqanında təmsil olunum, illərdir, bu an, bu hədəf üçün çalışmışam.

-Yəni ki, bütün ömrü boyu deputat olmağa çalışmısınız?

-Bəli. İnsanın hədəfi olmalıdır da. Xüsusi ilə də siyasətdə. Hədəfim yoxdursa, proseslərin içində niyə var idim ki?!

-Demokratiyada son nöqtə olmadığı kimi, yəqin, burada da son nöqtə yoxdur. Konkret desək, daha yuxarılara qalxmaq istəyirsiniz, yoxsa ki, deputatlıq kifayət edir?

-Xeyr, buradan o tərəfi yoxdur. Elə çalışacam ki, bu sahədə məsuliyyətli, səriştəli formada öz vəzifəsimi icra edim.

-Belə bir şey də var ki, şairlər təbiət olaraq humanist, xəyalpərəst olurlar. Amma siyasətdə belə olmaq mümkün deyil. Bunlar qarışırmı sizdə?

-Bu günə qədər qarışmayıbsa, bu gündən sonra da qarışmayacaq. Bilirsiniz, yaradıcı insan ancaq yaradıcı məhsulu ərsəyə gətirdiyi anda yaradıcı insan olur. Bütün günü şair olur? Belə adamın psixoloji problemi var. Yanlış Sovet təbliğatı var ki, şair elə oturub bütün günü şeir yazır. Ötən əsrin əvvələrindən, tarixdən kifayət qədər nümunə var ki, Azərbaycan şairlərinin içində siyasətlə məşğul olan, eyni zamanda da şeir yazan şəxsiyyətlər var. İnsanın şeir yazması mənfi xüsusiyyəti deyil ki. Siyasətdə amma bəzən bunu damğa kimi vurmağa çalışırlar.

-Siz, sanki, şeirə də, ədəbiyyata da bir qədər ciddi yanaşmırsınız. Dolayısı ilə siyasi yolunuzda bunlar da bir vasitə olub…

-Ciddi nəyə deyirsiniz? Həyatımın kredosu deyil, ondan daha vacib məsələlər var.

-Məsələn, hansı məsələlərdir daha vacib olan, məişət məsələləri, dediyiniz dolanışıq?

-Xeyr. Ölkə ilə bağlı, cəmiyyətlə bağlı, gələcəyimizlə bağlı, ideoloji faktorlarla bağlı, mübarizəmiz və hədəflərimizlə bağlı. Şeirlə cəmiyyətə çox böyük fayda vermək qənaətində deyiləm. Bu, sadəcə, insanın mənəvi dünyasına xitab edə, ruhunu oxşaya bilər. Hətta bəzən yanlış düşüncələrin formalaşmasına da xidmət edir.

-Elçin bəy, məsələn, hazırda mediada çalışan, daha dəqiq, köşə yazan, jurnalistika fəaliyyəti ilə məşğul olan yazıçı-şairlərə demək olar ki, bunun müqabilində qəpik-quruş verirlər. Məsələn, bu məsələni Milli Məclisdə qaldırmaq fikriniz varmı?

-Ədəbiyyat baxımdan desək, bu, dövlət tərəfindən stimullaşdırılan bir sahə deyil o qədər də. Daha dəqiq, bizim ədəbiyyatımız arafdadı.(gülür)Nə dövlət tərəfindən maliyyələşdirilən kimi maliyyələşdilir, nə də biznes formasına çevrilir. Qonorar məsələsi isə biznes münasibətlərindən formalaşmalıdır. Bazarın böyüklüyü və şərtləri elə qonorarın da şərtlərini müəyyən edir. Razıyam, burada tam ədalətli münasibətdən söhbət gedə bilməz. Amma ədəbiyyata təlabat nə qədərdi? Aydındır ki, azdır. Az olanda yazıçı da qazana bilmir, nəşriyyat da. Ona görə də formalaşa bilmir. Bunlar daha çox iqtisadi məsələlərdir. İstəsək də, istəməsək də iqtisadi faktorlar hər şeyə təsir edir. Bu gün mədəni insanın yetişməsi üçün də iqtisadiyyat önəmlidir. Məsələn, nümunələr deyək. Ədəbiyyata, mədəni sahəyə vaxt ayırmaq istəyən teatra, hansısa sənət nümayişi olan yerə də getməlidir. Bunun üçün də vaxt və madiyyat tələb olunur. Bunları əldə edə bilməyən insan necə formalaşacaq və bu sahə necə inkişaf edəcək?

-Konkret deyək, Milli Məclisdə bununla bağlı məsələ qaldırıla bilərmi?

-Milli Məclisin həll etməli olduğu məsələ deyil. Orada qanunlar qəbul olunur. Bu məsələlərin qanunla tənzimlənməsini necə görürsünüz? Rəqabət mühiti yoxdursa, digər şeylərin hamısı müdaxilədir. Bir tərəfdən azad münasibətlərdən danışırıq, buradan da deyirik, dövlət müdaxilə eləsin. Belə olanda narazılıqlar yaranacaq.

-Məsələ budur ki, məsələn, qonorar verən qurumların büdcəsi artsın, onlar da çox versin.

-Sizə yaxşı qonorar verilməsi üçün işlədiyiniz müəssisə yaxşı qazanc əldə etməlidir. Yaxşı qazanc üçün də yaxşı reklam olmalıdır. Yaxşı reklamın olması üçün, o cümlədən özəl sektor inkişaf etməlidir. Bütün hallarda məsələnin kökü yenə iqtidasi məsələlərə dayanır. Dövlət isə bu prosesi nisbətən tənzimləyə bilər, tam müdaxilə etməz.

-Ümumiyyətlə, Elçin Mirzəbəyli bu gün özünü necə hiss edir? O, şairdi, ya jurnalist? Ya da elə bəlkə, sadəcə, deputat?!

-Deputatlıq müəyyən müddətli bir statusdur. Yəni ki, peşə deyil. Peşə etibarı ilə özümü siyasətçi hesab edirəm. Şairlik, ədəbiyyat isə mənəvi tərəfimi qoruyan, təmin edən bir istiqamətdir. Tələbəlik illərimdə primitivizm janrında heykəllər də düzəldirdim. Belə demək olarsa, yaradıcılıq özünü bütün istiqamətlərdə göstərə bilər. Bunların da siyasətə faydalı olacağını düşünürəm. Siyasətçi obraz olaraq yaradıcı olanda da daha çox, daha yaxşı fayda verə bilər. Bir sözlə, hərtəfərli olmaqda fayda var. Yaradıcı olmaq təkcə şeir yazmaq deyil.

-İllərdir, brend olan bir ifadə var: “Jurnalistika yazıçılığı, şairliyi məhv edir”.

-Yalan söhbətdir. Daha dəqiq, bu, bu sözü deyən adamların bəhanəsidir. Ola bilsin, düşünürlər ki, jurnalistikada yazmağa məcbur olduqları üçün digər sahəyə vaxt az qalır. Amma hər gün də şeir yazırlar? Elədirsə, o da şeir ola bilməz. İfadəmə görə üzr istəyirəm, adam da gücənə-gücənə şeir yazar? Ondansa, yazma da, “Şair işləmə”. Azərbaycanda bəzi adamlar var ki, onlar elə bilir, oturmalıdır evdə, ürəyi istəyəndə beş-on cümlə yazmalıdır, bunun qarşılığında da həyatını təmin etməlidirlər. Harada belə şey var? Sənin bir işin, məşğuliyyətin olmamalıdırmı? Azad ədəbiyyat yaratmaq üçün belə maliyyə asılılığını yaratmaq lazımdır. Bunun üçün də işləmək lazım gəlir.

-Azad ədəbiyyat deyirsiniz. Deputat olub nə qədər azad olmaq olar?!

-Deputat olub sənin əxlaqın, düşüncən, cəmiyyətin mənafeyini düşünürək müəyyənləşdirdiyin sərhədlər qədər azad olmaq olar. Deputat olmaq insanların azadlığını əlindın almır. İndi baxır, kimin üçün azadlıq nədir? Mənim üçün öz sahəndə özünü tam ifadə etməkdir. Bizdə zəncirvari olan maraqlar sistemi var. Fərd, ailə, ictimai və dövlət maraqları. Fərdi maraqlar yanlış istiqamətə gedəndə ailə onu düzəltməlidir. Ailə maraqları sərhədləri aşanda ictimai maraqlar saxlamalıdır. Bir sözlə, sonda dövlət maraqları gəlir və mənim üçün də ən əsası odur. Əgər sənin milli dövlətin yoxdursa, heç nəyin yoxdur. Bəzən digər maraqlar da yanlış ola bilər, burada belə ortaya dövlətin maraqları girir.

-Elçin bəy, həm şair kimi, həm deputat, həm də jurnaıist kimi AYB-nin fəaliyyətinə münasibətiniz necədir?

-Azərbaycan Yazıçılar Birliyi bir ictimai təşkilatdır, heç kimi yazıçı eləmir. Mən oranın İdarə heyyətinin üzvüyəm, amma heç bir gözləntim yoxdur, olmayıb da. Amma qurum kimi lazımdırmı? Məncə, lazımdır. Ən azı, insanlar, yaradıcı adamlar bir yerə toplaşır, proses canlanır. Ədəbi proseslərə təsir etməsə belə bir funskiyası var. Səlahiyyətləri çərçivəsində oradan mütləq ədalət gözləmək də yanlışdır.

-Amma gözlənti çoxdur. Ev verir, az da olsa qonorar, təqaüd və.s. Bütün bunlar isə sadəcə, üzvlər üçündür…

-Təşkiların qayda-qanunu odur. Hər bir yerin daxili qaydaları var. Ora üzv olmaqda da problem yoxdur, olmamaqda da. Üzv olmamaq yazıçı etmədiyi kimi o demək deyil ki, üzv deyilsənsə, demək, yaxşı yazıçı deyilsən. Əgər qurum olaraq qəbul etmir və üzv olmursansa, imtiyazlardan yararlanmamaq normaldır. Axı o cür məsələlər üzvlər üçün nəzərdə tutulur. Əslində, Penclublar kimi bir şeydir, sadəcə, kofesi yoxdur. (gülür)

-Elçin bəy, xalq şairi adı necə, almaq istəyirsiniz?

-İstəmirəm…

-Səbəb?

-Heç bir xüsusi səbəb yoxdur.

-Ramiz Rövşən də demişdi istəmirəm, amma sonra götürdü…

-O, başqa məsələdir. Dövlət münasibətini göstərir, dəyərləndirirsə, imtina etmək nə qədər ədəbə uyğundur?!

-Məsələn, Sartr Nobel kimi nüfuzlu bir mükafatdan imtina etmişdi.

-Nobel ictimai mükafatdır, onu dövlət vermir. Mən məhz dövləti nəzərdə tuturam. Bütün həyatımızın fəlsəfəsi Azərbaycan dövlətinin qurulması və inkişafı üzərinə olub. Ola bilsin, kimlərsə bu düşüncədən uzaqdır, amma mənim baxış bucağım budur. Mən Azadlıq marşı yazanda cəmi 21 yaşım var idi.

“Qalx ayağa millət,
boğmasınlar səsimizi,
Bir bayraq altında
birləşdir bizi.“

Onda bayrağımız da yox idi. O zaman üçün ali hədəf bu idi bizim üçün. Bu gün də mənə şərəfdir ki, o bayrağı döşümdə daşımaq şansı əldə etmişəm. Ona görə bu məsələdə də dövlət maraqlarını düşünmək lazımdır. Əslində, xoş bir hadisədir ki, dövlət səni görür və qiymətləndirir, dəyər verir.

-Elçin bəy, amma ümumi baxanda nəsə proseslərdən də kənardasınız, sanki. Ədəbi mühitdə görünmürsünüz. Yoxsa, sizin də ayrı “kruq”unuz var?!

-Tədbirlərdə dəvət ediləndə gedirəm. Edilməyəndə isə yox. Bəzən də vaxtım olmur, getmirəm. Daha dəqiq, elə çox vaxt vaxtım olmur. Mənim bəlli işlərim var və mənim üçün əsas olan da işimdir. Ədəbi cameənin içində isə olmaq istəmirəm. Ədəbiyyata kolxoz təfəkkürü ilə yanaşılmasının tərəfdarı deyiləm.

-Mühit sizə “kolxoz” kimi görünür?

-Təbii ki, hamıya aid etmirəm. Müəyyən adamlarla görüşmək, söhbətləşmək olur, amma hamı ilə yox. Mənim də dostlarım var ki, vaxt olanda görüşlərimiz də olur. Cameədəki hadisələr maraqlı olmayıb mənim üçün. Üstəlik, siyadətdə hər şey aydındır. Rəqib də, tərəfdaş da. Burada mübarizə aparana eyni cür cavab verə bilirsən. Amma ədəbiyyatda bu sərhədlər yoxdur. Sadəcə, bəsit intiriqalar, dedi-qodular var. Siyasətçilər isə bu baxımdan praqmatikdirlər, ali dəyərlərdən çox danışmırlar. Hədəfləri olanda da onu deyirlər. Amma ədəbiyyatda belə deyil. Heç kim hədəfini demir, lakin əlindən gələni edir ki, hədəfinə çatsın. Bu “əlindən gələnlər” isə əksər hallarda iyrənc olur. Hamıya aid etmirəm, amma qənaətimə görə, ədəbi cameədən uzaq durmaq lazımdır.

-Elçin bəy, şairləri bildik, Milli Məclisdə necə, dostunuz var?

-Dostluq böyük anlayışdı. İndi bu suala cavab vermək bir az çətindir, çünki Parlamentdə yeniyəm. Amma əvvəldən tanıdığım adamlar var. Uzun illər boyu münasibətdə olduğum adamlar var ki, sayları da az deyil, çoxdur. Özümə yaxın hiss etdiklərim də, əlbəttə, var. Dost hesab etdiklərimin adı çəkmirəm, çünki ola bilsin, onlar belə düşünmür.

-Bu sizi narahat eləməz bəs?

-Qətiyyən.

-Belə bir fikir də var ki, siyasətçilər ən böyük yalançılardır. Füzuli də deyir, “İnanma, şair sözü, əlbəttə, yalandır.” İndi biz hansı Elçin Mirzəbəyliyə inanaq: Siyasətçi, yoxsa şair Elçin Mirzəbəyliyə?

-Siyasətçilərin içində yalançılar var, amma siyasətçilər yalançı deyillər. Siyasət sözünün ərəbcədən mənası “atın əhilləşdirilməsi” deməkdir. Mən isə politika ilə məşğulam. Siyasətçi bildiyini həqiqəti tam deməyə bilər, o da ümumi mənafelərə görə. Şair də yalan danışa bilər, siyasətçi də. Bu onların hamısının yalançı olduğu anlamına gəlmir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24
DSK sədri vəfat etdi - FOTO
Dünən, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Dünən, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Dünən, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Dünən, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Dünən, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Dünən, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Dünən, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru