"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                     Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib .....                     Ərdoğan və Makron arasında telefon danışığı olub .....                     Xaricə satdığımız elektrik enerjisinin dəyəri .....                     Məhkəmədən Xoşqədəm Hidayətqızına .....                     "Həyat yoldaşı adamı qocaldır" .....                     "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur .....                     ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ .....                     Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb .....                     "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar .....                     “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” .....                     “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın” .....                     Ermənistan və onun havadarlarına növbəti mesaj .....                     Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək .....                     Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi .....                     Şairə Əli Mirəliyevi pərt elədi: .....                     Yaxın Şərqdən Cənubi Qafqaza: .....                     Bakının tükənməz .....                     "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... .....                     Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir .....                     Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? .....                     Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI .....                     ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək .....                     Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... .....                     Sərkisyanın yalanı üzünə vuruldu .....                     ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” .....                 

COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Tarix: 25-10-2024, 00:30 | Çap et
COP29 ölkəmiz üçün böyük təcrübədir
Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonrakı siyasi və sosial durum, Bakıda gözlənilən COP29 tədbirləri, İsrailin 50 milyondan çox soydaşımızın – Azərbaycan türkünün yaşadığı İranı kütləvi bombardıman etməyə qərar verəcəyi halda rəsmi Bakının siyasi baxımdan tutacağı mövqe, Ukrayna Prezidenti Vladimir Zelenskinin Sülh və Qələbə planı, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana ünvanladığı məktublar və Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması ehtimalı kimi mövzulardan bəhs edildi.

-Etibar bəy, Azərbaycandakı növbədənkənar parlament seçkilərindən sonrakı siyasi və sosial durumu necə dəyərləndirirsiz?

-Azərbaycanda parlament seçkiləri həmişə olduğu kimi keçirildi. Elə bir dəyişiklik də yoxdur. Fikrimcə, həmin seçkilərin heç ümumi vəziyyətə də ciddi təsiri olmadı. Elə nə varsa, olduğu kimi, davam edəcək. Ancaq sosial sahədə müəyyən gərginliklər olur.

-Bakıda gözlənilən COP29 tədbirlərinə münasibətiniz necədir, bu tədbirin ölkəmiz üçün hansı faydalarını görürsünüz?

-Ölkəmizin faydalanması baxımından COP29 çox böyük tədbirdir. Keçirilməsi haqda qərar qəbul olunubsa, keçirilirsə, biz bundan maksimum faydalanmalıyıq. Birincisi, bütün dünyada ümumi iqlim dəyişikliyi bəşəriyyətin qarşısında ciddi bir problem kimi dayanıb. Biz, demək olar ki, hər gün planetin müxtəlif regionları boyu, o cümlədən Azərbaycanda da iqlimin nə cür dəyişdiyini görürük. Buna misal kimi gündəlik olaraq Xəzər dənizinin quruyaraq səviyyəsinin aşağı enməsinin, sahilin geri çəkilməsinin də şahidi oluruq. Və bu cür ekoloji problemlərin qarşısını almaq üçün bütün dünya dövlətləri lazımi qərarlar qəbul etməlidirlər. Bu səbəbdən də COP29 kimi tədbirlərdə dövlət başçıları toplaşıb hansısa ümumi qərarlara gəlməlidirlər. Bu dəfə də belə məsələlərin həlli üçün məhz Bakıda toplaşmaları Azərbaycan üçün bir avantajdır. Azərbaycanın həm tanınması, həm ölkəmizin orada problemlərinin qaldırılması baxımından, eyni zamanda Azərbaycanın bu proseslərə birbaşa müdaxiləsi, inteqrasiyası baxımından bu tədbir faydalıdır. Bir sözlə, çox vacib bir tədbirdir. Azərbaycanda belə böyük tədbirin keçirilməsi böyük bir təcrübədir. Odur ki, bundan maksimum faydalanmalıyıq...

-Bildiyiniz kimi, İran-İsrail gərginliyi getdikcə artmaqdadır. Əgər, İsrail 50 milyondan çox soydaşımızın yaşadığı İranı kütləvi bombardıman etməyə qərar verərsə, rəsmi Bakı siyasi baxımdan hansı mövqeni tutmalıdır?

-Siyasi baxımdan yanaşdıqda bu, iki dövlətin arasında olan bir problemdir. Həmin problem əvvəla, terrorla, bir sıra terror təşkilatlarının İran tərəfindən müdafiə olunmasıyla bağlıdır. Eləcə də İranın təsiri altında olan qüvvələrin onun göstərişi ilə Suriya, Livan, Yəmən ərazilərində təhdid yaratmasıyla əlaqədardır. İran neçə illərdir ki, açıq-aşkar bəyan edir ki, biz İsraili bir dövlət kimi məhv edəcəyik. Əlbəttə, biz də Azərbaycan olaraq istərdik ki, bu münaqişə silahsız, insan itkiləri olmadan ötüşsün. Ancaq son dövrlərdə bu iki dövlətin bir-birlərinə qarşı olan hərəkətləri, tədbirləri ona gətirib çıxarıb ki, ümumi sərhədləri olmasa da, bir-birlərinə zərbə endirməyə qərar veriblər. Biz arzu edə bilərik ki, heç olmasa, zərbələr yalnız hərbi obyeklərə vurulsun ki, dinc, mülki insanlar zərər çəkməsinlər...

-Yəni İrana kütləvi zərbələr endirələcəyi halda, qeyd etdiyimiz kimi, 50 milyondan artıq soydaşımızın taleyindən də söhbət gedir...

-Bəli, təbii ki, o problem də var... Biz istəmirik ki, hərbi münaqişə bizim soydaşlarımız üçün böyük narahatlıqlar yaratsın. Ancaq olacağa çarə yoxdur...

-Bu arada İsrail Qəzza ilə paralel Livanı da bobalamağa başlayıb. Necə düşünürsüz, dünya gücləri, xüsusən ABŞ və Avropa istəsələr, məsələyə daha ciddi və obyektiv yanaşsalar, bu qırğınları durdura bilərlərmi?

-Yaxın Şərqdə, Qəzza və Livandakı qırğınları durdurmaq üçün, dinc əhalinin əziyyət çəkməməsi, həyatını itirməməsi üçün vuruşan hərbi qüvvələr dinc əhalinin yaşadığı yerlərdən uzaq durmalıdırlar. Və təəssüf ki, öz atəş nöqtələrini, raket qruğularını və digər silahlarını əhalinin kütləvi cəmləşdiyi yaşayış məkanlarında yerləşdirirlər və həmin yerlərdən açdıqları atəşlərə cavab olaraq qarşı tərəf də o nöqtələri vurur ki, bu da dinc insanlar arasnda kütləvi itkilərə səbəb olur. Mən bir şeyi də anlaya bilmirəm ki, Qəzzada münaqişənin davam etməsinin əsas səbəblərindən biri də ötən il oktyabrın 7-də İsrailin ərazisinə hücum zamanı “HƏMAS” tərəfindən götürülmüş mülki vətəndaşlar olan girovların qaytarılmamasıdır. Əgər “HƏMAS” özünü terrorçu təçkilat hesab etmirsə, niyə həmin girovları əlində saxlayıb qaytarmır. Halbuki o girovların qaytarılması bu münaqişənin dozasının az qala sıfıra yaxınlaşmasına gətirib çıxara bilər...

Qərbin məsələyə daha ciddi yanaşmasına gəldikdə, BMT-nin məsələyə yanaşması göz önündədir... Sonuncu İsrail-Livan münaqişəsindən sonra BMT-nin qüvvələri də iki ölkənin sərhədinə yerləşdirilmişdi, düzdü fəaliyyətsiz idilər... Ümumi qərar ondan ibarət idi ki, “Hizbullah”ın hərbi qüvvələri sərhəddən müəyyən olunmuş məsafədə dayanacaqlar. Ancaq onlar, əksinə, İsraillə sərhədə daha da yaxınlaşıblar və orada atəş nöqtələri yarada biliblər. Bu səbəbdən də İsrail ordusu öz ərazisinin təhlükəsizliyini təmin etmək üçün həmin atəş nöqtələrini vurur... “Hizbullah” isə hərbiləşdirilmiş bir siyasi təşkilata çevrilməklə faktiki dövlət içində bir dövlətdir, Livan hökumətinə də tabe olmur və həmin dövlət üçün də təhlükə yaradır. Bunlar da müasir dünyada qəbul olmayan bir faktordur...

-Ukrayna Kursk vilayətinin bir hissəsini nəzarətə götürdükdən sonra Prezident Zelenski Sülh və Qələbə planı elan etdi. Necə hesab edirsiz, həmin planın həyata keçirilməsi üçün Qərb sonadək dəstək verəcəkmi Ukraynaya?

-Qərb onsuz da Ukraynaya dəstəyini verir və verməkdə də davam edəcək. Çünki Rusiyanın zəiflədilməsinin yollarından biri budur; münaqişənin uzadılması, dərinləşməsi və resursların tükədilməsi... Belə bir siyasət aparılır. İndi, hələlik böyük bir nəticə verməsə də, Rusiyaya vurduğu ziyan və tükəndirici fəaliyyəti göz qabağındadır...

-Məlum olduğu kimi, Moldovada prezident seçkiləri ikinci tura qaldı. Gürcüstanda isə 3 gündən sonra parlament seçkiləri keçiriləcək. Digər keçmiş ittifaq ölkələri, xüsusən də Azərbaycan üçün bu iki postsovet ölkəsində Rusiyaya meyilli qüvvələrin qələbəsi sərfəlidir, yoxsa Avropa və Amerika ilə inteqrasiyaya can atan qüvvələrin?

-Hesab edirəm ki, Moldovada prezidentliyə namizəd Mariya Sandu birinci turda ümumi qələbə qazanmasa da, ikinci turda çatışmayan səsləri əldə edə biləcək. Son məlumatlara görə, protokolların 100 faizinin emalından sonra Moldova MSK keçirilmiş referendumda avrointeqrasiya tərəfdarlarının əleyhdarları üstələdiyini elan edib. Amma cüzi fərqlə - 1 faizdən də az... Hazırda Moldovaya təhdid yaradan birbaşa Rusiyanın nəzarətində olan qondarma Dnestryanı qurumdur. Onun sonu da Ukrayna münaqişəsindən asılıdır...

Gürcüstana gəldikdə, İvanişvilinin əleyhinə olan qüvvələrin qalib gəlməsi ehtimalı daha böyükdür. Həmin ehtimal reallaşandan sonra vəziyyət yenə dəyişəcək... O ki qaldı, Qərbə inteqrasiya-filan məsələlərinə, hələ Güney Qafqazda bu işlərin axırının necə olacağı bilinmir. Ermənistan gah o tərəfəı, gah bu tərəfə sarı gedir. İndi də “BRİKS”-ə meyillənib. Paşinyan həmin qurumun Kazandakı tədbirində iştirak edir. Bir tərəfdən deyir ki, Qərbə meyillənirik, o biri tərəfdən isə həmin o Qərb təşkilatlarının əleyhinə yaradılmış quruma üzv olmaq planı irəli sürür...

Bütün hallarda Rusiyanın yenidən Moldova və Gürcüstanı öz təsiri altına alması, heç də bizim xeyrimizə olmaz. Amma ki, biz istənilən situasiyadan öz xeyrimizə istifadə etməyi bacarmalıyıq.

-Bəs Azərbaycan noyabrın 5-də ABŞ-də kimin prezident seçilməsindən qazanar, respublikaçı Trampın, yoxsa demokrat Harrisin?

-ABŞ-nin öz siyasəti var. İstər respublikaçılar istərsə də, demokratlar olsun... Amma həmin siyasətin təsirindən biz çox da uzaqlaşa bilmərik. Əsas odur ki, o siyasət bizim əleyhimizə yönəlməsin. Bunun üçün də müvafiq strukturlar lazımi dərəcədə işləməlidirlər. Yəni Azərbaycanın Ermənistanla müharibədə qalibiyyəti, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini hamı həzm edə bilmir. ABŞ-də də ermənipərəst qüvvələr çoxdur, həm respublikaçılar, həm də demokratlar arasında... Bizim də vəzifəmiz ondan ibarətdir ki, prezident seçkilərində qələbə qazananların kimliyindən asılı olmayaraq, həmin qüvvələri neytrallaşdırmağı bacaraq, onların Azərbaycan əleyhinə fəaliyyət göstərməsi və qərarlar verməsi üçün bəhanələr yaratmayaq. Ümumiyyətlə, prezidentliyə namizədlərə baxanda da, bir böyük dövlət kimi Birləşmiş Ştatlara belə namizədlər yaraşmır. Görün, Amerika nə günə qalıb ki, dövlət başçılığına iki belə yararsız namizədi var...

- Etibar bəy, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə, ardınca isə Ermənistan Baş naziri Nikol Paşinyan ünvanladığı məktubda hər iki ölkə liderini bu ilin sonunadək Ermənistanla sülh sazişini imzalamağa çağırıb. ABŞ prezidentinin xüsusi köməkçisi də Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşərək Baydenin sözügedən məktubları ətrafında fikir mübadiləsi aparıb. Sizcə, hazırkı reallıqda və cəmi iki aya yaxın bir müddətdə sülh sazişinin imzalanmasına nail olunması mümkündürmü?

-Əlbəttə, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasına çalışır. Amma əgər Ermənistan öz Konstitusiyasında Azərbaycanın tələb etdiyi dəyişikliyi hansısa yolla həyata keçirsə, bu, mümkündür. Əks halda sülh sazişinin imzalanması mümkün deyil... Təbii ki, Rusiyanın da marağındadır ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi getdikcə uzansın və ümumi durum ondan asılı halda qalsın. Ancaq Moskvanın da öz əsas marağı var ki, o da Zəngəzur dəhlizinin açılması və ona “FSB” qüvvələrinin nəzarət etməsidir. Həmin məsələ həll olunsa, yəqin ki, Rusiya da Azərbaycanla Ermənistan arasında sülh sazişinin sənədləşməsinə razı olacaq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
“Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45
Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26
Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23
Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00
Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58
"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11
Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09
Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07
Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05
ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03
Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02
Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48
ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47
“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46
"Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36
Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34
Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30
"Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26
11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21
Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20
Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19
22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07
Suriya erməniləri Ermənistana axışır -PKK təhlükəsi…
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru