Sabirabad rayonunun Qaratəpə kəndində yaşayan Ahısqa türkləri yerli məmurlardan giley edirlər.
Bu barədə diaaz.space-ya yazan sakinlər bildirir ki, onlar Azərbaycana sığındıqları gündən bu ölkədən diqqət və qayğı gprüblər və yer-göy qədərində Azərbaycan dövlətindən razıdırlar. Sakinlər yazır:
Biz artıq özümüzü Azərbaycanın bir parçası - azərbaycanlı hiss edirik. Doğrudur, gələndə biz buralarda özümüzü müvəqqəti hesab edirdik və düşünürdük ki, Gürcüstandakı ata torpaqlarımıza qayıda biləcəyik. Amma Yiflis hökuməti bizə yol açmadı və bu gün də açmayıb. Doğrudur, bəzi ahısqalar Türkiyəyə köçdü bu arada və oradan vətəndaşlıq alanlarımız da var. Amma əksəriyyət Azərbaycnda yaşayır və Azərnbaycanı özünə vətən bilir.
44 günlük Vətən savaşında da biz Azərbaycanın bir parçası olaraq savaşdıq.
Amma nədənsə bu gün Sabirabad rayonunun rəhbərliyi bizim kəndlərə istilik nümayiş etdirmir. Bu gün bizim kəndlərin yol problemi elə bir həddədir ki, kimsə buralarda yaşamaq istəmir. Hamı köç haqqında düşünür. Sabirabad icra hakimiyyətinə etdiyimiz şikayətlər isə ümumiyyətlə, eşidilmir.
Biz cənab Prezidentdən xahiş edirik ki, bizim Qaratəpə kəndinin problemlərinə də diqqət ayrılsın..."