" "Demir Cargo"dan şikayətim var". diaaz.space bildirir ki, bunu öz gileyində Arif Əzizov adlı istifadəçi ifadə edib.
Narazı vətəndaş daha sonra "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında belə bildirir:
"Sifariş vermişəm... Sifariş gəlib Azərbaycan gömrüyündən keçib...
Mənə deyirlər ki, yoxdur burda... Türkiyədə qalıb...
Halbuki bəyan eləmişəm. 1 aydan artıqdır ki, gözləyirəm. Və mənə deyilir ki, sifarişiniz itib. Təzminat veriləcək. Təzminat üçün də 20-25 gün gözləməlisiniz. Belə məsuliyyətsizlik olmaz axı..."