1 il ərzində nə xidmət dəyişib, nə də keyfiyyət... - GİLEY
Tarix: 21-03-2024, 08:42 |
Çap et
Özünü "ölkənin ən böyük mobil operatoru" adlandıran... əslində isə ən kiçik problemlərin həllində belə acizliyi şübhə doğurmayan “Azercell”dən yenə də şikayət var. diaaz.space bildirir ki, bu barədə ictimai fəal Maya Köçərli giley edib.
Bayramla əlaqədar Tərtər rayonunda olduğunu bildirən M.Köçərli qeyd edir ki, düz bir il əvvəl də anoloji qaydada “Azercell”dən şikayətlənib.
"1 il ərzində nə xidmət dəyişib, nə də keyfiyyət..." deyən M.Köçərli tək dəyişiklik barədə də ironik ştrixlərindən qalmayıb:
"Dəyişən "Azercell"in internet paketlerinin qiymətidir..."