Səhiyyə sisteminə ƏL GƏZDİRİLİR? - İLGİNC İDDİALAR...
Tarix: 16-02-2024, 13:14 | Çap et
Bu gün ölkədə struktur islahatlarına, idarəçiliyin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Ayrı-ayrı nazirliklərin, strukturların ləğvi və ya birləşdirilməsi çevik idarəetmə, büdcə vəsaitlərinə qənaət, şəffaflıq baxımından önəmlidir. Ölkədə bir-birini təkrarlayan, oxşar funksiyaları yerinə yetirən xeyli qurumlar var və bunlar dövlət büdcəsi üçün əlavə yükə çevriliblər. Görünür, elə bu səbəbdən də tez-tez Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) birləşdirilməsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi barədə fikirlər səslənir. Bəs, ekspertlər bu barədə nə düşünür?
Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, bəzi qurumların birləşdirilməsi idarəetmənin optimallaşdırılmasında mühüm rol oynaya bilər: "Son zamanlar dövlət və hökumət idarəetməsinin optimallaşdırılması üçün bəzi orqanların birləşdirilməsi, yaxud da ləğv edilməsi məsələsi daim gündəmdədir. Təbii ki, effektivliyin artırılması üçün hər hansı formada dövlət orqanlarının və nazirliklərin birləşdirilməsi büdcə xərclərinin azaldılmasına, keyfiyyətli xidmətin təmin olunmasına səbəb olacaqsa, bu addımlara getmək lazımdır. Bu, çox vacibdir. Çünki qəbul edilmiş yanaşmanın özü də ona xidmət etməlidir ki, dövlət büdcəsinin xərcləri optimallaşsın, eyni zamanda bu strukturlar vətəndaşlara daha yaxşı xidmət göstərsin". Səhiyyə Nazirliyi ilə TƏBİB-ın birləşdirilməsi məsələsinə toxunan ekspert qeyd edib ki, bütün dünya ölkələrində Səhiyyə Nazirliyi mövcuddur: "Bu səbəbdən də Azərbaycanda da bu nazirliyin olması mütləqdir. Ancaq TƏBİB-in işi barədə düşünmək lazımdır. Çünki bü günə qədər ölkədə TƏBİB-in nə işlə məşğul olduğunu bilən yoxdur, o, bir qurum kimi özünü doğrultmadı. TƏBİB-lə Səhiyyə Nazirliyinin fəaliyyətinin bu şəkildə olması müsbət nəticə vermir. Bəzi səlahiyyətlər Səhiyyə Nazirliyində, bəziləri isə TƏBİB-dədir. Sanki aralarında gizli rəqabət gedir. Bu vəziyyətdən ziyan çəkən isə vətəndaşlardır. Fikrimcə, səhiyyə sahəsinin vahid mərkəzdən idarə olunması daha məqsədəuyğundur. Məsuliyyət və salahiyyət bölgüsü də dəqiq olmalıdır. İndi elə bir şərait yaranıb ki, vətəndaşların problemini TƏBİB Səhiyyə Nazirliyinin, Nazirlik də TƏBİB-in üzərinə atır. Belə ikitirəliyə son qoyulmalıdır”. Natiq Cəfərli vurğulayıb ki, dövlətin əlində olan bütün icbarı sığortaların bir mərkəzdə birləşdirilməsinə də ehtiyac var. Bu işin bir mərkəzdən idarə olunması daha məntiqlidir: “İcbari tibbi sığorta, işini itirməklə bağlı tibbi sığorta, əmlakla bağlı tibbi sığorta və s. kimi icbari sığorta sahələri bir mərkəzdə birləşdirilib idarə olunmalıdır. Əslində tibbi sığorta tibb sahəsi ilə bağlı deyil. Burada söhbət insanların tibbi ehtiyacları üçün vəsaitinin qarşılanmasından gedir. Ona görə də sığortanın maliyyə tərəfini bir mərkəzdən idarə edən qurum və ya agentliyin yaradılması daha məqsədə uyğundur”. İqtisadçının dediyinə görə, Prezident yanvar ayındakı çıxışında Azərbaycanda yeni dönəmin başlanğıcının anonsunu verib. Bu baxımdan yeni idarəetmə sisteminin qurulması gözləniləndir.
İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Səhiyyə Nazirliyi və TƏBİB-in, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi üçün ortada kifayət qədər zəmin mövcuddur: “2020-ci ildən ölkədə icbari tibbi sığorta sistemi işə düşüb. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində TƏBİB yaradılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələri ölkədə icbari tibbi sığortanı tətbiq etmək məqsədilə TƏBİB-ə verilib. Bununla ölkədə səhiyyə xidmətində bir növ struktur islahatına gedilməklə dövlətin və hökumətin sosial siyasətində bir növ yeniliyə imza atılıb. Yəni Səhiyyə Nazirliyini, xəstəxanaları və ümumiyyətlə, müxtəlif xarakterli tibb müəssisələrini, belə demək mümkündürsə, təsərrüfat xarakterli işlərin icrasından xilas etmək lazım idi. Çünki bizdə, iqtisadiyyatda və ümumiyyətlə, əhaliyə xidmətdə bütün problemlərin kökündə məhz strateji siyasətlə təsərrüfatçılıq funksiyasının biri-birinə qarışması, başqa sözlə desəm, bunların eyni qurum və yaxud bir əl tərəfindən həyata keçirilməsi dayanır. Ancaq səhiyyə xidməti özü sosial müdafiə siyasətinin tərkib hissəsidir. Üstəlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya ilə yanaşı, həm də tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində də dövlət siyasətini həyata keçirir. Başqa sözlə desəm, tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkili üzrə tədbirləri də məhz adıçəkilən nazirlik icra edir. Odur ki, sual yaranır, icbari tibbi sığorta sistemini ƏƏSMN-in tabeliyinə vermək məqsədəuyğun deyilmi?” Ekspert qeyd edib ki, icbari tibbi sığorta sahəsində dövlət siyasətinin sosial müdafiə məsələlərinə cavabdeh olan qurum tərəfindən icrası xarici təcrübədə də mövcuddur. Belə ki, Yaponiyada, qonşu Rusiyada və Gürcüstanda, o cümlədən, Cənubi Koreyada səhiyyə ilə sosial müdafiə siyasəti bir qurum tərəfindən həyata keçirilir və bunun effektliliyi də özünü doğruldur.
Millət vəkili Fazil Mustafa bildirib ki, bu gün ölkədə tibb sahəsində heç bir irəliləyiş yoxdur: “TƏBİB hazırda uğursuz qurum kimi fəaliyyət göstərir. Hətta ən qabiliyyətli adamı TƏBİB-ə rəhbər təyin etsələr belə, həmin şəxs ikiillik idarəetmə ilə heç vaxt səhiyyə sistemini normal qaydaya sala bilməz. Vəzifə, struktur adama görə deyil, zərurətə görə formalaşmalıdır. Bizdə belə bir baxış olmadığı üçün Səhiyyə Nazirliyi və TƏBİB-də bu problemlər mövcuddur. Nəinki TƏBİB və Səhiyyə Nazirliyi, eyni funksiyanı həyata keçirən yüzlərlə qurum mövcuddur. Bu qurumların hamısı da dövlət büdcəsindən pul alır. Büdcənin dağıdılmasına səbəb olan əsas problemlərdən biri də budur və bu vəziyyət aradan qaldırılmalıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29 |
|
|
|
|