“AzerGold”un 7 illiyinə həsr olunmuş müşavirə keçirildi
Tarix: 5-07-2023, 16:15 | Çap et
DİA.AZ: - “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) şirkətin fəaliyyətə başlamasının 7 illiyi, eləcə də 2023-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
DİA.AZ xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı, həmçinin Bakı və Gəncə şəhərlərində QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun məzarları ziyarət edilib.
Müşavirədə “AzerGold” QSC və törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin kollektivləri iştirak ediblər, o cümlədən Bakı və Daşkəsəndə yerləşən inzibati ofis və istehsalat sahələrinin əməkdaşları videobağlantı formatında qatılıblar.
Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin 2015-ci il 11 fevral tarixində imzaladığı Sərəncama uyğun olaraq, 2016-ci ilin 5 iyul tarixində fəaliyyətə başlayan şirkətin 7 il ərzində əldə etdiyi əsas nailiyyətlər barədə danışıb.
Bildirilib ki, “AzerGold” ötən dövrdə 4 mədən layihəsi – “Çovdar”, “Ağyoxuş-1”, “Mərəh” və nəhayət 2023-cü ilin fevral ayında “Tülallar” qızıl yatağının istismarına başlamağa, eləcə də 1 dəmir filizi yatağı – “Cənub-Şərq” mədəninin işlənməsini həyata keçirməyə nail olunub. Yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan şirkət hazırda həmin mədənin bazasında yaradılmış 1 regional emal sahəsi, 2 törəmə cəmiyyət – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC ilə yoluna davam edir.
“AzerGold” QSC-nin müstəqillik dövründə dövlət şirkəti qismində ilk qızıl və gümüş hasilatçısı, eləcə də ixracatçısı kimi uğurlu fəaliyyətinin təmin olunmasına nail olduğunu deyən Z.İbrahimov qeyd edib ki, səhmlərinin 100 faizi dövlətə məxsus olan şirkətin əsas məqsədi təkcə mədənlərin istismarı ilə iqtisadi gəlir əldə etmək deyil, eyni zamanda bu sahənin dayanıqlı inkişafı, dağ-mədən sahəsinin qeyri-neft-qaz sektorunda payının artırılmasıdır.
Vurğulanıb ki, şirkətin fəaliyyətə başlamasının 7-ci ildönümü ərəfəsində ümumi satış gəlirləri 1 milyard 28 milyon manatı üstələyib. Satış gəlirlərlərinin 990 milyon manatını ixracdan əldə edilmiş gəlirlər təşkil edir. Belə ki, şirkətin uğurlu fəaliyyəti nəticəsində 358 min unsiya qızıl, 712 min unsiya gümüşün ixracını həyata keçirilib. İxracla yanaşı, ötən dövr ərzində yerli zərgərlik bazarının inkişafı məqsədilə 11 min unsiyadan çox qızıl, 76 min unsiyadan çox gümüş metalını daxili bazara yönəldilib. Bundan başqa, bu müddət ərzində dövlətə vergi formasında 119 milyon manata yaxın vəsait ödənilib. Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlər isə 17 milyon manata yaxın olub ki, bu, ümumilikdə 136 milyon manat vəsait deməkdir. Daha sonra İdarə Heyətinin sədri 2023-cü ilin birinci yarısının yekunları ilə bağlı danışıb. Qeyd olunub ki, bu ilin ilk 6 ayı ərzində Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdə aparılan hasilat işləri nəticəsində ümumilikdə 18 min unsiya qızıl, 53 min unsiya gümüşün istehsalı həyata keçirilib. Qızıl hasilatı plandan 3 faiz, gümüş hasilatı isə 53 faiz artıq yerinə yetirilib. Hesabat dövründə 18 min unsiya qızıl, 42 min unsiya gümüşün dünya birjasında satışı təmin edilib. Qızıl və gümüş ixracı isə müvafiq ardıcıllığa uyğun olaraq plandan 31 faiz və 74 faiz artıq icra edilib. Birinci yarımil ərzində qiymətli metalların daxili və xarici bazarlarda satış əməliyyatları nəticəsində 73 milyon manat gəlir əldə edilib. Bu vəsaitin 61 milyon manatını ixrac gəlirləri təşkil edib.
Birinci yarımildə dövlət büdcəsinə vergi formasında ödənilən vəsait isə 15 milyon manata yaxın olub. Hesabat dövründə təqribən 2 milyon manat DSMF-yə vəsait köçürülüb.
QSC-nin fəaliyyətinin əsas prinsiplərini təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətlilik təşkil etdiyini qeyd edən Z.İbrahimov diqqətə çatdırıb ki, qəbul edilən Sosial Təsir və Məsuliyyət üzrə Siyasət çərçivəsində yerli icmaların sosial-iqtisadi inkişafının dəstəklənməsi, ətraf mühitin mühafizəsi istiqamətində fəal iş aparılır, icra edilən layihələr regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları, sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanır və realizə edilir. Bu xüsusda mədənlərə yaxın ərazilərdə yaşayan vətəndaşlarla mütəmadi görüşlərin keçirildiyi, onların müraciətlərinə həssas münasibət göstərildiyi və qanunvericilik çərçivəsində həlli ilə bağlı müvafiq addımların atıldığı bildirilib.
Tədbirdə, həmçinin geoloji kəşfiyyat, yeni mədən və infrastruktur layihələrin icrası, məşğulluq, kadr siyasəti ilə bağlı məsələlərdən danışılıb, əməkdaşların işə cəlb edilməsi prosesinin QSC-nin hasilat və istehsalat fəaliyyətinin təşkil edildiyi bölgələrdə yaşayan vətəndaşların, xüsusilə müharibə iştirakçıları, şəhid ailəsi üzvlərinin müvafiq bilik və bacarıqlarının qiymətləndirilməsi əsasında davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda İdarə Heyətisinin sədri cari ilin ikinci yarısı üçün “AzerGold” QSC və onun törəmə şirkətlərinin qarşısında duran vəzifələr barədə müvafiq tapşırıqlarını verib, hər il olduğu kimi, 2023-cü ilin sonunda da Səhmdar Cəmiyyətin fəaliyyətində artım tempinin qorunması, qeyri-neft-qaz sektorunu təmsil edən şirkət olaraq ölkəmizin iqtisadi inkişafına yeni töhfələrin verilməsinin önəmi vurğulanıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
• Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22 |
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
|