DİA.AZ: - Sabirabad bu gün rəsmən xaraba günə qalıb.
"İcra başçısı Siraqəddin Cabbarov Sabirabada təyin olunana qədər rayonumuz nəyi ilə olmasa da, təmiz küçələri ilə diqqət cəlb edirdi. İndi isə..." Bunu DİA.AZ-a yazan sabirabadlılar bildirirlər ki, dəfələrlə Sabirabad rayon mərkəzindəki natəmizliklə bağlı əlaqədar qurumlara şikayət etsələr də, xeyri olmayıb.
"İndi qarşıdan isti günlər gəlir. Natəmizlik səbəbindən xəstəliklər də yaranacaq. Siraqəddin Cabbarov Sabirabada can yandırmırsa, onu çıxarsınlar, yerinə iş görəni təyin etsinlər..."
Qeyd edək ki, sakinlər Sabirabadın natəmizliyini sübutlayan fotoları da DİA.AZ-a təqdim ediblər.
Məsələ diqqətimizdədir... Mövzu ilə bağlı diaaz.space olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...