Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb .....                     Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı .....                     Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir .....                     Qalib Ordunun Müzəffər Ali Baş Komandanı .....                     Xalq rəssamı Tofiq Ağababayev vəfat edib .....                     Məsuliyyətdən yayınmanın ALFANET üsulu... .....                     "Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" .....                     İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... .....                     Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar .....                     "Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir" .....                     Millətin bitməyən KONTAKT HOME çiləsi... .....                     İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... .....                     Putin məqsədinə necə nail olub ki... .....                     Müharibədə “hərbi zadəganlıq” illüziyası .....                     Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır .....                     "Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." .....                     "Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." .....                     Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı .....                     Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti .....                     “MilliKart” nizamnamə kapitalını azaldır .....                     "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... .....                     “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” .....                     Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                 

Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa… - İLGİNC FAKTLAR
Tarix: 18-04-2023, 16:35 | Çap et
Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2020-ci ilin martın 14-də başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olmaqla bir qrup işçisinin həbs olunması geniş ictimaiyyət arasında böyük rezonans doğurmuşdu. Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeliyindəki meşələrin kütləvi şəkildə qırılması faktı ilə başlanılmış cinayət işinin istintaqı başa çatdıqdan sonra təqsirləndirilənlər Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2021-ci ilin avqustun 30-da gecə saat 22-00 radələrində geniş ictimaiyyətə açıqlanmadan məhkəmə zalından azadlığa buraxılmışdı.

Xatırladaq ki, 14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinmişlər.

Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…
Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…
Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…

Qeyd edək ki, son dövrlər CM-nin yuxarıda göstərdiyimiz maddələri ilə həbs olunmuş dövlət məmurları çox olublar. Bəli, dövlət məmurlarının hamısı Cinayət Məcəlləsinin demək olar, eyni maddələri ilə ittiham olunsalar da, yəni hamısı vəzifə səlahiyyətlərini aşaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəsələr də bunlardan yalnız İlqar Qəribov və dəstəsi azdlığa çıxa bilmişdir. Yəni bu da Azərbaycan məhkəmə tarixində ilk hadisə olmuşdur.

Təbii suallar yaranır. Necə olur ki, eyni maddələrlə təqsirli bilinən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov əmlakları dövlətin xeyrinə müsadirə olunması şərti ilə 9-8 il azadlıqdan məhrum edilirlər, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov tərəfindən dövlətə vurulan zərər tam ödədildiyinə baxmayaraq dövlət ittihamçısının onun 10 il müddətinə azadlıqdam məhrum edilir amma Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və dəstəsi ittiham olunduqları maddələrlə təqsirli bilinməyərək məhkəmə zalından gecə saat 22-00-də azadlığa buraxılırlar?

Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Qəribov və onun dəstə üzvlərinin məhkəməsi barədə niyə ictimaiyyətə məlumat verməyib? Şəki Ağır Cinayətlər Məhkəməsinin elektron məhkəmə portalında belə bu proses barədə heç bir məlumat yerləşdiriliməyib. Təbii ki, məqsəd daha əvvəlcədən qeyd etdiyimiz kimi İlqar Qəribovu səssiz-səmirsiz azadlığa buraxılması olub.

Əldə etdiyimiz məlumata görə məhkəmə prosesi zamanı dövlət ittihamçısı hakim Rafail Əliyevdən İlqar Qəribov və onun dəstə üzvlərinə ayrı-ayrılıqda 7 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası istəyib. Lakin nə baş verib. İclasa sədrlik edən hakim, may ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilmiş Rafail Əliyev bilərəkdən prosesi uzadır və qərar vermək üçün müşavirəyə gedib iki saatdan sonra qayıdır. Dövlət ittihamçısısnın istəyinin əksinə olaraq İlqar Qəribov və onun dəstə üzvlərini məhkəmə zalından azadlığa buraxlması barədə Azərbaycan Respublikası adından hökmü elan edir.

Bu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarəzi İdarəsinin bir il dörd ay əvvəl geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış səsli-küylü əməliyyatını bir qərarla heçə endirilməsi demək deyilmi? Bəs İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər aşkar olunaraq götürülmüş maddi sübutlar necə? İlqar Qəribovun dövlətə vurduğu ziyan ödətdirildimi? Mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunmuş digər sabiq məmurlardan fərqli olaraq İlqar Qəribov ölkənin meşə fonduna külli miqdarda ziyan vurub. Bu ziyanın ödətdirilməsi isə əmlakla, pulla deyil, ən ağır cəza ilə yekunlaşmalı idi. Amma İlqar Qəribov azadlığa çıxdıqdan sonra yaxın ətrafına Apellyasiya şikayəti verərək bəraət alıb, işinə bərpa olunacağını da bildirdi. Və belə də oldu.

Şəki Apellyasiya Məhkəməsinə protes vermiş dövlət ittihamçısı yenə pis vəziyyətə düşdü. 2021-ci ilin noyabrın 3-də yekunlaşan tezbazar prosesə sədrlik edən hakim Eyvazov Akif də heç bir ciddi araşdırma aparmadan dərhal hökumü qüvvəsində saxlamışdır. Yenə də dövlət ittihamçısı Ali Məhkəməyə protest vermişdir. 2022-ci ildə Ali Məhkəmədə baş tutan məhkəmə çəkişməsində protest qismən təmin edilmiş və yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir.

İş hazırda Şəki Apellyasiya Məhkəməsinə 2022-ci ilin noyabrından sədrlik edən hakim Mahir Əsədlinin icraatındadır və CM-nin 308-314 və 311.1-ci maddələri üzrə dekabrın 15-dən başlanan məhkəmə iclaslarında bu günə qədər 5 dəfə araşdırmalar aparılmışdır. Növbəti məhkəmə prosesi 11 may saat 15-ə təyin edilmişdir.

Xüsusilə qeyd etmək istəyirik ki, hakim Rafail Əliyevin, hakim Akif Eyvazovun bu cinayətkar dəstəni birbaşa məhkəmə zalından azadlığa buraxması DİN-in ictimaiyyətə iki il əvvəl yaydığı məlumatların bir şou xarakteri daşıdığını düşünməyə əsas vermirmi? Burada ya DİN keçirilmiş əməliyyatın həqiqətə uygun olduğunu sübut etməli, ya da Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası Rafail Əliyevin, Akif Eyvazovun hakimlik fəaliyyətinə xitam verilməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidir.

Biz daha əvvəlcə verdiyimiz məlumatda bildirmişdik ki, bu dəstə üzvlərinin azadlığa çıxması üçün İlqar Qəribov qardaşının vasitəsilə milyonlarla manat vəsait sərf edib. Sadəcə iş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi və Baş Prokurorluğun nəzarətində olduğu üçün Şəki Ağır Cinayələr Məhkəməsinin əvvəlki hakimi risk edib məsələni tezbazar “meşə quldurlarının” xeyrinə həll etmək istəməmişdir. İş hakim Rafail Əliyevin icraatına verildikdən sonra, münasib vaxt seçilmiş, İlqar Qəribov və dəstəsi barəsində gizli hökm oxunduqdan dərhal sonra məhkəmə kollegiyası elə zaldan hamılıqla məzunyyətə qaçmışlar. Şəki Apellyasiya Məhkəməsindən sonara isə “meşə quldurları” Qəbələdə brifinq keçirmiş və bəyan etmişlər ki, biz hamılıqla bəraət alıb öz işimizə qayıdacağıq. Deməli hər şey məhkəmə kollegiyasının hazırladığı plan üzrə baş tutmuş və DİN- nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən ifşa edilərək 15 ay istintaqı aparılan və toplanmış sübtlar əsasında ittiham aktı imzalanmış iş materiaları üzərində hansısa maraqların təmin edilməsi ilə birinci və ikinci instansiya məhkəmə kollegiyaları gecə saatlarında təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə yekdil rəyə gəlmişlər. Olan isə dövlətə və ictimaiyyətə olmuşdur. Bu hadisədən yerli sakinlər şok yaşamışlar.

Məhkəmələr Ali Qanunlarımıza qarşı açıq aşkar hörmətsiz davranaraq milli sərvətimiz olan təbii sərvətlərimizi məhv edən dəstəyə bəraət vermələri bir daha dövlət ittihamçısı tərəfindən araşdırılmalı və axıra qədər getməlidir ki, xüsusi ictimai nəzarətdə olan bu işlə bağlı hakim özbaşnalığına son qoyulsun və sonda ədalət zəfər çalsın.

İlqar Qəribov və dəstəsi ilə bağlı son aylar Şəki Ağır Cinayətlər Məhkəməsində baş vermiş məhkəmə məzhəkəsi və onun nəticəsilə bağlı ölkə rəhbəri İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə bir araşdırmaçı media orqanı olaraq müraciətlər etmiş və yenə də edirik ki, uzun illər ETSN səlahiyyətliləri hesab edilən mütəşəkkil dəstə tərəfindən təbii sərvətlərimizi məhv edərək özlərinə külli-miqdarda varidat toplamış dəstə üzvlərinin birbaşa vicdansız hakimlərin əsassız hökmlərilə azadlığa çıxması sadə vətəndaşlarımız tərəfindən, eləcə də özünə hörmətlə yanaşan ziyalılarımız tərəfindən heç də birmənalı qəbul edilmir.

Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…

Eyni zamanda xatırladaq ki, “meşə quldurları” kimi tanınan İlqar Qəribov, Sirac Kərimov, Eyvaz Əliyev, İlqar Cəlalov və Bakıxan Seyidəliyev həm də bəraət almaq üçün yenidən məhkəmə iddiası qaldırmışlar və Məhkəmə prosesi parallel olaraq davam etməkdədir. Yəni, “utanmasan oynamağa nə var ki”. Qoy olsun. Maraqlısı budur ki, hər iki istiqamətdə məhkəmə proseslərinin davam etdiyi indiki vaxtda dəstə üzvlərindən Sirac Kərimov yeni bəyənat da səsləndirib ki, bəs, Ali Məhkəməyə yeni təyin edilmiş sədr İnam Kərimov bizim qohumlardandır və məhkəmədə bizə heç bir problem olmayacaqdır”. Hansı ki bu adam işdə səhlənkarlığa görə məhkum olunsa da və hakimin hökmünə görə 11 ay müddətinə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq qadağan edilsə də o idarənin baş mühasibi kimi fəaliyyət göstərmişdir.

Digər dəstə üzvü olan Əliyev Eyvaz da adam oğurluğuna və Polisin paqon və düymələrini sökməyə görə məhkum edilsə də sonradan Şəki məhkəmələrinin “ədalətli” hakimləri olan Rəfael və Akif tərəfindən onların məhkumluqları belə nəzərə alınmadan sonradan törətdikləri 4 CM- üzrə maddələrdən azadlığa buraxılmışlar . Elə ona görə də Əliyev Eyvaz bu ilin aprelin əvvəlində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi İdarəsinin aşağı hissəsində olan çayxanada geniş çıxış edərək hazırda Şəki Apelyasiyada gedən məhkəmə prosesilə bağlı bildirmişdir ki, “ Məhkəmənin gücü çatırsa bizi həbs eləsin, onsuz da “Akula İlqar” onları lazımi qaydada cəzalandıracaq”. Təbii ki, biz burada hüquqdan xəbəri olmayan, dəflərlə məhkum edilən, lakin sonradan İdarədə baş meşəbəyi vəzifəsilə görəvləndirilən Elyaz Əliyev kimiləri cürətli danışmağa vadar edən əsas amil onların bu gün azadlıqda qalmasıdır.

Prosesləri diqqətlə izləyirik və ümid edirik ki, Şəki Apellyasiya Məhkəməsində bu dəfə hakim Mahir Əsədli əvvəlki hakimlərdən fərqli olaraq ədalətli qərar qəbul edəcəkdir. Mövzuya daha ətraflı bir daha qayıdacağıq. Bizi mütləq izləyin.

Aktualinfo.org-un araşdırma qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb - HESABAT
Bu gün, 09:19
Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı
Bu gün, 09:17
Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir - ŞƏRH
Bu gün, 09:11
Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - İsrafil Kərimovun yazısı
Bu gün, 09:10
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bu gün, 09:06
Məsuliyyətdən yayınmanın ALFANET üsulu... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
"Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" - Qurbanəli Ömər
Bu gün, 08:55
İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... - Ekspert danışır...
Bu gün, 08:50
Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir
Bu gün, 08:46
"Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir"
Bu gün, 08:43
Millətin bitməyən KONTAKT HOME çiləsi... DAVAM EDİR!
Bu gün, 08:41
İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:29
Putin məqsədinə necə nail olub ki... - Kreml şefinin ziddiyyətli cavabları...
Bu gün, 08:15
Müharibədə “hərbi zadəganlıq” illüziyası - yalnız qan, hiylə və qəddarlıq var
Bu gün, 07:10
Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır - GƏLİŞMƏ
Bu gün, 07:08
"Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." - Azər Həsrət
Bu gün, 06:28
"Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." - ETİRAZ
Bu gün, 06:24
Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı – “Danışırlar ki, 2025-ci ildə…”
Bu gün, 06:20
Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05
“MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34
“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56
Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Dünən, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Dünən, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Dünən, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Dünən, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Dünən, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Dünən, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Dünən, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru