`Atəşgah Sığorta` vətəndaşın BAŞINA OYUN AÇDI - "Bu hadisə ilə qarşılaşdıqdan sonra..."
Tarix: 23-03-2023, 08:54 |
Çap et
DİA.AZ: - " "Atəşgah Sığorta"da avtomobilinizi sığorta etdirməyin!!!" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elçin Məmmədov adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır:
"Mən avtomobilimi 1200 manat verib "Atəşgah sığorta"da "Kasko sığorta" etdirmişdim. Bu yaxınlarda mənim avtomobilimi əzdilər(qəza oldu). İcbari sığortanı və kasko sığortanı hadisə yerinə dəvət etdim.
80 manat ödədiyim "Azər Dövlət Sğorta" (icbari) qəzaya görə 2250 Azn qiymətləndirmə çıxartdı. 1200 Azn ödədiyim Kasko sığortam isə 1500 Azn.
Bu hadisə ilə qarşılaşdıqdan sonra ərizə yazaraq "Atəşgah Sığorta"daki Kasko Sığortamın ləgvini tələb etdim".
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...