AAK rəsmən BAZARA çevrilib... - İTTİHAM VAR!
Tarix: 15-03-2023, 12:05 | Çap et
Azərbaycanda Ali Attestasiya Komissiyası adlı elmi dərəcə satan qurum var. İllərdir elmi dərəcə alveri ilə məşğul olan bu qurumda baş verən rüşvətxorluq olayları cəmiyyəti, xüsusilə elm adamlarını narahat edir. AAK-da rüvvət və korrupsiya tüğyan edir. Quruma hər yeni sədr təyin ediləndə gözlənti o olur ki, burada rüşvət və korrupsiya çarxına son qoyulacaq. Ancaq AAK-a hər yeni gələn sədr özündən əvvəlkinə şükr elətdirir.
Tribunainfo.az xəbər verir ki, məhz bu səbəbdən elm, təhsil adamları mütəmadi olaraq elmi dərəcə alverini rəsmiləşdirən bu qurumun ləğv edilməsini təklif edirlər. Deputat Etibar Əliyev də ictimai dinləmədə AAK-ı lazımsız qurum adlandırıb. Sitat: “Ali Attestasiya Komissiyası ləğv olunmalıdır. Elmi dərəcələri universitetlərin özləri verməlidir”.
Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu gün həqiqətən də elmi dərəcələrin verilməsi, elmi işlərin müdafiəsi ilə bağlı kifayət qədər ciddi problemlər var. Ekspert bildirib ki, Azərbaycanda demək olar ki, elmi araşdırmalar yoxdur:
“Ali Attestasiya Komissiyasının qaydaları fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələrini almaq istəyənlər üçün çox ciddi maneələrdi. Bir yandan da tanışlıq, qohumbazlıq, həmçinin plagiatlıq kütləvi hal alıb. Elmi işlərin yazılması ilə bağlı vəziyyət o yerdədir ki, sosial şəbəkələrdə açıq şəkildə elanlar var. Konkret olaraq elanlar var ki, hansı elmi iş neçə manata yazılır. Düzdür, mən AAK-nın ləğv olunması fikrini absurd hesab edirəm. Ancaq bu qurumun fəaliyyətini optimallaşdırmaq olar və bu optimallaşdırma həqiqətən də elmi araşdırma aparmış olan, alimlik adına layiq olan şəxslərin seçilməsinə gətirib çıxara bilər. Müəyyən sadə işlər görmək lazımdır. Qurumun adı yox elmi dərəcələrin verilmə qaydası dəyişdirilməlidir. Arzu olunan odur ki, Ali Attestasiya Komissiyasının fəaliyyəti şəffaf şəkildə qurulmalıdır. Əgər doğurdan da elmi işlərin başqaları tərəfindən yazılması yoxdursa, bəs bu elanlar nədir? Bundan başqa, konkret faktlar var ki, elmi rəhbər olan baba nəvəsi üçün, ata qızı üçün, gəlini üçün elmi dərəcə hədiyyə edir. Elmi adların alınması üçün süni maneələr var ki, onlar aradan qaldırılmalıdır”.
Xatırladaq ki, AAK-da elmi adların verilməsində alimlərin qarşısına minimum 20 min manat tələb qoyulub. AAK sədri müzakirə edilmiş elmi işləri dəfələrlə təkrar müzakirələrə cəlb edir, çarəsiz qalan əksər gənc alimlər və araşdırmaçılar dəfələrlə müzakirə edilmiş işləri əllərində qalır. Vicdanlı professorlardan olan İdris Abbasov mətbuata verdiyi açıqlamada AAK-dakı vəziyyəti qısaca bekə təsvir edir: “Dəhlizlərdə vicdanlı alimlər, gənc araşdırmacılar əllərində işləri müdafiəsini, ona verilən rəyi gözləyir. Bu gözlənti aylarla, illərlə davam edir. Ancaq qızına, gəlininə toy hədiyyəsi kimi elmi ad, elmi dərəcə alıb hədiyyə vermək istəyənlər heç o dəhlizlərdə ayaq da döymürlər. Bu cür evdar “alimlər” də elmi dərəcələrinin qiyməti ilə öyünürlər. 20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə… Uzun illərdən bəri ömrünü elmə həsr etmiş, min əziyyətlə dissertasiya yazıb müdafiə etmək istəyənlərin qarşısında AAK rəhbəri F.Mustafayev Çin səddi çəkib”. //Tribunainfo.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
• “Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30 |
|
|
|
• Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22 |
|
|
|
• İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14 |
|
|
|
• Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10 |
|
|
|
• Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09 |
|
|
|
• Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06 |
|
|
|
• Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02 |
|
|
|
• Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50 |
|
|
|
• “Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42 |
|
|
|
• Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36 |
|
|
|
• Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33 |
|
|
|
• Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30 |
|
|
|
• Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26 |
|
|
|
• Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24 |
|
|
|
• Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23 |
|
|
|
• Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20 |
|
|
|
• Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18 |
|
|
|
• AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06 |
|
|
|
• Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03 |
|
|
|
• Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00 |
|
|
|
• Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55 |
|
|
|
• AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50 |
|
|
|
• Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45 |
|
|
|
• Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32 |
|
|
|
• Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27 |
|
|
|
• “TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24 |
|
|
|
• Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17 |
|
|
|
|