Füzuli Təhsil şöbəsində nələr baş verir..? - İLGİNC İDDİALAR...
Tarix: 8-02-2023, 15:47 | Çap et
Ramella Məmmədova hər yerinə əl gəzdirib, təzələyib, bircə atasının adını və diplomunu dəyişə bilmir.. Təhsilimizin səviyyəsi ilə bağlı uzun-uzadı yazmaq üçün təhsil sahəsində ekspert olmağa ehtiyac yoxdur. Hətta sıravi vətəndaşlar da təhsil sahəsində baş verən problemlərdən xəbərdardır. Heç uzağa getməyək, bir neçə gün öncə məktəblərdən birinin qadın müəllimi az qala üsyan elədi. Belə ki, sən demə, məktəbin tualeti yoxdur. Şagirdlər, müəllimlər öz təbii tələbatlarını ödəmək üçün getməyə məkan tapmırlar. Xanım müəllimə, haqlı olaraq uşaqlara müraciət etdi ki, məktəbdə tualet olanadək dərsə gəlməyin. Və bu müraciəti sosial şəbəkədə paylaşdı. Bəlkə də son illər Azərbaycanda bu qədər izlənən xəbər olmamışdı. Və yazılan rəylər də dəhşətli idi. Doğrudan da, vəziyyət gör hara gəlib çatıb ki, məktəbin adi sanitar qovşağı, tualeti, el dilində desək subaşısı yoxdur. Bu etirazdan sonra nə baş verdi..? Müəlliməyə töhmət verdilər. Və sonra Elm və Təhsil Nazirliyinin rəhbərliyi həmin rayondakı məktəbə gedərək söz verdilər ki, yaxın zamanda məktəbdə tualet tikiləcək. Görəsən, yaxın zaman deyəndə Təhsil Nazilriyi hansı vaxtı nəzərdə tuturdu..? Yaxşı, o vaxtadək bu uşaqlar və müəllim heyyəti özlərini rahatlamaq üçün hara getsin, bəs yazıq müəllimlər neyləsin..? Kişi müəllimlər harasa, divarın dibinə-zadına nəsə…bəs qadın müəllimlər..? Bunu yazmaqda məqsədimiz odur ki, Azərbaycan təhsili, ölkə məktəbləri bərbad, biabırçı durumdadır..? Onda sual olunur ki, bəs dövlətin məktəblərə ayırdığı milyonlar kimlərin cibinə gedir..? Bir tualet tikdirmək bu qədərmi bahadır..? Nə isə, əsas və konkret mövzumuzdan yayınmayaq. Söhbət Füzuli təhsilindən, daha doğrusu, Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovadan gedir. Yeri gəlmişkən, Ramella Məmmədovadan öncə Füzuli Təhsil Şöbəsində 400 min manatlıq yeyinti olmuşdu, ona görə sabiq müdir vəzifəsindən uzaqlaşdırıldı və onu Ramella Məmmədova əvəz elədi. Hamı düşünürdü ki, yəqin ki, Füzuli təhsilində müsbət dəyişikliklər olacaq. Amma atalar demiş, sən saydığını say, gör, Ramella nə sayır… Ramella hər şeydən öncə məktəblərin həyətyanı sahəsində otlayan qoyunları, quzuları, inəkləri, danaları və s sayır. Oxucular düşünə bilər ki, biz zarafat edirik, məgər məktəb örüş yeridir..? Bəli, biz əbəs yerə yazmadıq. Ramella Məmmədova üçün məktəb təkcə örüş sahəsi deyil, həm də, rüşvət və korrupsiya bostanıdır. Belə ki, Ramella Məmmədovanın tabeçiliyində olan məktəb sahələrində qoyun-quzu, inək-buzov sürüsü otlayır. Və Ramella da bunun əvəzində hər ay məktəb direktorlarından pul alır. Həə, az qala onu unutmuşduq. Ki, Ramella müdir olan kimi açıq şəkildə deyib ki, qohumum 200 min manat verib məni bu vəzifəyə gətirib, mən pulumu tez bir zamanda çıxartmalıyam. Bəli, Ramellanın tabeçiliyində olan bəzi məktəblərdə tualet yoxdur. Ramella məktəb direktorlarına deyib ki, məktəbdə pullu tualet tikdirin, gündə bir dəfə getmək pulsuz, iknci dəfə pullu olsun, yəni limit qoyun. İndi gördünüzmü, Ramella Məmmədova qohumunun verdiyi 200 min manatı necə çıxartmaq istəyir..? Ramellanın tabeçiliyində olan 82 məktəbdən uzun-uzadı bəhs etmək istəmirik. Çünki çox vaxt aparar. Bizdən əvvəl Azərbaycan mediasında yuxarıda qeyd olunanları və indiki fikirləri, yəni Ramella Məmmədovanın məktəb direktorlarından hər ay yığdığı pul, satdığı idman avadanlıqları, keçirdiyi saxta tenderlər, aldığı “otkat” barədə yazılıb. Keçək konkret olaraq Ramella Məmmədovanın diplom məsələsinə. Bəli, barəsində bu qədər yazılmasına baxmayaraq Ramella Məmmədova bu günədək nə üçün diplomunu çıxardıb ortaya qoymur ki, bilək ki, onun diplomunun rəngi necədir..? Biz hətta Füzuli Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Alı müəllimə də deyirik ki, Ramellanı çağırın diplomunu bircə dəfə göstərsin və məsələ bitsin. Ramella Məmədovanın ən həssas yerlərindən biri də atasının adıdır. Media qurumları nə qədər təkid eləsə də Ramella Məmmədova atasının həqiqi adını demək istəmir. Biz hətta Ramella xanıma Şaumyanı gordan-gora təzsin, Şaumyanın goruna mıx çalaq, Şaumyanın goruna and vermişdik ki, bəlkə atasının adını açıqlaya… Oxucular düşünə bilər ki, erməni Şaumyanın Ramellaya nə dəxli ola bilər..? Ağlınıza qara-qura fikirlər gəlməsin. Sadəcə, Ramella Məmmədova cavan çağlarında Şaumyan sevdalısı olub. İndi nə qədər qocalsa da, hər gecə yuxuda Şaumyanı görür. Yuxunun yozması sizdən, hörmətli oxucular. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
|