Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                     Suriyanın “açarı” kimdədir? .....                     MİDA hamını BOĞAZA YIĞIB... .....                     "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - .....                     'Expargo' karqoları BELƏ GECİKDİRİR .....                     Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi .....                     Azərbaycanda 24 illik şirkət .....                     Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb .....                     ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir .....                     Sülh müqaviləsi şübhə altında .....                     Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu .....                     Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? .....                     "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri .....                     Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi .....                     Zəngəzur dəhlizi olmayacaqsa, .....                     "Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                     Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi .....                     Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                 

"Müraciətlərimizi NƏZƏR ALMIRLAR..." - NARAZILIQ VAR!
Tarix: 26-10-2022, 12:59 | Çap et
"Müraciətlərimizi NƏZƏR ALMIRLAR..."
Ölkədə korrupsiya və yarıtmazlıqdan söhbət düşəndə ilk ağıla gələn adlar Sahil Babayev və Zaur Mikayılovdur.

Bu o demək deyil ki, digər rəhbər məmurlar vəzifəsini layiqincə yerinə yetirir, yox. Sadəcə, ən vacib sahələr olduğu üçün, ən çox narazılıq da bu qurumlardandır.

Elə oliqarx məmurlardan danışanda da ilk ağıla gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-dir. Hansı ki, hər iki qurumda səlahiyyət sahibi olanların hamısı sözün əsl mənasında oliqarx həyatı yaşayırlar.

Məsələn, bir neçə ay əvvəl "Melorasiya və Su təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanovun milyonlar dəyərində əmlakları, obyektləri, oğluna məxsus bahalı avtomobil kolleksiyası və sair barəsində sosial medialarda məlumatlar yayımlanmışdı. Bundan əlavə yerli mediadan əldə etdiyimiz məlumata görə Melorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev, Rafiq Aslanovun bacısı oğludur və İlqar Əliyev həm vətəndaşlara qarşı saymazlığı, həm də tabeliyində olan işçilərə qarşı kobud davranışları və onları öz evində, həyətində qul kimi işlətməsi, həmçinin korrupsioner əməlləri ilə "şöhrət" qazanıb.

"Müraciətlərimizi NƏZƏR ALMIRLAR..."

Dayısına arxalanan bacıoğlu, Papanın avtomobil kolleksiyası toplayan "gül balası", "Tender karvanı" nın qarşısını kəsib "xələt" toplayan səlahiyyət sahibləri, ayrılan pulları yeyib, artezyan quyularını yerli sakinlərin hesabına salıb, öz adı ilə təhvil verən yerli Su sistemləri idarələrinin rəisləri və sair hamısı cəm olub Zaur Mikayılovun rəhbərlik etdiyi "Melorasiya və Su təsərrüfatı" ASC-də.

Yeri gəlmişkən, bir neçə gün əvvəl "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Şəmkir rayon Düz qışlaq kənd sakini Şükür İsmayılov kənddəki artezyanlardan birinin işləməməsi, Suvarma sistemləri idarəsinin isə bu problemə məsuliyyətsiz yanaşmasından gileylənmişdi.

Ertəsi günü Şəmkir rayonunun "Yeniyol" kənd sakini Polad Vəliyev redaksiyamıza zəng etdi və canlı yayıma qoşulmaq istədiyini bildirdi.

Polad Vəliyev, efirə qoşularkən "Şükür hələ nə dedi ki ?! Mən Melorasiyanın işçisiyəm, burda nələr baş verir mənim gözümün önündədir", dedi.

"Mən 4 ildir, Su Melorasiyada elektrik -mantyor olaraq çalışıram.
2021-ci ildə prezidentin sərəncamı ilə Şəmkir rayonunda 10 su artezyan quyularının saxlanması üçün dövlət büdcəsindən müəyyən məbləğdə pul ayrıldı. Lakin, onlarda cəmi bir dənəsi Yeni həyat kəndində vuruldu ki, eşitdiyimə görə onu da Sahibə Qafarovanın qohumu etdirib. Hazırda da təkcə o işləyir, digər 9-u isə hələ də işləmir.

Yeniyol kəndinin də artezyan quyusu bu ilin may ayında vurulub, hələ də işə salınmayıb. Onu da salan Norveç şirkətidir. Orada çalışan Kamran və Xəqani adlı şəxslər bildirir ki, "2021-ci ildə Norveç şirkəti "Azərişıq" ASC ilə 2400 (iki min dörd yüz) AZN -lik müqavilə imzalayıb. Lakin, indi "Azərişıq" ASC həmin məbləği 5.000 (beş min)ə qaldırdığı üçün texniki şərti ala bilmirik ki, on minliyə qoşulaq".

Ümumiyyətlə, mənim ağlım kəsəndən bugünə qədər Şəmkir rayonunda su üstündə qardaş qırğını gedir. Hamı bir-biri ilə düşmən olub. İllərdir ki, lap Əhməd Əhmədzadənin vaxtından bugünə qədər aidiyyatı üzrə Melorasiya və Su təsərrüfatı ASC-nin rəhbərliyinə məktublar yazıram. Bir ev dolusu məktub yazmışam, hələ də məsələ həll olunmamış qalır. Orada adını dəqiq xatırlamıram, Vidadi müəllimdir, yoxsa Çingiz müəllim mənə Bakı ləhçəsi ilə deyir, "Olacey dəə, nöş telesirsüz". Ümumiyyətlə, artıq, hara müraciət edəcəyimizi bilmirik.
Nə Zaur Mikayılov, nə müavini Zakir müəllim, Rafiq Aslanov müraciətlərimizi veclərinə almırlar.



Biz daha nə qədər bir-birimizi didməliyik su üstündə?
Artıq, özümüz özümüzə bu "müharibələr"imizə görə "Milli ordu-252" ləqəbini vermişik. Bu nə qədər belə davam edəcək?".

İş orasındadır, Şəmkir "Melorasiya və Su təsərrüfatı" ASC-nin fəaliyyətindən narazılıq edən yeganə rayon deyil. "Həftə səkkiz, mən doqquz" sosial medialarda Zaur Mikayılovun "şəninə" nələr yazılır, nələr...

Amma, görünən o ki, bu yazılanların, deyilənlərin heç biri Şəmkir sakini Polad Vəliyevin də dediyi kimi Zaur Mikayılov vecinə deyil. Yoxsa, bu qədər dərin səbr kasası kimdə var?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Dünən, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Dünən, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Dünən, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Dünən, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Dünən, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Dünən, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Dünən, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru