Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                     Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu .....                     Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib .....                     "Zəlzələ olanda birinci biz hiss edirik..." .....                     Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU .....                     Orbanla Fitsonun PUTİN SEVGİSİ .....                     Əli İnsanov İlham Əliyevi təbrik etdi .....                     Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə .....                     "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" .....                     Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək .....                     "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" .....                     “5A Construction” şirkəti ölkədən pul çıxarıb? .....                     Culfa və Babək şəhərinin baş planının hazırlanması .....                     Tramp-Putin görüşünə hazırlıqlar başlayır .....                     "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" .....                     “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” .....                     Jurnalistə vəzifə verildi .....                     Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! .....                     Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq .....                     Paşinyan gecikmiş etirafından peşmandır .....                     Elvin Məmmədova yeni vəzifə verildi .....                     Qardaşına görə arvadının başını kəsdi .....                 

Əli Həsənovla bağlı ŞOK İDDİALAR... - SƏN DEMƏ...
Tarix: 29-03-2021, 12:13 | Çap et
Əli Həsənovla bağlı ŞOK İDDİALAR...
Deyirəm dağıl, ay gidi dünya. İndi Əli Həsənov oturub evdə baxır televiziyalara, qəzetlərə, elektron KİV-lərə, sonra da başlayır yerində qurcuxmağa. Və yəqin ki, arada əlini şappırtıynan dizinə vurub deyinir ki, “Gör nələr əlimdən çıxdı, nələri itirdim?” Bəli, Əli Həsənov çox şey itirdi.

Birincisi, ağlını itirdi.

İkincisi, ali dövlət rəhbərliyinin etibarını və minlərlə insanın inamını itirdi.

Üçüncüsü isə təsəvvür edilə bilməyəcək qədər böyük maddi və inzibati rıçaqları itirdi. O dövlət içində nəhəng bir biznes imperiyası qurmuşdu. Onun statusuna o zaman istənilən yüksək çinli məmur qibtə edirdi. Eyni zamanda, bütün məmurlar bu və ya digər şəkildə Əli Həsənovla hesablaşırdı. Çünki Əli Həsənov 4-cü hakimiyyətin başındaydı və fövqəladə səlahiyyətlərə malik idi. O istədiyi məmuru sındıra və dizə gətirə bilirdi. Onun əlində 10-dan artıq televiziya, onlarla qəzet və yüzlərlər elektron KİV-lər var idi. Üstəlik, Azərbaycanın reklam bazarı da Əli Həsənovun nəzarətində idi. Ona görə də son 20 ildə əlində möhürü olan ixtiyari dövlət və qeyri-hökümət təşkilatı və o cümlədən kommersiya strukturları Əli Həsənovla hesablaşmaq məcburiyyətində idi.

Amma neyləyək ki, bu qədər səlahiyyətlərə və imkanlara sahib Əli Həsənov o qədər harınlaşdı ki, gözü heç kimi görmədi. Və məşhur kinomuzdakı Kərəmov kimi qabağına çıxanı əzib keçdi. Və bu özbaşna hərəkətləri də təbii ki, cavabsız qalmadı. Çünki Əli Həsənov Azərbaycan dövlətinə və xalqına son 25 ildə ən çox ziyan vuran iki məmurdan biridir. Və bəlkə də birincisidir.

Əli Həsənovun statusu elə idi ki, göydə uçan quşdan da onun xəbəri olmalı idi. Əslində Əli bəyin də nəinki göydə uçan quşlardan, hətta yerdə sürünən zəhərli ilanlardan da xəbəri var idi. Əli Həsənov Ramiz Mehdiyevə arxalanaraq ölkədə cinayətkar şəbəkə yaratmışdı. Bu şəbəkə Hacı Məmmədovun qanqsterlərindən, Eldar Mahmudovun qoçularından daha qorxulu idi. Çünki Hacı Məmmədovun da, Eldar Mahmudovun da hədəfləri lokal idi. Onları yalnız milyonçular maraqlandırırdı.

Əli Həsənovun isə hədəfi təmiz insanlar, doğrunu söyləyənlər və özünə-sözünə hörmət edənlər idi. Yəni Əli Həsənov Azərbaycanın genefondunu məhv etməklə məşğul idi. 25 illik hakimiyyəti dövründə o, Azərbaycan mətbuatının görən gözünü kor, eşidən qulağını kar eləməyə çalışdı. Ətrafına yığdığı korazehin adamlarla nə qədər işıqlı ziyalının ürəyini partladıb öldürdü. Nə qədər kasıb, yetim jurnalisti barmaqlıqlar arxasına saldırdı. Bir anlığa diqqət edək. Əli Həsənov 1,6 ildir ki, siyasi səhnədə yoxdur. Amma bu müddətdə bir dənə də olsun jurnalist həbs olunmayıb. Bir dənə də olsun siyasi fəal incidilməyib. Necə deyərlər, “qurdla quzu bir yerdə otlayır”.

Əli Həsənov korporativ maraqları üçün bütün zamanlarda dövləti maraqları ayaqlar altına atırdı. O, öz statusundan istifadə edərək bütün məmurlardan “dolya” alırdı. Onun haqq aldığı məmurlar siyahısında ən bərkgedən nazirlərin adı da vardı. İcra başçıları isə sadəcə Əli üçün xırda çibxərcliklər ödəyən məmurlar idi. Həsənovun qurduğu texnologiya isə belə idi.

O, bütün məmurlarla razılaşmışdı ki, sizi mətbuatdan qoruyacam. Və ən başlıcası, mətbuatın sizin haqqınızda yazdıqlarının ölkə rəhbərliyinə çatmasının qarşısını alacam. Təbii ki, bu təklif istənilən məmur üçün cəlbedici idi. Ona görə də məmurların tam əksəriyyəti onunla separat danışığa gedirdi. Amma Əli Həsənov aldığı “dolya” ilə kifayətlənmirdi. Davamlı şəkildə həmin məmurları şantaj edirdi. Bax, Əli belə Əli idi. Hələ onu demirəm ki, bir çox iriçaplı məmurlarla iş ortaqlığı vardı. Əli Həsənovun məmurlara “arxa durması” təbii ki, sosial narazılığı artırır, məmur özbaşınalığına meydan verirdi. Bu, məsələnin bir tərəfi.

Məsələnin digər tərəfi isə o idi ki, Əli Həsənovun biabırcı və cinayətkar əməlləri hesabına ölkə mətbuatının rəngi də dəyişirdi. Mətbuat ancaq şou əhlinin təbliği ilə məşğul idi, yəni “sarı mətbuat”a çevilmişdi. Onun hökmranlığı dövründə rəsmi mətbuata tənqidi yazılar yazmaq, şikayətlərlə bağlı süjetlər hazırlamaq birmənalı şəkildə qadağan olunmuşdu. Bu qadağanı pozan televiziya rəhbəri və qəzet redaktorunu çox ciddi cəza gözləyirdi. Yəni obyektiv, vicdanlı jurnalistləri Əli Həsənovun görən gözü yox idi. Onun vaxtında biabırçı “media kapitanları” ifadəsi var idi. O, özünə yaxın bildiyi, dediyi ilə oturub-duran “jurnalistlər”i ora toplamışdı.

Əli Həsənovun “media kapitanları” da harda aş, orda baş idilər. Fəxri adlar, pulsuz mənzillər, dövlətin mətbuata ayırdığı vəsaitlər məhz həmin “media kapitanları” üçün idi. Əli Həsənov bütün bunlardan gözü doymayıb, arvadı üçün bir media holdinq də yaratmışdı, oğlunu isə Xəzər TV-nin başına keçirmişdi.

Qəribə burası idi ki, o, dünyanın aparıcı KİV-lərinin ölkəmizdəki nümayəndələrindən də “dolya” umurdu. “Dolya” verməyənlərin isə bu və ya digər şəkildə ölkədən qovulmasına nail olurdu. Bunun acısını biz bu gün, xüsusilə də 44 günlük müharibədə dəhşətli dərəcədə hiss etdik. Bu gün ölkəmizdə nəinki SNN, BBC, “Reuters” kimi media nəhənglərinin, heç Rusiya televiziyalarının da müxbir məntəqələri yoxdur. Halbuki Ermənistanda dünyanın bütün aparıcı xəbər agentliklərinin müxbir postları var. Amma bizdə yoxdur. Çünki Əli Həsənov onların hamısının “dalından dəymişdi”. Onun milli xəyanəti hesabına Azərbaycan informasiya blokadasına alınmışdı.

Obyektiv fikirlər subyektiv yanaşmalardan formalaşır. Əli Həsənovun subyektiv yanaşmasına görə Azərbaycan çətin günlər yaşadı. Amma çox şey artıq keçmişdə qalıb. Bu gün həm dördüncü hakimiyyət normal nəfəs alır, həm də ki, məmurları qulağı dincəlib. Əli Həsənov öz məkirli məqsədləri üçün hətta ölkə rəhbərliyini mətbuatdan təcrid etmişdi. Sonuncu dəfə Respublika Prezidentinin ölkə və yaxud xarici mətbuata verdiyi müsahibəni çətin ki, kimsə xatırlasın. Lakin son il yarımda ölkə başçısı ən azı 50-dən artıq xarici mətbuata müsahibə verib. Yerli telekanallar isə dəfələrlə prezident İlham Əliyevə birbaşa sual ünvanlamaq imkanı qazanıblar.

Fevral ayının 25-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransı isə cəmiyyətimiz üçün bir yenilik idi. Ölkə başçısı 4 saat müddətində onlarla yerli və xarici ölkə mətbuatı nümayəndələrinin suallarını cavablandırdı. Ədalət naminə deyək ki, bu mətbuat konfransı ölkəmizin beynəlxalq imicinə yeni müsbət çalarlar əlavə etdi. 10 gün müddətində dünyanın aparıcı KİV-ləri bu mətbuat konfransından və orda səsləndirilən fikirlərdən yazdı.

Amma Əli Həsənovun vəzifədə olduğu 25 il müddətində belə bir hadisə olmamışdı. Çünki belə bir mətbuat konfransı təşkil etməyə Əli Həsənovun nə qabiliyyəti çatırdı, nə də maraqları yol verirdi. Çünki o 5-ci kolonun ən fəal üzvlərindən biri idi. Onlar üçün hər şeyin başında pul dayanır. Onlar üçün Vətən, millət ancaq bir sözdür, məqsədlərinə çatmaq üçün vasitədir. Son məqsəd isə lap çoxlu puldur. Pulgirlərinsə milliyyəti və Vətəni olmur…

Surxay Atakişiyev,

KONKRET.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24
Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18
Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03
Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59
Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58
Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55
Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41
Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34
4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30
“Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16
Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14
Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03
Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru