Rövşən Əkbərovu Avropa Məhkəməsindən qoruyanlar da CAVAB VERƏCƏKMİ? - İLGİNC GƏLİŞMƏ
Tarix: 18-03-2021, 11:20 | Çap et
Bu ilin fevral ayında müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə birlik komandiri vəzifəsindən azad olunaraq ehtiyata buraxılan, bir müddət sonra isə həbs edilən general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu bəlli olub. Belə ki, bu barədə Baş Prokurorluqdan verilən məlumata görə, 2001-ci ildə Ukraynanın Kiyev şəhərində azərbaycanlı iş adamı Elçin Əliyevin qətlinin Rövşən Əkbərov tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərov azərbaycanlı iş adamı Elçin Əliyevi aralarında yaranmış münaqişə səbəbindən qətlə yetirib
Məlumatda deyilir ki, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib. O da qeyd olunur ki, həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Rövşən Telman oğlu Əkbərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Rövşən Telman oğlu Əkbərovun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Avropa Məhkəməsində bu iş araşdırılarkən Azərbaycan hökuməti sorğuya cavabında yazmışdı ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib”
Bu arada, “Azadlıq radiosu”nun yazdığına görə, mərhum Elçin Əliyevin ailə üzvləri ötən 20 il ərzində dəfələrlə mətbuat konfransları keçirib, hüquq-mühafizə orqanlarına, Prezident Administrasiyasına şikayətlər ünvanlayıb və Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər: “Onlar iddia edirdilər ki, Kiyevdə restoranda mübahisə düşüb, nəticədə Əkbərov ürəyindən vurduğu bir bıçaq zərbəsi ilə onu qətlə yetirib. O dövrdə Ukrayna prokurorluğu da Azərbaycan hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərib. Məktubda göstərilib ki, qətl hadisəsində Əkbərovun iştirakına dair faktlar müəyyən olunub. Lakin o, Azərbaycan vətəndaşı olduğuna və bu ölkə ərazisində yaşadığına görə məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin materialları da Bakıya göndərilib. Ukraynadan cinayət işinin materialları göndəriləndən sonra əvvəlcə Hərbi Prokurorluğa, daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə (hazırkı İstintaq İdarəsi) verilib”. Bildirilir ki, mərhumun valideynlərinin ərizəsi əsasında Avropa İnsan Hüquqları Məhkəməsi də bu işi araşdırıb: “Məhkəmə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Belə nəticəyə gəlib ki, bu iş üzrə effektli araşdırma aparılmayıb. Avropa Məhkəməsində bu iş araşdırılarkən Azərbaycan hökuməti sorğuya cavabında yazmışdı ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib”.
“Niyə Ukrayna tərəfi indiyədək bu barədə susub, onun saxlanması, dindirilməsi və ya həbsi üçün tələb irəli sürməyib?”
Gördüyünüz kimi, general-leytenant Rövşən Əkbərovun iş adamı Elçin Əliyevi qətlə yetirməsi hələ 20 il öncə bəlli olsa da, o zaman hökumət kimə və ya nəyəsə görə bunun üzərindən sükutla keçməyə üstünlük verib. Məhz elə bu səbəbdən də sabiq birlik komandirinin bu qədər uzun müddət sonra həbsi əksəriyyət tərəfindən siyasi qərar kimi xarakterizə olunur. “Hürriyyət” xəbər verir ki, mözvuya dair fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altayın sözlərinə görə, Rövşən Əkbərovun həbs səbəbi onun hərbi və ya dövləti cinayət, xəyanət əməli ilə bağlı ola bilər: “Rövşən Əkbərovun həbs olunması Azərbaycan ictimaiyyətində suallar dolu geniş müzakirələrə səbəb olub və olmalıdır. Orduda yüksək komandir vəzifələri tutmuş general-leytenantdır, milli qəhrəman fəxri adı, orden-medallar daşıyır. Ortada rəsmi həbs faktı var. Real, konkret səbəbi isə müxtəlif cür gümanlardır. Belə ki, həbs səbəbinin gümanlarına gəldikdə, 19 il əvvəl Əkbərovun Kiyevdə iş adamını qətl etməsi variantı elə də əsaslı real ehtimal yaratmır. Niyə Ukrayna tərəfi indiyədək bu barədə susub, onun saxlanması, dindirilməsi və ya həbsi üçün tələb irəli sürməyib? Kiyevin tələbi indiyə qalıbsa, bu halda niyə Azərbaycan tərəfi bu saxlanmanı, ya dindirilmə, ya uzağı, ekstradisiya təşkil etməsin, ölkədə ağır cinayət törətmiş kimi ən sərt, 4 aylıq qətimkan tədbiri seçsin onun haqqında? Ukraynadan həmin qətl işi ilə bağlı şübhəli şəxs qismində sorğu tələbnamə olsaydı, Azərbaycan dövləti Əkbərova arxayın olub, bu qədər yüksək vəzifə, rütbə, fəxri ad və təltiflərə layiq bilərdimi? Və nəhayət, Rövşən Əkbərovun Kiyevdəki qətl barədə cinayət təqibi, narahatlığı olduğu halda niyə son vaxtlar var-dövləti, əmlaklarını, yaşayışını Kiyev, Ukraynaya köçürsün? Versiyaya, qarşı sual çox! Fikrimcə, bu məsələ ilə bağlı ilkin arama və analiz belə, general Rövşən Əkbərovun həbs səbəbi ehtimalını onun hərbi və olsun ki, dövləti cinayət, xəyanət əməl versiyası üzərinə yönəldir”.
“Kimliyindən, vəzifə və titulundan asılı olmayaraq, istənilən şəxsin cinayəti, xüsusi olaraq, hərbi və dövləti cinayəti bağışlanılmazdır”
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, bu ağır ittiham ehtimalı böyüyərsə, o zaman digər yüksək çinli hərbi vəzifəliləri də əhatə etməsi mümkün ola bilər: “Əkbərovun 2-ci Qarabağ savaşına qədər orduda xüsusi yüksək qruplaşmada xüsusi yerə və “bildiyini edən”, ayrıca “statusa” sahib olması, ona və onunla birlikdə bir neçə yüksək vəzifəli hərbçiyə etimad edilməyib müharibə başlanan mühüm məqamda, ordu və müharibədən kənar edilməsi, ehtimal edilən cinayət əməlinin xüsusi ilə ağır olması səbəbindən vacib istintaq hərəkəti üçün maksimal, 4 aylıq həbs qətimkan tədbiri seçimi və mühüm dövləti xarakterli cinayət ola bilməsı ilə bağlı prokurorluğun həbsin səbəbini hələlik, tam açıqlamaması və s. bu ehtimala əsas verir. Bu ağır ittiham ehtimalı böyüyərsə, digər yüksək çinli hərbi vəzifəliləri də əhatə etməsi mümkün ola bilər. Və bu işin gedib Silahlı Qüvvələrin Baş Qərargahına, hətta məlum Tərtər işinə çıxması da mümkündür. Ancaq bütün bunlar ehtimal versiyadır və bunların cavabı istintaq imkanı daxilindədir. Ümid edək ki, istintaq-məhkəmə prosesində bu ehtimallar doğrulmasın və Rövşən Əkbərovun günahsız olduğu sübut edilib ədalət qarşısında öz adını, zabit şərəfini qorusun və biz də imkan qədər yüksək ad və çinli generalımızı itirməyək. Ancaq kimliyindən, vəzifəsi və titulundan asılı olmayaraq, istənilən şəxsin cinayəti, xüsusi olaraq, hərbi və dövləti cinayəti bağışlanılmazdır”. //hurriyyet.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12 |
|
|
|
• KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10 |
|
|
|
• Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08 |
|
|
|
• Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02 |
|
|
|
• Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01 |
|
|
|
• “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55 |
|
|
|
• "Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52 |
|
|
|
• "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50 |
|
|
|
• Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
• Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45 |
|
|
|
• "Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42 |
|
|
|
• Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40 |
|
|
|
• Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37 |
|
|
|
• Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36 |
|
|
|
• "Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35 |
|
|
|
• Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25 |
|
|
|
• Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20 |
|
|
|
• Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18 |
|
|
|
• Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12 |
|
|
|
• "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08 |
|
|
|
• Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04 |
|
|
|
• "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• “5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40 |
|
|
|
• Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38 |
|
|
|
• "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33 |
|
|
|
• “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31 |
|
|
|
• Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24 |
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59 |
|
|
|
• Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58 |
|
|
|
• Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55 |
|
|
|
• Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41 |
|
|
|
• Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34 |
|
|
|
• 4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16 |
|
|
|
• Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14 |
|
|
|
• Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10 |
|
|
|
• Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03 |
|
|
|
• Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50 |
|
|
|
• Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45 |
|
|
|
• AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32 |
|
|
|
• Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
|