“VECON CONSULTING” şəhid ailələrinə təmənnasız xidmət göstərəcək
Tarix: 18-11-2020, 12:34 |
Çap et
DİA.AZ: - Ölkənin qiymətləndirmə sektorunda aparıcı şirkətlərdən olan “VECON CONSULTING” Azərbaycanın illərdir işğal altında olan Dağlıq Qarabağ ərazisinin azad edilməsi uğrunda gedən müharibədə şəhid olan hərbçilərin ailələri üçün qiymətləndirmə üzrə xidmət növlərini təmənnasız olaraq həyata keçirəcək.
DİA.AZ xəbər verir ki, bu xidmətlər sırasına dövlət tərəfindən həyata keçirilən sosial xarakterli layihələr üzrə yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi daxildir.
Bundan başqa Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka krediti vasitəsilə ölkə vətəndaşlarının mənzil ilə təmin olunması üzrə həyata keçirilən sosial layihəsi çərçivəsində Qarabağın azad edilməsi üğrunda müharibə iştirakçıları tərəfindən alınan mənzillərin qiymətləndirilməsi 50% güzəştlə həyata keçiriləcək.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib.
Qeyd edək ki, “VECON CONSULTING” bu istiqamətdə qiymətləndirmə aparma hüququna və təcrübəsinə malik azsaylı şirkətlərdən biridir. “VECON CONSULTING” qiymətləndirmə şirkəti tanınmış JSC “International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının( hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı), Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatı, Azərbaycan Sahibkarlar Konfederasiyasının kollektiv üzvüdür.