Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                     “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” .....                     Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib .....                     “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” .....                     Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb .....                     Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ .....                     Ət kağız üstündə artır, bəs bazarda? .....                     İsrail Pezeşkianın istefasını gözləyir .....                     Ən çox sığorta haqqı toplayan .....                     Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları .....                     Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri .....                     Yeni il şənliyi bizə neçəyə başa gələcək? .....                     Tiktokerlərə hansı cəza verilə bilər? .....                     Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq .....                     Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir .....                     "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq .....                     Professordan tiktokerlərin həbsinə reaksiya: .....                     SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib .....                 

İnam Kərimovun çevrəsində də HƏBSLƏR OLA BİLƏR... - "Gülümsərovlar" elmi təcrübə adı altında BÜDCƏNİ DAĞIDIR
Tarix: 14-08-2020, 12:33 | Çap et
İnam Kərimovun çevrəsində də HƏBSLƏR OLA BİLƏR...
Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ortaya qoyulan qətiyyətli iradə ilə həyata keçirilən islahatların tərkib hissəsi olaraq gücləndirilən antikorrupsiya tədbirləri bütün dövlət və hökumət strukturlarını, o cümlədən, xalq təsərrüfatının prioritet sahəsi hesab olunan aqrar sektoru da əhatə edib. Dövlətimizin başçısının yüksək etimad göstərdiyi, reputasiyası təmiz dövlət qulluqçularından olan kənd təsərrüfatı naziri cənab İnam Kərimovun ətrafını bu sistemə soxulmağa müvəffəq olmuş təsadüfi kadrlardan təmizlənməsi prosesi insanlarda bu sahədə tezliklə nəzərəçarpan irəliləyişlərə nail olunacağına ümid yaradıb.

Belə ki, az öncə kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb, ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər. Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər. Onların qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5.000.000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

Bundan bir az əvvəl isə Bakı Ağır Cinayətlər Məhkəməsində Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin icrası zamanı ayrılmış pulların nağdlaşdırılaraq mənimsənilməsi ilə bağlı cinayət işi üzrə daha bir məhkəmə prosesi olub. İttihama görə, layihələrə ayrılan vəsaitlər vəzifəli şəxslərin adından sənədlər imzalayaraq müxtəlif banklarda olan hesablara köçürülərək nağdlaşdırılıb. İttihamda ümumi dəymiş zərər 420 min manat göstərilib.

Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ciddi araşdırılması gərəkən struktur vahidlərindən biri də Aqrar Elm və İnnovasiya Mərkəzidir (AEİM). Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 nömrəli qərarı ilə yaradılmış Aqrar Elm Mərkəzinin xələfi olan AEİM 42 dövlət toxumçuluq, tinglik və damazlıq müəssisələrinin aqrar elmdəki vahid strateji məqsədlərini formalaşdırmağı, alınan elmi nəticələrin özəl təsərrüfatlarda tətbiqinin səmərəliliyini həyata keçirir. Mərkəz kənd təsərrüfatı sahəsində tələbata yönümlülük, keyfiyyət, innovasiya prinsipləri və iqtisadi sahədə qabaqcıl digər beynəlxalq prinsip və standartlar nəzərə alınmaqla bir sıra istiqamətlərdə fəaliyyət göstərir. Amma necə?

Bu günlərdə etibarlı mənbədən Dəryaz qəzeinin redaksiyasına daxil olan məlumata görə, direktor İmran Cümşüdovun korruptiv idarəetmə siyasəti sayəsində Mərkəz və onun tabeçliyində olan müəssisələr dövlətdən çox onları idarə edən vəzifə sahiblərinin şəxsi maraqlarına xidmət edir. Sistemi nepotizm (qohumbazlıq, yerlibazlıq) kimi neqativ tendensiyalar çökdürüb. Məlumata görə, AEİM-nin ən çox korrupsiyaya bulanmış strukturlarından biri də Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzidir (RAEİM).

Mənbənin bildirdiyinə görə, RAEİM-nin direktoru Kənan Səmədli regionun iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə elmi-metodik dəstəyin göstərilməsi, kənd təsərrüfatının innovativ tələblərə uyğun formalaşdırılması və regionda kənd təsərrüfatının innovativ inkişafı sahəsində sistemli tədbirlərin görülməsi, iqtisadi, sosial və regional siyasətin həyata keçirilməsi, şəffaflığın və çevikliyin təmin edilməsi vəzifəsini unudaraq Regional Mərkəzə ayrılan dövlət vəsaitini təyinatından yayındıraraq səmərəsiz idarə etməklə, özünün və yaxın adamlarının şəxsi maraqlarını ödəməklə, maliyyə pozuntularına, subsidiyaların yeyintisinə rəvac verməklə və əlbəttə ki, birbaşa tabe olduğu İmran Cümşüdovun korruptiv tapşırıqlarını yerinə yetirməklə məşğuldur.

RAEİM-nin balansında olan göstəricilərin sadalandığı həmin məlumatda bildirilir ki, Kənan Səmədli yüzlərlə hektar əkin sahələrinə çəkilən xərci səmərəsiz edən, məhsuldarlığın səviyyəsini heçə endirən həm yanlışlıqlara, həm də yeyintilərə yol verib: “Kollektivdə 10, 20 il, hətta daha uzun müddət çalışan stajlı zəhmətkeşlər qala-qala, özü ilə gətirib vəzifəyə təyin etdiyi işçilərə rüblük pul mükafatları yazıb onlara şərik çıxır. Özü Sumqayıtdandır, Dediyinə görə Milli Məclisin deputatı Tahir Mirkişlinin xalası oğludur. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun müəllimlə də ailəvi dostdurlar. Ancaq Şirvan şəhərində qohum evində qərarlaşıb, hər gün ordan Kürdəmirə 70 kilometrlik məsafəni səhər-axşam iki dəfə qət edərək işə gedib-gəlir. Həmin qohumu Həsənzadə Fəridə də borclu qalmayaraq heç bir ixtisas təhsili olmadığı halda öz yanında aqrotexnik işinə düzəldib. İşə götürdüyü, Zərdabın Şilyan kəndində yaşayan başqa bir əməkdaşının – guya zootexnik Rövşən Məmmədovun da evə necə gəlib-getməsi, yol xərcini maaş hesabına necə çatdırması müəmmalıdır. Kənan Səmədli Regional Mərkəzi təhvil götürəndə idarənin hesabında 180 min manat pul, anbarında 97 tondan yuxarı elit arpa toxumu, üstəgəl təzə texnika olub. Direktor eləmə tənbəllik, təzə texnikanı icarəyə verib, köhnələri, daha doğrusu, işlək vəziyətdə olmayanları,yüngül təmirə ehtiyacı olan (taxıl səpən, çiyid səpən selkaları, taxıl yükləyən elevatoru) isə “metalolom” kimi “xırıd” eləyib. MTZ-80 markalı traktoru da Yevlax rayonunun Qaraçılar kənd sakininə satıb. Texnika üçün alınmış kimi göstərdiyi ehtiyat hissələrinin kəmiyyətini və qiymətini əks etdirən rəqəmləri “şişirdərək” fərqini mənimsəyir. Direktorun korrupsiya işdəycələrinə dəstək verən bir qrup da Kərimovlardır. Vaqif Kərimovu özünə müavin, onun qardaşı oğlullarını – Ukraynadan aldıqları diplomları Azərbaycan Təhsil Nazirliyində nostrifikasiya edilməyən Röyal Kərimovu baş mühasib, Elçin Kərimovu isə mütəxəssis vəzifəsinə götürüb”.

Məlumatda KTN-nin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdovun Kürdəmir RAEİM-nin direktoru ilə çevirdiyi maxinasiyalardan da bəhs olunur: “İmran Cümşüdovun qardaşı Türkiyədən gübrə, pestisid və başqa preparatlar gətirir. Onları kağız üzərində regional mərkəzlərə yazıb faktiki ayrı-ayrı şəxslərə kisəsini 60 manatdan satırlar. Bu təyinatla 5 milyon manatlıq qrant ayırılıb. Həmin vəsaiti silib mənimsəmək üçün qeyri-real işləri görülmüş kimi təqdim edir, rəqəmləri “şişirdirlər”. Toxumun 1 kilosu 1 manatdı, amma 6-7 manatdan silinir. Kürdəmirə 100 hektarda qarğıdalı əkini üçün guya toxum gətirilib əkilib, suvarılması hələ aparılmayıb, nəticə yoxdur. Bu cür maxinasiyalarla əldə edilmiş haram kapitalın hesabınadır ki, İmranın paytaxt Bakıda 4-5 şadlıq sarayı var, hələ başqa obyektləri bir yana…”

O,cümlədən Əhmədli qəsəbəsində «Fəridə» şadlıq sarayını və digərilərini misal çəkmək olar.

Mənbənin «Dəryaz»qəzetinin redaksiyasına bildirdiyinə görə, Kənan Səmədlinin güvəndiyi şəxslər təkcə birbaşa rəhbəri İmran Cümşüdov və öz qohumu Tahir Mirkişili deyil: “Onu hazırki vəzifəyə kənd təsərrüfatı nazirinin müavini, Aqrar Elm və İnnovasiya Mərkəzinin sabiq direktoru Elçin Zeynalov gətirib və indi də himayə edir. Söhbət o Elçin Zeynalovdan gedir ki, daha əvvəl işlədiyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsindən qalmaqallı korrupsiya olayında adı keçəndən sonra qovulmuşdu. Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə ayrılan 5 milyon manata yaxın subsidiyaları mənimsəmiş vəzifəli şəxslərin tutulmasının ardından xəbər çıxdı ki, Nazirlikdə bıçaqlanma hadisəsi olub. Bıçaqlayan Elçin Zeynalov, bıçaqlanan isə nazirin digər müavini İlham Quliyev olub. Belə ki, tərəflər hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılan korrupsiya və özbaşınalıqların məsuliyyətini öz aralarında düzgün bölüşdürə bilməyiblər və nəticədə Elçin Zeynalov həmkarına əl qaldırıb. Müavinin ciddi xəsarət aldığı, hadisənin araşdırıldığı bildirilir”.

Məlumatda əks olunan bütün bu və digər məsələlərlə bağlı Kənan Səmədlinin özü ilə telefon əlaqəsi saxlayıb münasibətini öyrənməyə çalışdıq:

— Kənan müəllim, xahiş edirik bildirəsiniz ki, bu il neçə hektar arpa, buğda, qarğıdalı, bostan bitkiləri, yonca əkmisiniz və hər birindən ayrılıqda hektara neçə sentner məhsul götürmüsünüz?

— 384 hektar arpa, 34 hektar buğda, 15 hektar pambıq, 100 hektar qarğıdalı, 23 hektara yonca əkilib. Bundan 35 hektar arpa vaxtında sulanıb və sulanmış yer 35,7 sentner məhsul verib. Arpadan 88 hektar yer yanıb, qalan yerlər isə 4 sentner məhsul verib. 34 hektar buğda aprelin ortasında Şirvan kanalına su verildiyndən sulana blib. Buğda 18 sentner məhsul verib. Pambıq və qarğıdalı isə hal-hazırda dərmanlanıb sulanıb. Məhsuldarlıq oktyabr ayında bilinəcək. Əsas suvarma suyu mənbəyi olan Yuxarı Şirvan kanalından suyun verilməsində obyektiv səbəbdən müəyyən məhdudiyyətlər olduğu üçün bir çox kəndlərdə taxıl əkinlərini suvarmaq mümkün olmayıb. Kürdəmir Suvarma Sistemləri İdarəsindən xəbərdarlıq məktubu gəldi ki, əkinlərin vegetasiya suvarılması dövründə, yəni, yay aylarında kanalda və Girdmançayda lazımi qədər suvarma suyunun olacağına təminat yoxdur. Odur ki, planlaşdırdığımız 30 hektar sahədə pambıq əkininin gələcəkdə suvarma suyu ilə əlaqədar yarana bləcək hər hansı probleminə suvarma idarəsi məsuliyyət daşımadığını bildirib.

Kənan Səmədli dəymiş və bundan belə dəyməsi mümkün ziyanın hamısını obyektiv səbəb olan quraqlıqla əlaqələndirməyə çalışsa da, üzdə olan bu arqument onun rəhbərlik etdiyi qurumun bərbad fəaliyyətini ört-basdır etmək üçün yetərli deyil. Çünki hələ açıq qalan suallar çoxdur. Məsələn:

— Diplomları Təhsil Nazirliyi tərəfindən tanınmayan şəxslər RAEİM-də dövlət qulluğu sayılan vəzifələrdə necə işləyirlər?;

— Suvarma idarəsinin xəbərdarlıq məktubu mayın əvvəlində gəlib. Suvarma təminatının etibarlı olmayacağını bilə-bilə gübrənin verilməsi qərarı hansı ağılla qəbul olunub? Mərkəz direktoru yaranmış fors-major vəziyyəti Rayon İcra Hakimiyyətindəki fövqəladə hallar komissiyası ilə, Kürdəmir Rayon Aqrar İnkişaf Mərkəzi (keşmiş Kürdəmir rayon Kənd Təsərüfatı İdarəsi) ilə birgə qiymətləndirməyə, dəyə biləcək zərəri sığortalama yönəlik addımlar atmağa niyə ehtiyac duymayıb?

— Qarğıdalı arpa biçiləndən dərhal sonra deyil, xeyli gec əkilibsə və tutaq ki, avqustun axırında sulanacaqsa, nə vaxt nəticə hasil olunacaq? Axı oktyabrda taxıl əkilməlidir. Aqibətini yaxşı olmayacağı bəlli halda dərmanlamanın əhəmiyyət nədir? Bəlkə bununla Cümşüdovların ailə biznesinə çevirdikləri yüzlərlə ton gübrənin və dərman preparatlarının ayrı-ayrı şəxslərə satılmasını sonradan ört-basdır etmək perspektivi güdülüb?;

— Ümumilikdə mövcud olan 900 hektar �?razid’n 700 hektar əkinə yararlı sahənin 100 hektarının xeyli vaxtdır kəlbəcərli kö,künlər tərəfindən zəbt olunduğu bildirilirdi. Həmin köçkünlərin artıq Kürdəmirdə və Bakıda evlə təmin olunduqları hamıya məlum olduğu halda onların adı ilə hələ də ehtikarlıq etməkdə məqsəd nədir? Mərkəzin direktoru həmin şəxsləri indiyədək məhkəməyə veribmi? Niyə onlardan heç olmasa icarə haqqı alınıb mədaxil olunmur?

— Kənan Səmədlinin sadaladığı əkilmiş sahələrin cəmi, 600 hektarla da uyğun gəlmir. Yerdə qalan hektarlar kimlərə icarəyə verilib? Yoxsa, hamısı dincəmi qoyulub?

— 10 hektarda əkilmiş bostanın verdiyi məhsul necə reallaşdırılıb, məsələn, hektardan məhsuldarlığı minimum 50-80 ton olan, kiloqramı 30 qəpiyə qarpızın satışından əldə olunan gəlir nə qədərdir?

— Keçənilki becərilmiş 10 ton xam pambıq “Azəraqro”ya deyil, niyə məhz Kürdəmir Pambıq Zavoduna sentneri 65 qəpikdən satılıb və alınan pul necə olub;

— 23 hektara əkilmiş yoncanın məhsuldarlığı hektardan azı 200 tay-bağlamadır. Yoncanın ildə 4-5 dəfə əkildiyini nəzərə alsaq, demək artıq iki dəfə çalınıb. Tayı 3-4 manat olan yoncanın satışından əldə olunan gəlir nə dərəcədə şəffaf göstərilib?;

— Ağsudan gələn kanalın digər yanında fəaliyyət göstərən KTN-nin başqa elmi müəssisələrinə mənsub təsərrüfatlar (KTN-nin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Kürdəmir rayon təcrübə bazası və Aqrar Xidmətlər Agentliyinin Kürdəmir Pambəq toxum sınaq məntəqəsi) nəyə görə eyni mənbədən su götürən RAEİM-nə nisbətən daha yüksək (hektardan 30 sentner) məhsuldarlığa nail ola bilirlər (hərçənd, onların da fəaliyyətində neqativ hallar mövcuddur)?; Bu idarələrin fəaliyyəti barədə növbəti dəfə geniş açıqlama verəcəyik

— Ümumiyyətlə, bütün sahələr üzrə orta məhsuldarlıq göstəricisi hektardan 2 sentner görünür. Nəzərə alsaq ki, yenə də orta hesabla hektara 2 sentner toxum əkilib və 2 kq kübrə verilib və o halda RAEİM-nin yüksək xərclər tələb edən fəaliyyəti nədən ibarət olub?

Oxucularımızla irəliləyən görüşlərimizdə hələlik son dəqiqləşdirmələr apardığımız, Kürdəmir RAEİM-nin direktoru Kənan Səmədlinin öz vəzifəsinin öhdəsindən gələ bilməməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dəlalət edən digər faktları da açıqlayacağıq. Bizi izləyin.(deryaz.az)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Bu gün, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Bu gün, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Bu gün, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Bu gün, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Bu gün, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Bu gün, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Bu gün, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Bu gün, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Bu gün, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Bu gün, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Bu gün, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Bu gün, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Bu gün, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Bu gün, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05
Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02
Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58
Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
"Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58
Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28
SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07
Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05
Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02
"Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37
"Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33
Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29
Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24
"Üzrü günahından betər"... Avtomobillərin çəninə benzin əvəzinə su vuran "Lukoil"ə inamsızlıq yaranıb
Bu gün, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru