DTX bu dəfə Yardımlıya dəvət olundu... - NARAZILIQ...
Tarix: 10-08-2020, 11:03 |
Çap et
DİA.AZ: - "Bu gün Yardımlı rayonu rəsmən iki adam tərəfindən - icra başçısı Ayaz Əsgərov və onun birinci müavini Mahir Mirzəyev tərəfindən rəsmən qarət olunmaqdadır". Bu sözlər DİA.AZ-a sözügedən rayondan edilən müraciətdəndir.
Müraciət müəllifləri iddia edirlər ki, onların rayonları nədənsə "yuxarıların" nəzər-diqqətindən kənarda qalıb. diaaz.space-a yazılanlar:
"Biz dəfələrlə dövlətin ən üst qurumlarına müraciət etsək də, səsimizi eşidən yoxdur. Ayaz Əsgərov elə bir şərait yaradıb ki, Yardımlı Mahir Mirzəyevin əlində oyuncağa çevrilib. Ağstafada necə ki bir vaxtlar Nizaməddin Quliyev müavini Ramiz Tatarovun əli ilə rayona racon kəsirdi, eləcə də Yardımlıda anoloji başçı-müavin tandemi iş adamlarını, fermerləri boğaza yığıb".
Sakinlər müraciətlərinin sonunda Dövlət Təhlükəzsizlik Xidmətinin (DTX) qara maskalılarını rayonlarında xüsusi əməliyyat keçirməsinə də çağırış ediblər: "Bizim rayonda DTX-nin əməliyyatının keçirilməsi vacibdir. Əks halda, bu məmurlar camaatı dövlətə qarşı körükləməkdə davam edəcəklər".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...